Bizi Bəyan edən, Düşüncələrimizdir…

Print Friendly, PDF & Email

Bütün Kainat sistemində, bütün dövrlər üçün, bir mexanika işləkdir!

Kütlə, cisim, bütün canlılar, bütün varlıqlar düşünüb-düşündürmək məcburiyyətindədirlər!
Çox qəribə bir işlək sistemdir!
Deyək ki, bu “qanun”, hər bir fərdin, hər bir varlığın, Kainarla bir bağlılıqda olmaq məcburiyyətidir!
Nədir bu işlək sistem?
Bu sistem, hər bir fərdin düşüncəsi ilə, Kainata bağlanmaq metodikasıdır ki, hər fərd nə düşünürsə, saniyənin milyardda bir düşüncə tezliyi arasında bölünərək, Kainata yayılır!
Kainat, bu münvalla hər bir varlığın, istəklərindən, “xəbərdar”, olur!
Elə istəklər var ki, saniyənin milyardda bir tezliyi ilə (bəd, pis, ziyankar düşüncələr), eşidilir, amma qəbul “edilməyərək”, özümüzə qaytarılır!
Elə düşüncələr var ki, eşidilir və qəbul da, edilir!
Bu xoş, yaxşı düşüncə istəklərimizi bizə “qaytarmağına”, onda vaxt ayrılır!
O “vaxta” da, zəminlər yaradılır!
O zəmin- vaxt, müddətlərə sığdığından, insana elə gəlir ki, o istəyi eşidilmədi!
Bu yanlış fikirdir!
İstəklərimiz Eşidilib, o istəkləri yerinə gətirməyə bir çox zəmin lazımdır ki, buna da, müddətlər ayrılır!
Ona görə də, hər düşüncə iki hallı olur!
Pis yubanmadan, özümüzə qayıdan, yaxşı bildiyimizə isə, müddətlər gərək olur ki, “gözləməyi bacar”, onda Kainatdan səslənir!
Ona görə də, düşüncə və istəklərimizə diqqətli olmaq lazım gəlir!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.