Bu da bir xatirə…

Print Friendly, PDF & Email

Bakı, 1960-cı illərin sonları, 1970-ci ilin əvvəlləri. Yasamalda indiki H.Zərdabi küçəsi.

   Səhər-səhər səs düşür “qatıq-qatıq, dağlı çörəyi-dağlı çörəyi” deyən arvadların səsi gəlir. Bir az keçir, yenə binalar arasına səs düşür. Sarı termos maşında hökumət südü gəlir. Sürücü “süd-süd“ deyir, əlindəki düdəklə səs salır. Kimsə o, maşından süd alır, kimsə almır. Maşın tənbəl-tənbəl binaların arasından uzaqlaşır.

   Səhər düşür səs düşür. İşə tələsənlər işə, dərsə gedənlər dərsə. Bu günki həyat səs küylə başlayır.

   “Qara şəhərin” qara tüstüləri küləyin səmtinə görə şəhərin üstünə tələsir. “Şin zavodun” (rezin təkər) tüstüsü qara şəhərin qara tüstüsünə qarışır. İnsanlar deyir ki, “darıxmayın o tüstülər 16 km. sonra yerə yenib, yerə qovuşur”.

   2000-ci il gəlir, yeni dövr gəlir. Bakı həyətlərində “xlor-xlor, mebel yağı” deyən kişilərin səsi gəlir…

Vahid Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.