Page 946 - Vahid Rzayev
P. 946

944




                  Qarlı gündə, qar yağan gündə, açıqlıqda olan, o quş yuvaları, qarla dolar, qarlı olar.
                  O quş, axşama doğru, öz yuvasına qayıdanda, ayaqları ilə, o qarı eşələyib, yuvasına
                  yağıb dolmuş qar arasında, özünə yer edib, ayaqlarını altına yığıb, qar üstünə yağsa
                  da, budaqlar, ağac haçaları arasında qurduqları, o, yuvalarında gecələyərlər.

                  Gün  ərzində,  yağış  yağsa,  özü  yağış  suları  altında,  yuvası  da,  yağış  suları  altında
                  islanıb, yaş olsa da, həmin quş, həmin yuvasına, axşama doğru qayıdar, yuva yaş olsa
                  da, gün ərzində özü yağış suları altında, yem axtarsa da, o yaş yuvasına qayıdıb, yenə
                  də,  ayaqlarını  altına  yığıb,  o  yaş,  nəm  yuvada,  səhəri,  sübh  Günəşinin,  ilk  işığını
                  gözləyər.
                  Oyanar, səs salar, oxuyar, sevinər.
                  Baxarsan, səhər - səhər quşlara, Sərçələrə, Göyərçinlərə, Qumrulara, Qarğalara, səs
                  salıb, sevinc səsi ilə, səs salan o quşlara.

                  Onlar,  qış  da  olsa,  ərazidən  getməzlər,  bu  ərazidə,  yağışa,  qara,  çovğuna,  küləyə,
                  soyuğa, qara, baxmazlar, öz yuvalarında, Yazı, Baharı qarşılayarlar.

                  Səvinər, səs salar, səs çıxarıb, səs salar.
                  Baxırsan quşlara, baxırsan bunlara, qarda, soyuqda, yayda o istidə, onların ayaqları,
                  qar - qış soyuğundan, üşümür, yay istisində isə, torpaq, asfalt örtüyü, qaynar istidir, o
                  quşların ayaqları, soyuqdan üşümür, istidən yanmır.

                  Əslində, necə üşümür, necə yanmır, necə islanmır?
                  Bütün  quşların,  bir  ayaqları,  bir  də,  dimdikləri,  ağrı  hiss  eləmir.  At  da,  ayaqlarına
                  vurulan nal mıxlarının ağrısını, hiss eləmir.

                  Bütün quşların, ayaqları yayda isti olanda, qışda soyuq olanda, nə donur, nə də ki,
                  istidən qovrulmur.
                  Səhər olur, sevinir.

                  Gün ərzində, dən tapıb, dənləyib, sevinir.

                  Baxırsan  quşlara,  qışda  üşüməyən,  yayda  istidən,  giley  etməyən,  yuvaları  qarlı  da
                  olsa, yağışdan yaş, nəm də olsa, küləkdən, o güclü küləkdən, ağacdakı o, yuvalarında,
                  o  quşlar,  ayaqlarını  altına  yığıb,  gecələyib,  səhərin,  sübhün  Günəş  işığını
                  qarşılayanda,  sevinən  bütün  quşlar,  necə  də,  rahat,  sevincli,  şən,  soyuqdan
                  qorxmayan,  istidən  təlatümə  düşməyən,  dimdiklərinin  kortalar,  onu  qidalandıran  o
                  dimdik,  qırılar,  qopar,  qorxusunda  olmayan,  o  canlılar,  onlar  şaddırlar,  sevincli,
                  xürrəmi, arxayın, inamlıdırlar.
                  Çünki onlar,  “xürrəmdirlər”  -  arxayın,  inamlı,  ağrısız,  gileysiz,  sevincli,  qaranlığa
                  yox, İşıqla - İşıqda, həlimlə - həlimdə, İşıqdan - İşığa, bağlı olanlardırlar!

                  06.02.2018
   941   942   943   944   945   946   947   948   949   950   951