Page 950 - Vahid Rzayev
P. 950

948




                  İ. Nəsimi deyir ki, “Üzün ənbəridir”, yə'ni ki, gözəllik içərisində, əlavə bir gözəllikdir.
                  Əgər, “çarşənbəni”, rəqəmlər dili ilə, oxusaq, “çar”, dördün ifadəsidirsə, “ş - ənbə”
                  isə,  bir  gözəllik,  bizi  daha  yeni  Günlərə,  İstilərə,  Rahatçılıqlara  aparar,  anlamı,
                  daşıyırdı.
                  Azərbaycan ərazisində, Azərlərdən, babalarımızdan bizə qalan miras payını, rəqəmlər
                  dili ilə, ifadə etsək, “dörd”, baş verən ardıcıllıq, “yeddi”, gün tamamında, bir - birini,
                  bu  ərazidən  tamamlayar  ki,  dörd  ünsür  deyilən  halın,  başlanğıc  halı  da,  dörd
                  içərisində,  dördə  sığacaq  çarşəmbədən  birincisi,  İşıqla,  (nə  İşıqsız  başlayar  ki,  nə
                  İşıqsız, törəyər ki? O böyük partlayış da, İşıqdan tərədi, başladı ki).

                  İkincisi,  Su  ilə,  (nə  susuz,  pərvəriş  tapar  ki,  su  olmasa  olmaz,  su  olmasa,  molekul
                  olmaz,  molekul  olmasa,  hava,  oksigen,  kislorod,  külək,  tufan,  olmaz),
                  Babalarımız da, Suyun öz varlıq halını da, ikiyə bölərək, belə izah edərdilər ki, soyuq
                  qış fəslində, havada, suyun, nəmin qədəri (molekulyar), azalar ki, hava qatı, torpaq da,
                  nisbi nəmin azlığından, soyuyur, şaxtalar düşür.
                  Həmin proses eyniliklə, yay mövsümündə də, təkrarlanır.

                  Yay mövsümündə də, indiki təqvim adlığı ilə, İyun -Avqust ayında, hava qatında, bir
                  yarımkürədə, su, nəm qədəri, kəskin azalmaqla, havanın çox İsti keçməsi ilə, bostan -
                  tərəvəz məhsullarının, yetişməsinə, ən vacib bir amildir.

                  Üçüncüsü, külək ilə.
                  Bu ərəfədə, Fevral ayının ikinci yarısından başlayan, küləklər, bizim ərazimizə, qış
                  mövsümündə, çökmüş soyuq hava kütləsini, güclü küləklə müşahidə edilməsi, soyuq
                  hava  kütləsini  sıxmaqla,  onun  yerini,  həlim,  rəvan,  İsti  hava  kütləsi  ilə,
                  zənginləşdirilməsindən, ibarətdir.

                  Dördüncü çarşənbə, daha havanın, torpaq qatının, tədricən istinməsini, yazın - baharın
                  müjdəçisi kimi bayram, edilir.
                  Bunların hər biri, Qoç bürcündən başlayır, Buğa bürcündə, güclənir.

                  Hər bir çarşənbə, babalarımızdan qalma, İşıqla, İsti ilə, Su ilə, yad edilməsi, o, İşığın
                  yerdə oxşarını, ocaqlar, tonqallar yandırmaqla, hər həftənin, ardıcıl düzülüş davamı
                  ilə, bizləri, yaza, yaya, istiyə aparır, anlamı ilə, tonqallar, İşığın prototipi, üzərindən
                  atılaraq, yə'ni ki, bir haldan, başqa bir hala keçməklə, bir tərəfdən, başqa bir tərəfə
                  atılmaqla,  keçməklə,  bir  fəsildən,  başqa  bir  fəsilə  keçməklə,  “işığımıza,  istimizə,
                  qovuşaq”, deyərək, onları bayram şənlikləri kimi, yad edərdilər.

                  Çarşənbələr,  ərəfələrin,  Yer üzünün bayramıdır  ki, bizlər bu Yer  halını  yad  edərik,
                  onu bir bayram kimi, icra edərik, Kainatları unutmarıq.
                  07.03.2018

                  ***
   945   946   947   948   949   950   951   952   953   954   955