Turizm maarifində “İpək yolu”

Print Friendly, PDF & Email

   Tarix  boyu dünyanın hər yerində truizmin inkişafına  həmişə  böyük diqqət  və maraq  göstərilmişdir. Çünki  turizm ölkənin ilk növbədə iqtisadi büdcəsini artırır, ölkəsinin hörmət  və nüfuzunu dünyada tanıdır, başqa ölkələrə öz ölkəsinin üstünlükləri, tarixi yerləri, ədəbiyyatı, mədəniyyəti, folkloru,  adət və ənənələri, flora və faunası, sosial inkişafı  haqqında məlumat  verir. Turizm insanların sosial-mədəni fəaliyyətinin əsas sahələrindən biri kimi dövlət tərəfindən yüksək qiymətləndirilir.

          Azərbaycanda “İpək yolu” üzərində yerləşən və turizm məkanlarına  daxil olan xeyli tarixi yerlərİ, qədim  memarlıq abidələri, dəyərli məkanları, müqəddəs ziyarətgahları, diqqətçəkici qaya üstü təsvirləri olan qayaları  və mənzərəli yerlrəri ilə məşhurdur.  

Bu yerlər haqqında hələ qədim və orta əsrlərdə Azərbaycana səyahət etmiş səyyahlar, elm, bilik adamaları bu məkanlar  haqqında geniş və ətraflı məlumatlar vermişlər. Məsələn, ölkəmizə bir çox ərəb səyyahları gəlmiş –İbn Xordadbeh (IX əsr), Qudama ibn Cəfər (IX əsr), Əl- İstəxri (X əsr), İbn Havqəlin (X əsr),  Əl-Məsudi (X əsr),  Bab əl-Əvvab (X əsr),  Əl-Müqəddəsi (X əsr) – daha  sonralar isə Rus və Avropa səyyahları gəlmiş – Afanasi  Nikitin (XV əsr),  Aleksandr Düma (XIX əsr), Övliya Çələbi (XVII əsr), Jan Şarden (XIX əsr) və başqaları Azərbaycana gələrək bu ölkəni öyrənmiş, tədqiq etmiş, bu barədə dəyərli əsərlər, səyahətnamələr yazıb dünyaya  yaymışlar.

             Qədim tarixə və zəngin mədəniyyətə malik, coğrafi cəhət­dən türk-islam dünyasının  mərkəzində və “İpək Yolu”nun üstündə  yerləşən Azərbaycan hələ çox qədim zamanlardan yüksək mədəniyyət mərkəzi olduğunu və dövrün, ictimai həyatın xüsusiyyətlərinə uyğun mədəni- maarif, təhsil ocaqları yaratdıqlarını bilməliyik.

Qobustan, Gəmiqaya, Oğlanqala, Qızqala, Kültəpə, Orxon kitabələri və daha bir çox qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəsm çəkmək, rəqs etmək və s. mədəni, təhsil vərdişlərinə sahib olmasından xəbər verir. Tariximizin çox qədim­liyini göstərən arxeoloji qazıntılar, əldə edilmiş maddi, mədəni nümunələri Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanda hələ daş dövründən istifadə edilən duz mədəni və buradan tapılmış daş baltalar, buradakı duz müalicəxanası çox uzaq keçmişimizin mədəni səviyyəsi barədə fikir söyləməyə əsas yaradır ki bunları ölkəmizə gələn turistə anlatmaq laızmıdr. Onlara həmçiniun məlumat verilməlidir ki, “İpək Yolu”ndan əvvəl “Duz Yolu” da olmuşdur ki, Naxçıvan duzu at arabaları vasitəsilə, Şərq ölkələrinə, Şumerlərə, Osmanlı dövlətinə daşınmışdır.    

Tariximizin çox qədimliyini göstərən arxeoloji qazıntılar, əldə edilmiş maddi, mədəni nümunələr, xaraba şəhər və qəsəbələr Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanda hələ daş dövründən istifadə edilən duz mədəni və buradan tapılmış daş baltalar, buradakı müalicəxana çox uzaq keşmişimizdən xəbər verir.

Azərbaycan ərazisinin dünyanın ən qədim insan məskən­lə­rin­dən biri olduğu artıq sübut edilmişdir. Azıx, Tağlar, Damcılı, Daş­sa­lahlı, Qazma mağaralarında, habelə, başqa abidələrdə aşkar olunan maddi-mədəni arxeoloji tapıntılar, o cümlədən 1968-ci ildə Qara­bağ­da, Füzuli rayonunun 17 km-də tapılmış Azıx mağarası və bu­ra­dan aşkar edilmiş l8-20 yaşlı qadının alt çənə sümüyü tədqiq edilmiş və sübut edilmişdir ki, 350-400 min il bundan əvvəl burada qədim in­san­larımız – Azıx adamı (Azıxantrop) yaşamış və bu fakt Azə­r­baycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu göstərir. Dünyada üç tapıntıdan biri olan bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmiş və dünyanın ən qədim sivilizasiya ocaq­la­rın­dan biri hesab edilmişdir. Bütün bunlar haqqqında  danışmaq təbii ki, turistin böyük marağına səbəb olacaqdır.

    Vaxtilə Azərbaycan 100 şəhəri olan ölkə adlamışdır.  Şamaxı, Şəki, Şəmkir, Bərdə, Gəncə şəhərlərində böyük ticarət işləri mövcud olmuşdur. Azərbaycan şəhərləri içərisində Bərdə hərtərəfli yüksək inkişaf etməsi ilə seçilmişdir. Xilafətin Cənubundan və Şərqindən Şimala “İpək Yolu” vasitəsilə sənaye və ticarət malları aparan dəvə karvanları Bərdədən gəlib keçirdi. Bərdə demək olar ki, bir çox səyyahların dediyi kimi o zaman “İkinci Bağdad” hesab olunmuşdur.

         Ölkəmizə gələn turistlər öyrənirlər ki, Azərbayacan “İpək Yolu”nun üstündə qədim və zəngin bir ölkə olmuş və onun əraziləri bu günkü  Dağıstanın cənub rayonlarından başlamış, Gürcüstanın Şərq hiussəsini, Cənubi  Azərbaycan Urmu gölünü, Bəzz qalasını, indiki Ermənistan ərazisini, Borçalı mahalını əhatə etmişdir. Onlar öyrənirlər ki, qədim və orta əsrlərdə Çindən Orta Asiya, Ön Asiya ölkələrinə satılan ipək- böyük  ticarət yolu- “İpək yolu” Azərbaycandan keçmişdir.

“İpək Yolu”  bizim eranın I minilliiyndən başlayaraq II min illiyin ortalarına qədər Avropa və Asiyadan, Azərbaycandan keçməklə Orta Asiyanın ticarət yollarını birləşdirir. Hələ VII və VIII əsrlərdə “İpək Yolu” Çin gəmiləri Şərqi Çin və Yapon dənizini keçərək yük gəmilərini  Hindistan və İran sularına, Xəzərə  üzdürürdülər. 

             Böyük “İpək Yolu”nun bir qolu  Azərbaycandan keçdiyindən bu ərazidə – xüsusilə Dərbənd, Şirvan, Şəki, Beyləqan, Gəncə, Qəbələ, Təbriz və Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan vermişdir. Bu şəhərlərdə də ipək hazırlanmış və onlar da ipək ticarəti ilə məşğul olmuşlar.

      Qədim Ordubad şəhəri “İpək Yolu”nun üstündə yerləşdiyindən burada ticarətin və sənətkarlığın, xüsusilə ipəkçiliyin inkişafında mühüm və əlverişli şəriat və imkanlar yaranmışdır.  Ordubadın yüksək  keyfiyyətli ipəyi hələ XVI əsrin ikinci yarısında Avropaya ixrac edilmişdir. 1875-ci ildə burada buxar mühərriki işləyən ipək sarıma fabriki yaradılmışdır.  Burada 1886-cı ildə ipək istehsal edən  dörd böyük ipək sarıma müəssisəsi fəaliyyət göstərmişdir.

            Türkmənçay Müqaviləsindən (1828) sonra Rusiyaya birləşdirilən Naxçıvan – Ordubad XIX əsrin ikinci yarısı, 1920-ci əsrin əvvəllərində Rusiyanın ticarət mərkəzlərini, Rusiya bazarlarını, xüsusilə yaxın Dağıstan ərazisini yüksək keyfiyyətli xam ipək, ipək parça, habelə quru meyvə ilə təchiz edən  böyük mərkəzlərdən birinə çevrilmişdir. Burada, 1870– ci illərdə  Avropa tipli barama açan fabriklər inşa edilməyə başladı. 1928 və 1929-cu illərdə 12 kiçik ipək fabriki birləşdirilərək, böyük Ordubad İpək Kombinatı yaradılmışdır. Əsrlər boyu Ordubad ipəyi Çin ipəyindən geri qalmayaraq dünyanaın bir çox ölkələrinə məhsulunu ixrac etmiş və bir çox beynəlxalq festivallarda yüksək mükafatlandırılmışdır.

        Bəzi turizm həvəskarları var ki, onlar dini zəmində, qədim əfsanə, rəvayət, mifologiya ilə maraqlanır və turizm səfərlərində bunları öyrənmək istəyirlər. Onlar ölkənin ziyarətgahlarını, qədim tarixi yerlərini görmək və öyrənmək istəyirlər. Azərbaycanda belə ziytarətgahlar, müqəddəs yerlər  çoxdur. Onların arasında Naxçıvanda “Əshabü kəhf” məşhur  ziyarətgahı haqıqnda, onun barəsində yaranmış məlum əfsanənin turistlərə anladılması və bu ziyarətgahın adının “Quranı-Kərim”də  getməsi haqqında, habelə Nuhun gəmisinin Gəmiqayada  məskunlaşması, Nuh peyqəmbərin qəbrinin də Naxçıvanda olması haqqında dəyərli məlumatların  verilməsi əlbəttə çox maraqlı və cəlbedici olacaqdır.    

           Turistlər “Nuh” əfsanəsinə görə, tufan zamanı Nuhun gəmisi Naxçıvanın şərqindəki İlandağa, Ordubaddakı Ələngəz və Kəmki dağlarına toxunduqdan sonra, Gəmiqayada quruya oturduğunu öyrənirlər. Bu əfsanə Nuh tufanı haqqında qədim Şumerlərin “Bilqamıs” dastanında, yəhudi əfsanələrində də öz əksini tapmışdır.  Əfsanənin süjeti eramızdan əvvəl III minillikdə məlum olsa da, II minilliyin ortalarında Şumerlər tərəfindən gil lövhələrdə yazıya alınmışdır. Bir sıra tarixçilərin fikrincə, bu, Naxçıvanın salındığı tarixlə, yəni, e.ə. 1539-cu illə eyni dövrə təsadüf edir. Rəvayətə görə, Gəmiqayada lövbər salan gəminin qalıqları indiyə qədər buradakı “Ayı çuxuru” deyilən yerdə qalmaqdadır.

Gəmiqayanın qayaüstü təsvirlərində rəqs səhnələri o dövrün estetik zövqünü bildirir, ov səhnələri, örüş sahələri, keçi, maral, quş, habelə əmək alətləri dövrün peşələri olan ovçuluqdan, əkinçilikdən, maldarlıqdan xəbər verir, at, dəvə, ulaq, araba təsvirləri insanların istifadə etdikləri nəqliyyat növünü göstərir. Günəş, ağac, çay kimi rəsmlər insanlarımızın inancından, daşlar üzərində düz xətlə çəkilmiş bir neçə xətt və ya çox xətt Gəmiqayalıların say anlayışından xəbərdar olmalarını bildirir. Bütün bunlar onu deməyə əsas verir ki, bəşəriyyətin ilk təlim- tərbiyə məkanı, ilk təhsil ocağı elə burada olmuşdur. Mənbələrdən də məlum olmuşdur ki, məhz burada ilk dəfə olaraq Naxçıvanda pilləli, mərhələli məktəb yaranmışdır.  Gəmiqaya qoruğunu görmək istəyən turistlərə  buraya iyul – avqust aylarında gəlmələri məsləhət görülür.  Çünki yalnız bu dövrdə zirvəyə çıxmaq və gözəllikləri duymaq mümkündür.

Turist təşkilatçısı yaxşı bilməlidir ki, “İpək yolu” Bakının 50 km-də yerləşən Qobustan ərazisindən keçir ki, Buradakı Qobustan qayaları insanlığın ən qədim ya­şa­yış məskəni olmuşdur. Qayaların üstündə 1000-dən artıq şəkil və yazı işarələri vardır. Bu rəsmlərdə müxtəlif heyvanlar, qayıqlar, əmək, ov və rəqs səhnələri təsvir edilmiş, insanlar nəyi isə başqa­la­rı­na öyrət­mək və ya bildirmək istəmişlər. Qobustan rəsmləri, buradakı işa­rə­lər, dini ayinlərə həsr edilmiş fiqurlar, rəqs kompo­zi­siyaları, hələ Me­zo­lit və Eniolit dövrlərində Azərbaycanda bədii zövqün, rəsm mə­də­niyyətinin, təsviri sənətin varlığını, nəqqaşlığın, rəssamlığın səviy­yəsini, inkişafını göstərən əsaslı bir dəlildir. Qaya­larda həkk olunmuş qayıq rəsmləri o dövrün mühəndis ağlından, hesablama işlərinin dəqiq­liyindən xəbər verir. Qobustandakı daş abidələr yalnız Azərbaycan üçün dəyərli deyil. Dünyanın ilk sivilizasiya mərkəzlərindən biri olduğu üçün Qobustan dünya miqyaslı, dünya turizmində  əhəmiyyətli tarixi abidə sayılır.

        Ölkəmizə gələn Turistə həmçinin  bu da  anladılır ki, tarixi “İpək Yolu” müasir dövrdə  də bərpa olunur. Bu yol Zəngəzur dəhlizindən keçir. Zəngəzur dəhlizinin açılması Bütün Yaxın Şərqə, Orta Asiyaya, Türkiyəyə, Rusiyaya, Cənubi Qafqaza ticarət və digər əlaqələrin yaranmasına əlverişli imkanlar  açır. Bu dəhliz təkcə İpək Yolu üzərində yerləşən ölkələr üçün deyil, həm də  bu yolun yaxınlığında yerləşən ölkələr də  bu imknadan faydalana biləcəklər.

 Ölkəmiz bu sahəyə xüsusi diqqət yetirir, investisiyalar qiyur. Prezident İlham Əliyev deyir: “Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasına birbaşa investisiya yatırmış və eyni zamanda, regional əməkdşalığa gətirib çıxaran təşəbbüslərə  start verərək siyasi cəhtdən də bu layihəhə dəstək olmuşdur..  Azərbaycan İpək Yolunun  bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynamışdır. Ümid  edirik ki, cari ilə Gürcüstanda və Türkiyədəki tərəfdaşlrımızla birlikdə biz bu üç ölkədə  Bakı, Tbilisi, Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamalayacağıq  və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu lyaihədən faydalanmaq imkanı verəcək.” [İlham Əliyev Davosda Dünya İqtisadi forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasda çıxışı. 19 yanvar, 2017- ci il.].   

Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinəı dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri” yaradılmasının bigə təşviq edilməsi barədə Azərbaytcan Respublikası Höküməti ilə Çin Xalq Respubliksaı Höküməti arasında anlaşma memorandum imzalanmışdır.

Bütün bunlar turist səfərində olan insanın gəzərək, görərək, eşidərək müxtəlif biliklərə biliklərə sahib olmasına və elmi, siyasi, mədəni dünyagörüşünün daha  da zənginləşməsinə səbəb olacaqdır. 

                                     Şamama Kamil qızı Ağamuradova

      Qaradağ rayon İcra hakimiyyəti, İnformasiya təminatı və təhlili sektorunun müdiri, Dağıstan Dövlət Texniki Universiteinin aspirantı

                                        shmkml@gmail.com

One comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.