Akademik Əliyev Cəlal Əlirza oğlu
Akademik Əliyev Cəlal Əlirza oğlu 30 iyun 1928-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Ruhu şad olsun! Hörmətlə yad edirik! Naxçıvan Müəllimlər İnstitutunun Təbiətşünaslıq-coğrafiya fakültəsini (1944), Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini (1951) fərqlənmə diplomu ilə bitirmişdir. 1955-ci ildə “Bitki fiziologiyası” ixtisasında “Buğdanın inkişafına və məhsuldarlığına mikroelementlərin təsiri” mövzusunda biologiya elmləri üzrə namizədlik, 1971-ci ildə “Bitkilərin fotosintez fəaliyyəti, mineral elementlərlə qidalanması və […]
