Bir qəribə, bir də Mütləqdir insan…

Print Friendly, PDF & Email

Yer üzündə, bütün insanlar, bir çox halların əhatəsindədirlər!

Amma, o hallara, bir o qədər də, əhəmiyyət vermirlər!
Bir o qədər də, Əhəmiyyət vermirik ki, niyə körpə uşaqlar, yatıb yuxuya getməsi üçün, mütləq nənni, beşik köməyi ilə yuxlamalıdırlar? 
Orada da, o nənnidə, o beşikdə rahatçılıq tapıb yatmayanda, ana qucağında, ana ayaqlarında, yürgələnərək yatmalıdırlar?
Ata ayağında yox, Baba ayağında yox, Ana, Nənə ayağında daha tez və daha rahat yatarlar!
Niyə?
Körpə uşağın, yadı-yaddaşına görə, hələ ana varlığında, hələ də, ana bağlılığında özünü onla birlikdə hiss etdiyindən, ana ayağında o an, ana istisini hiss edərək, rahat yuxuya gedib, rahat yatarlar!
Rahatçılığını, ana istisi ilə bilirsə əgər, o körpəni nənnidə, beşikdə, ayaqda “yürgələməyin”, nə əhəmiyyəti var?
Körpə uşaqlar, yürgələnməsələr isə, rahat yata bilmirlər, heç yatmırlar da!

 Nədir səbəb?
Yer Aləmində, o körpə uşaqlar, iki hala bağlıdırlar! 
Bir halda, Ana nəvazişi, Ana istisinə, bir halda isə “yürgələnərək”, Yer Aləmində, Yer kürəsinin, Günəş ətrafında, hərəkət sür’ətinə, olan və olacaq, bütün hərəkət sür’ətlərə, uyğunlaşmağa çalışarlar!
Çünki Onlar, “Vaxtsız-Zamansızlıqdan”, Yer üzünə gəldiklərindən, yer üzündə, hərəkətlər sür’ətlərində, yer üzü Meridian və En dairələri bölmələrinə, bir saat Mayatniki kimi, uyğunlaşmağa çalışırlar!
O körpələr, Yer üzündə bütün körpələr, dörd yaşınacan, yürgələnərək yatmağı istəyərlər!
Ana varlığından, ayrılan, doğulan bütün körpələrin, o andan, ömür müddətləri mərhələlərə bölünər!
O yeni doğulan övlad, dörd yaşınacan, körpə olar!
Dörd yaşından, Səkkiz yaşı arasında, uşaq olar!
Səkkiz yaşından, On altı yaş arasında, gənc olar!
On Altı yaşından, Otuz iki yaş arasında, cavan olar!
Otuz iki yaşından, Altmış dörd yaş arasında, daha yaşlaşmağa başlayar!
Altmış dörd yaşından sonra, qocalmağa başlayar!
O qocalıqdan, Yüz yaşından sonra, Piraniləşməyə başlayar!
İnsan ömrünün hansı mərhələsində, onun nə halda olduğunu soruşsan, həmişə deyəcək ki, “hələ Cavanam!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.