NAXÇIVAN MAKROTOPONİMLƏRİNİN LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ

  Monoqrafiyada Naxçıvan ərazisindəki makrotoponimik sistemin oykonim, oronim, hidronimik adarın tarixi məlumatlardakı yeri, daşıdığı mənalar, bu mifik inancların əski mənbə və salnamələrdə yeri ətraflı tədqiq edilmişdir. Bu makrotoponimlərə daxil olan adlar arxiv materialları və qaynaq məlumatları əsasında linqvistik təhlilə cəlb edilmiş, qədim sözlər qruplaşdırılmışdır. Onların prototürk-Azərbaycan dili elementləri olduğu lüğətlər əsasında tədqiq edilmiş, dilimizin əski dövrlərinə dair yeni tarixi faktlar […]

Naxçıvan Əhalisinin Etnogenezi Tarixindən M.Ö. VI-III Minilliklər

  Kitabda indiyədək tədqiq olunmamış Naxçıvan əhalisinin etnogenezi, bu ərazidəki proto Azərbaycan tayfalarının m.ö. VI-III minilliklər tarixdəki yeri onların daşıdığı mənalar, mifik inancları, əraziləri, əski salnamələrdəki yeri ətraflı tədqiq olunmuşdur. Monoqafiyada Naxçıvan MR ərazisindəki qədim tayfaların  adlarından yaranmış etnooykonimlər arxiv və qaynaq məlumatları əsasında sistemləşdirilmiş, etimoloji izahları verilmişdir. Adları əmələ gətirən sözlərin dövrləri dil və tarixi yöndən müəyyənləşdirilmiş, onların proto […]

GƏNC YAZARIN MƏHSULDAR ƏMƏYİ

   Şəxsiyyətin formalaşması haqqında ideyalar qədim dövr­dən etibarən meydana çıxmış, cəmiyyətin inkişafında mü­vafiq ola­raq zənginləşmə yolu keçmiş və Azərbaycan icti­mai-pe­da­qo­ji fikrinin mühüm probleminə çevrilmişdir. Orta əsrlərdə şəxsiyyətin for­­­malaşması ideyası insanın tərbiyə edilməsi kimi başa dü­­­şül­müş, yaxşı insan yetişdirilməsi məqsədini da­şı­mış­dır.    Bu baxımdan Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Taleh Xəlilovun “Orta əsr […]

VAQİF MƏMMƏDOV XATİRƏLƏRDƏ

   Bu kitab ömrünün 40 ilini Azərbaycan təhsilinə, elminə, mədəniyyətinə həsr edən tarix üzrə fəlsəfə doktoru, dosent, şairpublisist Vaqif Məmmədovun keşməkeşli və nailiyyətlərlə zəngin olan həyatına, elm aləmindəki uğurlu axtarışlarına həsr olunub. Alim, şair, naşir, pedaqoq, ictimai xadim və ən əsası, İNSAN Vaqif Məmmədovun həyat və yaradıcılığı xatirələrin, sənədlərin dili ilə tam dolğunluqla canlandırılmışdır. Kitabda Vaqif Məmmədovun həyat və yaradıcılığı […]

SƏDƏRƏKDƏ YAZILAN GÜNDƏLİK…

       Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Naxçıvanın qeyrət qalası” adlandırdığı Sədərəyin on illik (1985-1995) tarixinin gərgin ictimai-siyasi prosesləri, xüsusilə erməni təcavüzünün nəticələri müəllifin dəqiq müşahidələri əsasında əyani şəkildə təsvir edilir.   ÖN SÖZ               40 ildən artıqdır (1966-cı ildə Naxçıvan şəhər pedaqoji mək­­təbinə qəbul olduğum vaxtdan) gündəlik yazıram. Lap gənclik illərimdən görüşüb tanış olduğum adamlar […]

SƏDƏRƏKDƏ YAZILAN GÜNDƏLİK… 19 yanvar 1990-cı il

    SƏDƏRƏKDƏ YAZILAN GÜNDƏLİK… 19 yanvar 1990-cı il   Səhər saat 11 radələrində məktəbdə gözlənilməz, o vaxta kimi bizə tanış olmayan bir səs еşitdik. Az sonra həmin səs təkrar olunanda hamı məktəb həyətində idi. Arazdəyən tərəfdən еrmənilər Sədərəyi aramsız top atəşinə tutmuşdu. Kinolarda gördüyümüz müharibə qoxusunu və qorxusunu hiss еtdik… Bizi-məktəb kollеktivini ən çox narahat еdən odur ki, məktəbdə […]

“Mirişli ocağının İşığı!” kitabı

MİRİŞLİLƏR NƏSLİ və görkəmli həkim-ziyalı, müəllim-pedoqoq, doktor ADİL MİRİŞLİ BARƏDƏ Sizə təqdim olunan bu kitabda Naxçıvandakı Mirişlilər nəsli və həmin nəslin ən bariz nümayəndələrindən biri görkəmli həkim-ziyalı, müəllim-pedaqoq, doktor Adil Mirişli və həmin nəsil barədə əldə edə bildiyimiz materiallar toplanmışdır. 2018-ci ilin avqust ayında Adil Mircəfər oğlu Mirişlinin 80 yaşı tamam oldu. Bu münasibətlə Adil həkimin övladları: Mir Asəf, Emin […]

AZƏRBAYCAN BAYRAĞI

   Çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan Xanəli Kərimli (Kərimli Xanəli Abbasəli oğlu) 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub, şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti və həmin universitetdə əcnəbi tələbələrlə iş üzrə dekan, II çağırış Naxçıvan MR Ali məclisinin deputatı, Naxçvan MR Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.     O […]

XIX ƏSRİN SONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ NAXÇIVANDA QADIN TƏHSİLİNİN ÜMUMİ SƏCİYYƏSİ VƏ PROBLEMLƏRİ

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda qadınların təhsilə cəlb olunması Rusiya və Avropa ölkələrinə nisbətən çox çətin idi. Çünki bu dövrdə qadın təhsili ilk növbədə qadın azadlığı problemi ilə sıx bağlıydı. Demək olar ki, bütün Şərq qadınlarında olduğu kimi Azərbaycan qadınlarının təhsil məsələləri maarifpərvər ziyalıları əsrlər boyu düşündürmüşdür. Ona görə ki, bu dövrdə qadınlar ictimai həyatdan təcrid edilmişdir. Onların […]

Naxçıvan Əhalisinin Etnogenezi Tarixindən M.Ö. II-I Minilliklər

Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisindəki əhalinin etnogenezində m.ö. II-I minilliklərdə iştirakı olmuş, indiyədək dövrlərə görə sistemli tədqiq olunmamış proto Azərbaycan tayfalarından bəhs olunur.  Burada Naxçıvanın qədim və müasir ərazilərində məskun olmuş tayfaların yeri, adların daşıdığı mə`nalar, onların mifik inancları, əraziləri, əski salnamələrdəki yeri ətraflı tədqiq edilir. Monoqrafiyada Naxçıvan ərazisində bu tayfa adları ilə yaranmış etnooykonimlər qədim arxiv və […]

1 2 3 5