1.1.Gəmiqaya – Qobustan əlifbası

Son illərdə apardığım tədqiqatlar nəticəsində mənə aydın olmuşdur ki, Azərbaycan – dünyada ən qədim və ən mükəmməl əlifbanın vətəni, Azərbaycan – türk xalqı o əlifbanın yaradıcısıdır. Söhbət Gəmiqaya – Qobustan əlifbasından gedir. Mən bu əlifbanı Gəmiqaya və Qobustan abidələrini, həmin abidələr haqqında tədqiqat əsərlərini nəzərdən keçirərkən aşkar etmişəm.    Qobustan abidələri haqqında ilk dəfə 1924 – cü ildə xəbər verilmişdir (1), […]

Həzrəti Nuhun xilaskarlığı və Gəmiqaya-Qobustan əlifbası –32 hərf: 9 sait, 23 samit

Fikrimcə, Orxon-Yenisey və Gəmiqaya-Qobustan əlifbaları bir-birinin ardınca gəlir, lakin müstəqilliyi ilə fərqlənir. Onlar qohum oğuz-türk əlifbalarıdır.      Orxon-Yenisey əlifbası işarələrin sayına görə Gəmiqaya-Qobustan əlifbası ilə müqayisədə “kasıb” görünür. Bu oğuz- türk əlifbası və ondakı işarələrin miqdarı barədə qəti mülahizə yürütmək mümkün deyil. Düşünürəm ki, hər iki oğuz-türk əlifbası son dərəcə qədim tarixə malikdir. Avrasiya məkanında Orxon-Yenisey əlifbası şərq, Gəmiqaya-Qobustan əlifbası […]

Gəmiqaya abidələri xalqımızın daş yaddaşıdır

Gəmiqaya abidələri Naxçıvanın tunc dövrü mədəniyyətinin ayrılmaz hissəsidir.Abidə Ordubad rayonunun Nəsirvaz kəndinin yaxınlığında yerləşir. Qayaüstü təsvirlər başlıca olaraq Qaranquş yaylağında toplansa  da,bu tip təsvirlərə Qapıcıq zirvəsindən başlayaraq Nəbi yurdu və Camışölən yaylağınadək geniş bir ərazidə rast gəlmək mümkündür. Əsasən su qaynaqları ətrafında toplanan qaya təsvirləri qədim insanların təsərrüfatı və mənəvi mədəniyyətini öyrənmək üçün dəyərli mənbədir.Gəmiqaya təsvirlərini stilistik xüsusiyyətinə görə iki […]

Gəmiqaya abidələri Naxçıvanın qədim tarixi mənbələridir.

…Gəmiqaya qayaüstü rəsmləri qədim Naxçıvanın tunc və ilk dəmir dövrü əhalisinin bədii təfəkkürünü, estetik baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli tarixi mənbələrdir. Qədim Naxçıvanda miladdan əvvəl IV-I minilliklərdə incəsənətin əsas növlərindən biri sayılan təsviri sənət geniş inkişaf tapmış, qayaların, bədii keramikanın və tunc məmulatların, eləcə də müxtəlif minerallardan hazırlanan bəzək əşyalarının üzərində həyatla bağlı olan, real və simvolik məna […]

Tədqiqatçı Əjdər Fərzəli haqqında

    “Gəmiqaya-Qobustan rəsmlərində yazı elementlerinin olduğu dəfələrlə etiraf edilmişdir. Tanınmış tədqiqatçı Əjdər Fərzəli bu istiqamətdə uzun illər axtarışlar aparmış və həmin elementlərdən Gəmiqaya-Qobustan əlifbası tərtib etməyə müvəffəq olmuşdur. Əjdər Fərzəlinin formalaşdırdığı Gəmiqaya-Qobustan əlifbası, bu əlifbanın vahid mədəniyyətə dair materiallar əsasında təkmilləşdirilməsinin əməli ifadəsi kimi mühüm əhəmiyyət kəsb edir.”      Əjdər Fərzəlinin fıkrincə, “Gəmiqaya-Qobustan əlifbası Azərbaycan xalqının zəngin mədəni keçmişinin parlaq […]

Ümumdünya subasmasının Naxçıvana meteoroloji və mədəni təsiri

Təbiət qüvvələri ilə mübarizəsi nəticəsində cürbəcür miflər və əfsanələr meydana gəlmiş, dinlər və sonra isə müxtəlif fəlsəfi cərəyanlar yaranmışdır. Bir çox əfsanələrin real kökləri olsa da əsrlər boyu insan təxəyyülü onu fantastik bir duruma gətirib çıxarmışdır. Bu səbəbdən də insan ağlının yaratdığı həmin mif və əfsanələrin real köklərinin olub-olmamasının araşdırılması sivilizasiyanın indiki inkişaf mərhələsində cəmiyyətin qarşısında vacib bir elmi problem […]

1 2