GÖRDÜM

Print Friendly, PDF & Email

 [Gördüklərim Böyük Yaradanın

 Məkanıdır.

Pak Ağ, Müqəddəs İşıqladır,

Onun Məkanıdır].

 

  Mən o Böyük Yaradanı gördüm

(Göstərdi,gördüm).

Öz Məkanında gördüm,

Kürsüsündə,

Pak Ağ Nur, İşıqlı Geyimdə gördüm.

Gözlərində İşıq,

Varlığını Pak İşıqda gördüm.

Özünü Sevincdə, Rəhmdə, Səbrdə gördüm,

 Cəm kainatları, Cəm Yaranışı

 Ətrafında Hərəkətdə gördüm.

Ağ geyimli Müqəddəsləri

bir Düzümdə gördüm.

        Özü Rahat İdi,

         Sevincli İdi,

            Rahat İdi;

  Hər an Yaradıcılıqda,

Yaranışlarla bir Bağlılıqda gördüm.

  Yaranışları Ətrafında,

   Varlığında, Ətrafında

 Görmədə gördüm.

  Zəhimsiz gördüm,

Təlatümsüz gördüm,

 Böyük Rəhmdə, Böyük Səbrdə gördüm,

 Müqəddəsliyi,

     Müqəddəs İşıqları

   Ətrafında gördüm.

 Mehribançılığı, Sevinci,

       Təkrarsız Gözəlliyi

o Böyük Yaradanda gördüm.

 Yer məkanına görə Şimali-Şərq

 istiqamətdə o səmtə Qalxışda gördüm.

     Cəm kainatları Ətrafında,

Özünü Zirvədə, Nurda gördüm,

Böyük, İlahi Mehribançılıqda gördüm.

Özünü Deyimləri ilə kainatları,

         varlıqları, cisimləri

Onun Baxışında, Özü ilə gördüm.

           Yaranışın İlkini,

          Kainatların İlkini,

        Müqəddəslərin İlkini,

           Yaranışın İlkini

               Yaranışların

Müqəddəs Əbədi İşıqlarında gördüm.

 Böyük Yaradan Göstərdi, – gördüm.

       Müqəddəsliyi, Əbədiyyəti,

                Ölümsüzlüyü,

        bəşərin özünə etdiyini,

əzabda özü ilə özünü gördüm.

         Kamİlkən cahillikdə,

cahillik əzabında özünü gördüm.

      O bəşəri, o varlıqları gördüm.

   Keçmişi, bu günü, gələcəyi gördüm.

Məkri insanın özü ilə özündə gördüm.

       Kainatların əbədiyyətini

Əbədiyyətdə gördüm.

        Böyük Yaradanı Əbədiyə

Əbədi Yaradan gördüm.

     İlkdən Olan o Yaradanı gördüm, Əbədiyyətini Əbədiyyətində gördüm.

  Mehribanlığı yenə Özündə gördüm,

Rəhmini yenə Özündə gördüm,

Səbri yenə Özündə gördüm.

      Yaranışları yaranışlara

 Yaratdığını gördüm.

           Özünü bir İşıqda,

Özünü, o Yaradanı Tək gördüm.

        Yaranmış yaranışları

Özü ilə Ətrafında gördüm.

 

 

Vahid Rzayev “Ümidimiz Sənədir” kitabından, səhifə 7 – 10; Bakı, “Nərgiz” nəşriyyatı, 2000 – ci il.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − eighteen =