Page 948 - Vahid Rzayev
P. 948
946
Amma, bir niyə, bir də ki, nəyə, alüdə olmuşuqsa, onu, bilmərik.
İstəklərimiz, tez - tez dəyişdiyindən,
alüdəçiliyimiz də, istəklərimiz də, baxışlarımız da, tez dəyişiləndir.
“Bədbəxtlik”, elə bilir ki, Xoşbəxtlik var.
Kimsə - kimisə, öz baxışında, öz müqayisəsindən ölçərək, elə bilir ki, xoşbəxtlik elə
odur, onda var.
O, xoşbəxt bildiyi kəsdən də, xoşbəxtliyin özünü soruşsa, o da deyəcək ki, xoşbəxtlik
dediyin nədir ki, necədir ki, hardadır ki, o, nədə var ki?
Xoşbəxtliyin isə, ancaq adı var.
O, istəklərdə, kimlərləsə müqayisələrdə, ona baxışlarda, həsrətlərdə, arzularda,
axtarışlarda, olan bir duyğu hissidir.
“Xöşbəxt”, bildiyin də, sən də, səndən də, ondan da, başqa birisindən də, soruşsalar
ki, xoşbəxtlik nədir?
O da, deyəcək ki, o, “xoşbəxtlik” dediyin, hardadır, o, nədədir?
Bax, onu, o xoşbəxtlik nədə olduğunu, bilmərik.
Bir anda sevinərik, o anda, xoşbəxt olarıq?
Bir anda kədərlənərik, o anda, bədbəxt olarıq?
Bax onu, bilmərik.
O, “bədbəxtliklə”, o, “xoşbəxtliyin”, meyarı, ölçüsü, məsafəsi, miqyası yoxdur.
Onun ölçü miqyası varsa, o miqyas nə ilə ölçülər, o, harda var?
Bax onu, bilmərik.
Amma biz onun, onları tez - tez deməyimizin, təkrarlamağımızın, alüdəçisiyik.
Amma ki, “xoşbəxtlik vardır”, deyərkən, o “xoşbəxtlik” adını da, təkidlə, deyərik.
Bax onu, sakit - sakit, astadan, deyərik...
Çünki, qorxaraq ki, o “xöşbəxtlik” dediyimiz, öz xoşbəxt adını eşidər, o, “xoşbəxtlik”
də, bizdən uzaq düşər.
Elə bağlantılarımız, elə alüdəçiliklərimiz olar ki, onlar bizi, məhf də, edə bilər.
Elə alüdəçiliklərimiz var ki, onlar dönər bizi yüksəldər, elə onda da, yüksələrik.
Amma, hansı həddə qədər, hansı sərhəddə qədər, yüksələrik, elə onu, bilmərik.
Yüksəlməyənə qədər, onu, o, mərhumiyyətləri, o, həsrətləri, yaxşı bilərik.
Amma ki, yüksəlməyə çatsaq əgər, onda daha çox, keçmiş halı unudar, çox halın
qarşısında, daha “mənəm”, deyərik.
Qəribəyik...