Yer planetində su, hava

Print Friendly, PDF & Email

Hava, oksigen nədir?

O, suyun çox durulmuş, təmizlənmiş halıdır. Yer kürəsi su əhatəsində sudadır, su içərisində sudadır.

Su olmasa hava olmur, hava olmasa canlıların var olması (bütün varlıqlar canlıdır) olmur.

Yer kürəsi haləsi, su əhatəsində sudadır, su ilədir. Suyun durulmuş halı (hava) kürəmizi sıxmır, sıxılmır kürə üçün çəki yaratmır. Hava suyun çox durulmuş halı dedikdə, yerin dərin qatlarından su halı o qədər təmizlənərək yüngülləşir ki, çəkisi yox, kütləsi yox halına çatır.

Baxaq bə`zi hallara. Hava qatı – rəngsiz, dadsız, iysiz və şəffafdır. Su – rəngsiz, dadsız, iysiz və şəffafdır. Su ilə hava qatı biri-birinin təkrarıdır, tamamlamasıdır, birliyidir. Yer kürəmizə nə qədər, hansı qədərdə, hansı mərhələdə su miqdarı lazımdır? (çünki heç bir “Varlıq” mövsümündə  kənardan bizim planetə miqdarında su daşıyıb tökmür). Belə olan halda, kürəmizdə dayanmayan, tükənməyən su miqdarı haradandır və nəyin prosesi nəticəsidir?

Məsələ burasındadır ki, yer kürəsinin Nüvəsi mərkəzdə olmaqla, kürəmizin var olmasını (həyatı) nizamlayandır. Yer kürəsi nüvəsinin aktiv olması, yerin dərin qatlarının, faydalı qazıntıları, süxurları, layları yetkinlik halını, kürə daxili nəmlik qədərini nizamlayaraq ilkin olan su halını ayırır. Kürə daxili su ayrılmaları baş verməsə idi, faydalı qazıntılar, laylar, süxurlar insanın yanacaq və istilikdən mə`mulatlar hazırlaması da mümkünsüz olardı. Su ayrılmaları süxurları, qatları yetkinləşdirir. Su miqdarı yer səthinə qalxmaqla ilkin su başlanğicı alınır. O, su başlanğıcından, hava ayrılır.

İnsanlara və elmə mə`lum olan bir hal var, onu “Şimal parıltısı”, “Qütb parıltısı” – kimi adlandırırlar. Qütblərdə həmin proses adətən sentyabr-mart ayları arasında müşahidə olunur. Yer kürəsinin dərin qatından ayrılan o kütlə,  böyük təzyiqlə ayrılır və müxtəlif həndəsi quruluş formaları biri-birini əvəzləyir. Onun hündürlüyü 100 km. çatır. Amma o parıltı, (şimal, cənub) hər iki qütbdə müşahidə olunur.

Bu nədir, niyə bu, bu ərəfədə baş verir? Məsələ burasındadır ki, həmin proses “Qütb parıltısı” parlaq olub, işıq zərrələrinin toplum halında, səslə müşahidə olunur. Bu hal, kürə daxili Nüvənin işıq yayma sür`əti tezliyinə mütənasiblik göstəricisidir, tezliyidir, səsidir. Gözlə görünən, həmin görüntü, yağış vaxtı görünən “göy qurşağı” (yeddi rəng) təmsilçisidir, qütb parıltısı zamanı görünən yeddi rəng burada da suyun tərənnümçüsü olur. Görünən, səslə eşidilən, müşahidə olunan o proses Suyun kürə daxilində son, təmamilə təmizlənmiş halı olub, kürə səthinə ağ “maye” kimi ayrılır.

O, “durulmuş, təmizlənmiş” su qədəri, 16 km. radius əhatəsindən başlamış yer sərhinə sanki daşır,  axır, qovuşur, əriyir, həll olunur, yayılır, “ağ duman”a bənzəyir. Dəyişkən temperatur hədlərinə görə hərəkət edir, küləyə, havaya çevrilib, hava qatını yaradır. Bütün kürə boyu o axar təmiz su varlığı bərabər, tamamlanmış “Hava”-qatını yaradır ki, bütün canlılar onun əhatəsində və ona möhtacdırlar. O proses baş verməsə idi əgər, yer üzündə hava qatının mövcudluğu da təmamilə mümkünsüz olardı (alova, tonqala diqqətlə baxdıqda sanki o, sudur əriyən, sudur “yanan”, qütb parıltısının “təkrar” prosesinə bənzəyir. Fərq ondadır ki, alovda, tonqalda rəng çalarları müşahidə olunur, suda, buxarda rəng çalarları görünmür).

Yer kürəsi öz Nüvəsinə görə elə bir “canlı” orqanizmdir ki, özü-özünün ardıcıllıq proseslərini nizamlayır. İnsan nəfəs aldıqca (yay,qış) suyun daha da, təmizlənmiş halı əhatəsində olduğundan, insan vücudunda 36,5˚-37˚ C hava (duru su) qatını ciyarları vasitəsi ilə, tənzimləyir. Baxmayaraq ki, insan vücud temperaturu 36,5˚-37˚ C-dir o hava temperaturu insan temperaturu ilə anilikdə bölüşür, uyğunlaşır.

Ümumiyyətlə Kainatda olan bütün planetlər yumru, kürəvari (basıq) formalidır. Bu kürəvi quruluşda, iki qütb arası planet qurşağında (ekvator) nisbi nəm, temperaturlar hədlərini bərabərlik qədərində bölüşdürüb, nizamlamaq funksiyası daşıyır. Beləliklə, qurşaq (ekvator) yer kürəsinin iki qütb arası olan nəm, temperatur hədlərini və s. nizamlama funksiyası daşıyıcısıdır. Bir hal da ondan ibarətdir ki, yer kürəsinin mərkəzində yerləşən nüvə, Günəş ətrafında hərəkət sür`ətinə mütənasib olaraq yer kürəsində baş verəcək bütün proseslərə uyğunlaşıb. Yer kürəsinin mərkəzində yerləşən nüvə Günəş ətrafında hərəkət sür`ətinə mütənasib olaraq, fəsillər ardıcıllaşa bilir.

Balıq sıxılmış su içərisində “nəfəs alır”, eyni vaxtda o su hövzələrini qəlsəmələri vasitəsi ilə təmizləyir, normallaşdırır. Sudan kənara çıxdıqda, çox təmizlənmiş “su əhatəsində” olduğundan sanki hava miqdarı çatışmır, və ya əksinə insan su dərinliyinə yenəndə, skafandırsız (yə`ni, o təmizlənmiş “su”- hava miqdarı olmadan) nəfəs ala bilmir.

İnsan ana varlığında olduğu müddət ərzində, vücudda çox-çox təmizlənmiş maye əhatəsində olduğundan (rüşeym, embrion) tədricən böyüyür, bilinir, doğulur.

Vahid  Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 12 =