Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən

Print Friendly, PDF & Email

Mən Əjdər müəllimlə tanış idim, onunla birlikdə işlərimiz olub, mən də o sahədə tədqiqat apardığıma görə tez-tez görüşüb söhbət aparırdıq. Sevinirəm ki, o kitabda mənim dediyim, mənimlə apardığı müzakirələrin nəticəsi olan- məsələn güzcü konsepsiyasının müəllifi kimi mənim dediyim fikirlər də öz əksini tapıb, sonra Mingəçevir yazıları ilə bağlı fikirləri var və s. Əjdər müəllimlə hər dəfə görüşəndə bir çayxanada otururduq, söhbətlərin birindən sonra da mənim haqqımda bir yazı yazmışdı.

    Mən Gəmiqaya ilə bağlı, Gəmiqaya əlifbası ilə bağlı, ümumiyyətlə təsvirləri araşdırmaq üçün nədə ona lazım idim? Mən ixtisasca fizikəm, o isə ədəbiyyatçı idi.         Azərbaycan qədim tarixi irsinin əsası kosmologiya  ilə bağlıdır, ulduzlarla, münəccim elmi ilə bağlıdır və biz o sahəni Əjdər müəllimlə həmişə müzakirə edirdik. Bu kitab (göstərir) Arxeologiya və etnoqrafiya institutunun əməkdaşı Nəcəf Müseyiblinin buraxdığı kitabdır. Ümumiyyətlə mənim apardığım tədqiqatlar sirli tərəfləri, qayaüstü təsvirlərin sirli tərəflərini göstərir. Bu kitabda bir portret verilib  bu portreti heç kəs başa düşmür, başa düşülməyən portretdir. Nəyə görə? Burada insan üzünün portretinin yarısı verilib yarısında başqa şəkil montaj olunub və simmetriya nəzəriyyəsinə görə buradan perpendikulyar qoyulub baxılanda şəkildəki əsl mahiyyət aydınlaşır( şəkli göstərir). Etnoqraflar baxsalar (burada simmetriya qaydası ilə baxanda) bizim papağa oxşar  burada milli papağı, gözləri, hətta dişləri də görsənən bir ağsaqqal, nurani kişinin şəklini görə bilirlər. Məsələn Gəmiqaya ilə bağlı İçərişəhərin Qoşa Qala Qapısı üzərindəki öküz başı, yan tərəflərdə iki şir təsvirində bir sürəti, yenə Gəmiqayada da var və biz elə o şəkillər barədə Əjdər müəllimlə söhbət edirdik. Bu öküzün şəkli  Pleyada bürcünün şəklidir, o Pleyada bürcü ki, eramızdan düz 2100 il qabaq mart ayının düz 21-də səmadan çıxıb, o səmadan çıxma əlamətinə görə mart ayının 1-ni Novruzu müəyyən edirdilər və mifologiyada Zaman və Tale Allahının adı Zurvan gedir. Zurvan da gürcü əksi ilə oxuyanda Novruz alınır. Bu əslində Sur bürcünün onun adlarından biridir,Əkiz, Buğa, Sur və s. Onlardan biri də Sur bürcüdür.Sur bürcünü səmadan çıxma əlamətinə görə müəyyən etmək olur. Həmin təsvirin Gəmiqayadakı  variantına  baxdıqda burada perpendikulyar Şir və Öküz başı Qoşa Qala Qapısı üzərindəki ilə üst-üstə düşür.

Mən Qobustanda bir təsviri piktoqrafik yazını oxudum, bunu simvollarnan oxuyanda üstdə Göy, altda su yarandıqda ortada İşıq yaranmış piktoqrafik yazıdır. Bu Orxon-Yenisey kitablarında da olan ən qədim yazıdır. Bu yazını mütəxəssislər mezolit dövrünə, yəni 1500 il bundan əvvələ aid edirlər. Bu yazının köməyi ilə Misir rəsmini aça bildim. Yəni burada (şəkli göstərir) öküzün qarnının altından bir ayaq şəkli də verilib, bayaq kiminsə çıxışında eşitdiyim kimi bu çoban-çoluğun təsvir etdiyi yazılar deyil. Bu maqların yaranış haqqında ( bayaq Naxçıvandan da onu qeyd etdilər) təsəvvürlərinin əks olunduğu piktoqrafik təsvirlərdir. Üstdə Göy, altda Su yarandıqda ortada kişi oğlu yaranmışdır.Ayağın mahiyyəti nədir? Ayaq proporsiya ölçüsü kimi 4 ünsürü- o ünsürlər ki Talmut onu təsdiq etməyi qadağan edib ki, bu 4 ünsürü- ilkin başlanğıc ünsürlərini- yəni hava, su, işıq, göy – ünsürləri təqdiq etdikdə insan özünü Allah səviyyəsinə yüksəldir. Ona görə həmin dini kitablar onu qadağan edir. Və bu şəkli aça bildim (digər bir şəkli göstərir) bu şəkli göstərmək imkanı yoxdur, həmin şəkli yan üstə çevirib baxdıqda o ayağın bu hissəsi maqın əlinin işarəsi ilə göstərdiyi bu hissə suyu simvollaşdırmağını fərz elədim və suyu əks etdirmək xüsusiyyəti ilə buradan baxdıqda öküzün başı bütövləşdi. Sonra təəccüblü də olsa, Mayya qəbilələrinin olduğu Meksika, Salvador ərazisində insan üzünün bir açar kimi istifadə olunmasının kodlaşdırılmasını da aça bildim. Nə isə bunları, biz Əjdər müəllimlə çox müzakirə eləmişik, vaxtınızı çox almaq istəmirəm burdakı o təklifləri, Naxçıvandan səslənən  təklifləri də mən bir neçə yerdə elmi məclislərdə demişəm, əgər bir tədqiqatçı, tutaq ki, hansısa bir institutda bir tədqiqatçı bir qədim yazını tapırsa onu Azərbaycan elm aləmində harda qeydə  aldırmalıdır ki, mən sonra onu axtarmayım. İsa müəllim Sizin burada olmağınızdan, Areologiya İnstitutunun direktorunun  burada olmağından istifadə edib təklif etmək istəyirəm ki, elə bir mərkəz yaradın ki, orada belə tədqiqatlar qeydə alınsın, bir kataloqu yaransın, məsələn Əjdər müəllimin oxuduğu bu sözlərin bir kataloqu yaransa, daha ikinci bir tədqiqatçı onun üzərində baş sındırmasın və belə tədqiqatların yaranması bizim üçün vacibdir, bir tərəfdən də ona görə vacibdir ki, əgər, bu nəticələrə özümüz sahib çıxmırıqsa, sözsüz ki bizi istəməyən düşmənlərimiz bundan istifadə edəcəklər. Mən Sizə də təşəkkürümü bildirirəm ki, Siz vaxtınızı sərf edib belə məsələlərə diqqət yetirirsiniz.

Razim Əliyev, müstəqil araşdırıcı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.