Əjdər Fərzəlinin “Dədə Qorqud sözü” kitabı

Print Friendly, PDF & Email

DİLÇİLİKDƏ  YENİ  ELMİ  METOD

İstedadlı tədqiqatçı Əjdər Fərzəli Qorqud son illərdə çap olunmuş monoqrafiyaları və elmi-kütləvi məqalələri ilə diqqəti cəlb edir. O, tarixi mənbələrə, xüsusən də dilçiliyin tarixinə və mifologiyaya özünə xas yaradıcılıqla yanaşır. Onun saysız araşdırmalar və tarixi-müqayisəli təhlillər əsasında aşkar etdiyi, gəldiyi nəticələr elm üçün, xaqımızın qədim və zəngin mədəniyyətinin əl çatmayan qatlarının aşkarlanması üçün çox gərəklidir. Tanış mövzularda hamının görə bilmədiyini görmək kəşfçiyə xas əlamətdir. Əjdər Fərzəli Qorqud məhz belə tədqiqatçılardandır. O, Azərbaycan xalqının və qardaş türk xalqlarının əzəli, qanuni haqqının dərin elmi əsaslarla, təkzibedilməz dəlillərlə sübuta yetirilməsi üçün əsil elmi fədakarlıq nümunəsi göstərmişdir. Bunu müəllifin son 30 ildə çap etdirdiyi 200-ə yaxın elmi-kütləvi məqalələri və  “Dədə Qorqud yurdu” , “Dədə Qorqud yolu” , “Nizami zirvəsi” və yeni – “Dədə Qorqud sözü” monoqrafiyaları əyani şəkildə sübut edir.

Ə.F.Qorqud Azərbaycan mifologiyasının qanuni haquqlarını elmi cəsarətlə bərpa edən, Oğuz, Adəm və Həvva haqqında mifin ilkin həqiqətini açıqlayan ilk müəllifdir. Mifin ilkin həqiqətini açmaq – elmə yeni istiqamət verməkdir. Bu baxımdan “Oğuz” “Adəm” və “Həvva” sözlərinin və bu mifik surətlərin əsil məzmunu, mahiyyətini aşkara çıxarmaq elmi hünər sayılmalıdır. Müəllif ilk dəfə bu nəticəyə gəlmişdir ki, “Adəm” və “Həvva” – Dünyanın Od və Su başlanğıcının – bu maddi əsasın yaşarı rəmzidir ki, sonralar dini obrazlara və folklor obrazlarına çevrilmişdir. Adəm və Həvva ilk növbədə Azərbaycan mifologiyasının qəhrəmanları, əski azərlərin – azərbaycanlıların Od və Su inamlarının bəhrəsi, daşıyıcılarıdır. Bu inamların yaşı bəşəriyyətin ilk – Ulu dilinin – ilk vahid insan dilinin, ilk sözün yaşı qədərdir. Müəllif həmin kəşfi ilə bir neçə sualın cavabını aşkarlamışdır. Onlardan biri budur ki, dil – bəşəriyyətin Ulu dili həyatın yaranması ilə bağlı olan ilk inamlar – inanışlar, etiqadlar prosesində yaranmağa, formalaşmağa, bütövlənməyə başlamışdır. “ Adəm” və “Həvva” da Ulu dilin ilk sözlərindəndir, bunlar Azərbaycan dilinin də doğma sözləridir. Müəllif  “Dədə Qorqud yurdu” kitabında Od və Su inamının bir sıra əlamətlərini ilk dəfə, elmi inandırıcılıqla aça bilmişdir.

 

Kitabı Yüklə

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − seven =