Dil Dövlətin əsas rəmzlərindən biridir və birincisidir!

Aqillər  dilin doğmalığı  barədə elə gözəl fikirlər, hikmətlər söyləyiblər ki, o kəlamların hər biri insanın qəlbini diqqətə gətirir, onu öz elinə, öz dilinə daha sıx tellərlə bağlayır. Deyirlər: “Bir xalqı məhv etmək istəsən, onun dilini əlindən al!”           Ulu Öndərimiz Heydər Əliyevin tez-tez söylədiyi bir ifadə var idi:”Hər bir xalqın Milli mənsubiyyəti onun Milli qürur mənbəyidir!”           Məhz Milli mənsubiyyəti… […]

Ramiz Dənizin “Aqibət” romanı haqqında

Qələmin çəkdiyi yol… (“Aqibət” romanına  ön söz )  Sözə onunla başlamaq istəyirəm ki, Ramiz Dəniz adında yazmaqdan yorulmayan, qələmi kökdən düşməyə qoymayan fədakar bir yazıçı dostumuz var. Ramiz hər yerdə, həmişə özünün saflıq, dürüstlük deyə indi az-az rastlanan bir xüsusiyyəti, yəni, qeyri-adi təbiəti və çoxlarına bənzəməyən  istedadı ilə fərqlənir. Orta təhsilli olmasına baxmayaraq çox mütaliəli bir qələm adamıdır. Bir neçə maraqlı, […]

Poetik incilər

Sənət aləmində “Yaşıl sevgilər”, “Tənhalıq əlində”, “Məhəbbət müqəddəsdir”, “Daşlar çiçəkləyəndə”, “Bənövşə ömrü” kimi şeir, hekayə və povestlər kitabları ilə tanınan şair Vahid Aslanın hələlik sonuncu kitabı “Əkiz ruhlar” adlanır. Kitabda şairin “Əkiz ruhlar” poeması və torpaq ətirli, vətən ətirli, sevgi ətirli, ana ətirli şeirləri toplanmışdır. Bu şeirlərdə uşaqlıqdan gəzib-dolaşdığı dağlara, düzlərə, meşə və kəndlərə dərin bir sevgi, həzin bir həsrət […]

Fəxriyyə Rzayeva “Mən bilməmişəm…”

Nə xoşdur yar uğrunda sürünmək Bir qəlbdə iki olub qoşa döyünmək Ey can, saf eşqə sevinclə bürünmək Canı can edərmiş, mən bilməmişəm…   Oğuldur eşqin dəyərin vaxtında qanan Sevdiyinin başına yalansız dolanan Ey can, yar gözlərində həyat tapan bir cavan Eşq üçün candan da keçərmiş, mən bilməmişəm…   Əzabla sürünərsən yarsız günə göz bağlarkən Olmaz bir çarən, eşq yarasını dağlarkən […]

AFAD QURBANOV – 85 TARİX YARADAN İNSAN

 Afad Qurbanov bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına verən əvəzsiz alimlərdəndir.  XX və XX1 əsr Azərbaycan dilçiliyinin görkəmli, istedadlı alim və elm təşkilatçısı, Azərbaycan Elmlər Akadmiyasının üzvü, Əməkdar elm xadimi, Respublika Dövlət mükafatı laureatı Afad Qurbanov uzun illər […]

Şair, publisist, ziyalı Muxtar Qasımzadə haqqında

Nuh çıxandan gəlirəm Bura Nuhun öz eli. Köhnə qala məzarı Gəmiqaya heykəli Muxtar Əziz oğlu Qasımzadə 1951-ci ildə Nax­çıvan şəhərində anadan olub. Gənclik illərin­dən (1970) bu günə qədər jurnalistlik fəa­liyyətini da­vam etdirməkdədir. Bədii yara­dıcılığa da elə hə­min illərdən başlayıb. Şeir və poemaları mətbuat­dan, ədəbi jurnallardan, al­manaxlardan, mavi ek­ran­­dan, radio dalğaların­dan ictimaiyyətə yaxşı ta­nışdır. Müxtəlif vaxtlarda Beynəlxalq poeziya festi­vallarının iştirakçısı olmuş, […]

Müəllim, ziyalı, şair Vahid Aslan barədə

Tərcümeyi-hal Vahid Aslan (Əsgərov Vahid Aslan oğlu) 1972-ci il sentyabrın 29-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. 1979-1989-cu illərdə Parakənd orta məktəbində təhsil alıb. 1989-1994-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-inforimatika fakültəsində təhsil alıb. 1994-1995-ci illərdə təyinatla Şəmkir rayon Şeyidlər kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib. 1995-1998-ci illərdə Gəncə şəhər məişət xidməti kollecində müəllim işləyib. […]

“Professor ABBAS ZAMANOV” kitabına giriş

Azərbaycan müstəqillik əldə edənədək «Sovet ədəbiyyatşünaslığı» kimi təşəkkül tapmış və inkişaf etmiş müasir ədəbiyyatşünaslığımıza bu gün yenidən qayıtmaq, ona müstəqillik  mövqeyindən yanaşmaq, tənqidi şəkildə elmi təhlilini  vermək, ideoloji təzyiqlərə məruz qaldığını açıqlamaq mühüm vəzifələrdəndir. O cümlədən ədəbiyyatşünaslığımızın ayrı – ayrı görkəmli nümayəndələrinin yaradıcılıq yolunu yeni təfəkkür işığında araşdırmaq zərurəti ortaya çıxmışdır.             Azərbaycan filoloji fikrində ədəbiyyatşünaslar, tənqidçilər barəsində bir sıra […]

Fərqanə Ramiz qızı Kazımova

Fəqanə Ramiz qızı Kazımova 1965-ci ildə Naxçıvan şəhərində anadan olub.1987-ci ildə Bakı Dövlət Universitetini bitirib. Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasının müəllimi kimi göstərdiyi səmərəli fəaliyyət Fərqanə xanıma ciddi nüfuz qazandırıb,elmi mühitdə əks-səda yaradıb.O, 1999-cu ildə “Professor Abbas Zamanovun həyat və yaradıcılığının elmi bibloqrafik tədqiqi”mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fililogiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.             Filologiya elmlər namizədi,dosent Fərqanə Kazımova […]

Firudin Həsən oğlu Rzayev

1952-ci ildə Naxçıvan Muxtr Respublikası, Culfa rayonunun Xoşkeşin kəndində anadan olmuşdur. 1975-ci ildən Culfa rayon M.Qasımov adına Xoşkeşin kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlayan F.H.Rzayev 1983-cü ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirərək ixtisası üzrə müəllimlik sənətini davam etdirmişdir.             Orta məktəbdə müəllim işləyərkən o, elmi yaradıcılıqla məşğul olmuş, Xarici Dillər Universitetinin dissertantı kimi fəaliyyət göstərmişdir. 2003-cü ildə […]

1 2 3