Page 947 - Vahid Rzayev
P. 947

945




                  ***

                  Bax onu, bilmərik...

                  Biz, Yer aləminin, dəlisiyik.
                  Biz,  bu  Yer  aləminin:  rənginə,  səsinə,  havasına,  gözəlliyinə,  bəzəyinə,  yaraşığına,
                  rəngarəngliyinə, avazına, hayına, küyünə, müxtəlifliyinə, alüdə olmuşuq, sanki onun,
                  bu aləmin, “dəlisiyik”.

                  Yer aləminə, dəlicəsinə vurulmuşuq, sanki onun, dəlisiyik.
                  Bilirik ki, bu Yer aləmi bizə, müvəqqətidir, bizlər burada, müvəqqətiyik.

                  O, müvəqqəti olanın, dəlisinə çevrilmişik, sanki bu aləmin, “dəlisiyik”.

                  Müvəqqətiliyimizin, bu aləmdə, müvəqqəti olduğumuzun, dəlisiyik.
                  Sevginin, məhəbbətin, ümidin, inamın, dəlisiyik.

                  Qəribədir,  biz  qəribəliklərin,  müxtəlifliklərin,  müəmmaların,  sualların,  şayələrin,
                  həsrətlərin, yeni xəbərlərin, dəlisinə çevrilmişik onların, dəlisiyik.
                  Bu gün, nələrisə belə istəsək, sabahsa, dünən istədiklərimizi, daha başqa cür istərik.

                  Amma, birdən, bir anda da, dönüb, acıq edib, heç bir şey də, istəmərik.
                  Amma, Yer aləminə, dəlicəsinə vurularlq, dəlicəsinə bu aləmə, bağlanarıq.

                  Elə zənn edərik ki, “hər şey, hər hal, bu aləm bizimdir”.

                  Çünki,  zənn  etdiklərimizin,  güman  etdiklərimizin,  fərz  etdiklərimizin,  ehtimal
                  etdiklərimizin, dəlisiyik.
                  Dəlicəsinə, mala - mülkə, əşyaya, şöhrətə, ada, titullara, bağlanarıq.

                  Sevgiyə, məhəbbətə, istəklərə, arzulara, dəlicəsinə bağlanarıq.
                  Biz, Yer aləmində olub, Yer aləminin, bu aləmin, dəlisiyik.

                  Qəribəyik...
                  Nəyi isə, sevərik.

                  Niyə?
                  Onu, bilmərik,

                  Nəyi isə, sevmərik,
                  Niyə?
                  Onu, bilərik.

                  Çünki, inciməyi, küsməyi, nifrəti, yaxşı bilərik...

                  Nəyə isə, alüdə olarıq.
                  Niyə?
   942   943   944   945   946   947   948   949   950   951   952