Page 952 - Vahid Rzayev
P. 952
950
Məhsulların hasilə gəlmə ərafələri, fəsillərin, hava, su, Günəşli günlər şərtləri ilə,
ardıcıllıqda işləkdir.
Gəlin baxaq:
- İşıq olmasa, hərəkət olmaz,
- isti olmasa, törəmək - törətmək olmaz,
- törəmək üçün, Su olmasa, pərvəriş, inkişaf, olmaz,
- Su arasının, sudan ayrılan hava şərti, arada dayanar,
- temperatur şərt nizamına, təbiət üçün, hava şərt olar.
Deyilən həmin o, üç birliyin fəaliyyət göstərməsi üçün isə,
- ən əsas, mühit olar, mühit tələb olunar.
Onların mahiyyətinə isə şərt,
- Torpaq, Yer kürəsinin özü olar.
Nəyi, nələrlə, əvəziləşdirmək üçün isə, onların mahiyyət şərtləri, öndə durar.
Öndə dayanan isə, həmişə Sual olar.
Sual yaranarsa əgər, ona da, dəqiq cavab tələb olunar.
Hər sualın öz dolğun cavabı olar.
Hər suala da, kim necə şərh vermək istəyi, hələ düzgün cavab vermək, demək olmaz.
Ən başlıcası isə,
- Su olmasa, hava olmaz.
- Torpaq, mühit olmasa, bütün bitki aləminin mövcudiyyəti də, olmaz.
Bu, üç birliyin var olmasına isə:
- İşıq olmasa,
- İşıq şərti olmasa, ardıcıllıq quruluşu olmaz.
Günəş ətrafındakı planetlərdə, Su yoxdur ki, bitki örtüyü ilə, həyat da, canlı aləmi də,
yoxdur.
Həyat üçün isə, ən başlıcası, canlıları qida ilə qidalandırmaq üçün isə, tək su, tək
külək, tək torpaq, şərt deyil!
Bütün başlanğıclara ən öndə duran şərt, öndə İşıqdır, sonra isə, bir də, Sudur!
Heç kim də, heç də, qürrələnməsin ki, mə'lum olan dörd Ünsürün, yerlərini
dəyişməklə, nəyi isə kəşf edibdir.
Xeyir, kəşf olunanın özü, kəşf olunmaz!
Milyon illərlə, bəşəriyyətə məlum olan, dörd ünsürdən, birinin yerlərini dəyişməklə,
öz mülahizələri əsasında, onlar, yenidən kəşf etmək olmaz!

