Böyük çillə, Kiçik çillə nədir?

Print Friendly, PDF & Email

Çox qədim dövrdə, Azərbaycan ərazisində Azərlər, dəquq elmlərdən, Nücum (astronomiya) elmlərindən, riyaziyyat, həndəsə, məntiq elmlərindən xəbərdar idilər!

 

  O dövr Nücum (astronomiya), elmi ilə, İşıq elmi ilə, məşqul olanlara, “Qamlar”, (çox-çox soralar kəlməni əksinə deməklə sirli, gizli ad kimi, onları “Maqlar”), adlandırıblar!
  O dövr astronomiya ilə yanaşı, riyaziyyat, həndəsə elmlərini daha dəqiq bilmək üçün, indiki dillə desək, “vurma cədvəlini”, ixtira etmişdilər! 

   O vurma cədvəli ardıcıllıqlarını təkminləşdirərək Doqquzluq sistemini, Günəş təqvimini (bax Günəş təqvumi), tərtib etmişdilər!
  Bütün sahələrdə, bütün arxitektura layıhələşdirmələrində onları, Günəş təqviminə istinadən və uyğun, tərtib edirdilər!
  Yer üzündə fəsilləri müşahidə edərək onları, dörd ardıcıllığa bölərək, hər İlin başlanğıcını Qoç dürcündən (indiki təqvimlə mart ayı), başlayaraq, Yazın gəlməsi, ilin başlanması, torpağın istinməsi, həyatın canlanması kimi sevunclə bayram edirdilər!
  Qamlar hər fəslin 21-22 tarixi keçid arası hesabatlarını dəqiq bildiklərindən, o fəsillər arasına “Doqquzuncu günü”, tamamlananda Günəşdə, yaradıcı İşıq şüalarının, aktivləşmə mərhələsini bilərək, hər fəslin başlanğıcından doqquzuncu günündə, böyük şadlıqla, sevinclə fəslin yeniləşməsi, özünə yer tutması kimi yad edərdilər!
  İndiki təqvimlə (22 dekabr), qış fəslinin başlanmasına 22+9 gün (böyük çillə, qırx gün), hesabatı gəlməklə, o günü böyük sevinclə yad edərək, həmin gün, Çillə Qarpızı kəsərdilər!
  “Çillə qarpızı”, nədir?
  O dövr, bütün qarpızlardan yox, bir qarpız növünü qışa saxlamaq üçün, yayda samanı böyük gözlü xəlbirlərdən keçirərək (Cırtdanın, Divə dediyi, Xəlbir), ancaq iri qalan samanı, günün altında qurudaraq, xüsusi ayrılmış yerlərdə o qarpızları saman içərisində, qışın o gününə kimi, qoruyub saxlayardılar!
  Qarpız, şərti olaraq, Yer kürəsinin forması, üstundəki xətlər iki qütb arası, Şimal-Cənub qürbünün biri-birinə bağlanmasının, əyani göstəricisi kimi, əziz bir bostan məhsul kimi çox dəyərli bilirdilər!
  Adətən, yeni ailə qurmuş gənclərə də, amma Qız evindən, Oğlan evinə, həmin gün Çullə qarpızı aparılardı!
  Bütün ailələr, hər ailə ayrı-ayrılıqda, həmin gecəni Qış qarpızı, Çillə qarpızı kəsməklə çox sevinclə yad edərdilər!
  Qarpızı, xüsüsi kəsmə üsulu var idi.
  Yə’ni, qarpızı tən ortadan, (ekvator xətti), iki bərabər hissəyə bölməklə, iki Yarımkürəyə ayırmaqla, süfrəyə qoyardılar!
  Həmin gecə (qış fəslinin başlanması, 22+9=31-gün hesabatı), bütün ailə üzvləri yığışardı bir yerə, yerdə süfrə açardılar, Çillə qarpızını qoyardılar süfrənin ortasına və deyilərdi “bilmirik bu qarpızın içi nədir?. Kəsəndə bilərik ki, içi nədir!”
  Qarpızı iki hissəyə tən bölməklə, üzlərinə gələn Yaz ərəfəsinin, ilin başlanmasının rahat, sevincli olmasını arzu edərdilər!
  Qarpızı, şərti olaraq, Yer kürəsi, tən bölməklə, ikinci Yarımkürə ilə birlikdə, yer kürəsinin bir tam olduğunu, əyani göstərərdilər!
  Min illərdir ki, Naxçıvanda hər il, Böyük çillə, Kiçik çillə bayramlarını, bütün əhali, bayram kimi, qeyd edib, yad edirlər!
  Bununla yanaşı, fevral (indiki təqvimlə), ayının ortalarlnda “Xıdır”, “Xızır”, bayramını, dənli bitki toxumlarını, saclarda qızardaraq, qovuraraq, böyük şadyanalıqla, “Su tökən” bürcünü yad edərək, Dünya tufanı ərəfəsində, o dövr,        Azərbaycan ərazisindən, Azərlərin o Tufandan xilas olma ərəfəsini yad edərək,   Xıdır bayramını, sevinclə bütün əhali yad edər, xatırlayar!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.