Page 696 - Vahid Rzayev
P. 696
694
O, qeydlər, o işarələrlə yanaşı, daş Kitabələrdə, o, dövr, işlədilən həriflərlə, həkk
olunurdu.
Bu gələcəkdə böyüyəcək, uşaqların, törəmələrin öz “daş yaddaşı” – daşlaşacaq
yaddaşında, bu davamlı, Əlifbası, olacaqdı.
Bu ərazi, tufandan sonra, insanlığın Beşiyi, Nənnisi kimi, adlandırıldı.
O, dövrdən sonrakı, tarixi mərhələlərdə, bir çox ərazilərdə, daş üzərində qazılmış
buynuzlu Qoç, Buğa şəkilləri, ona işarə idi ki, Yer həyatı, “bu ərəfədə”, Dünya
tufanından sonra, ikinci dəfə, başlayıb!
Bu işarələr, bütün Bəşəriyyətə, yaddaş tövsiyyəsi idi!
O, insanlar, bir çox halları, yaddaşlaşdırırdılar. Ən böyük yaddaş, Su yaddaşı, hesab
olunurdu.
Çünki, Suyun - yaddaş daşıyıcısı olması, o, insanlara,bir daha, yaddaş olundu ki,
“suya mehriban olaq, sudan – su ilə xilas olduq, istəklərimiz, düşüncələrimiz, xilas
etdi bizi, suya deyilən hər söz, hər düşüncə, sular arasında dolaşar, əzabını, dərdini,
xəstəliyini demə suya, o, özündə daşıyar, o özünə (sənə), qaytarar. Mehribançılığı,
istəklərini, həsrət çəkdiyini, sevincini, de Suya, tapa bilmədiklərini de suya, sular -
sularla dolaşar, kömək gətirər sənə. Suyu əziz saxla, əziz bil, Su candır, Canındır -
Canını, əziz saxla”.
Qəribədir, Yer üzünün yaddaş daşıyıcısı, Sudur.
İnsanın, yaddaş daşıyıcısı isə, Qandır!
O, da, Maye, bu da, Maye! O da, axır – axmadadır, Qan da, axır – axmadadır!
Onlar, Yaddaş hallarını daşımaqdadır!
Ürəyi də, hərəkətə gətirən, elə qandır. (Ürək daxili üzv kimi, qanı hərəkətə gətirmir,
qan, güclə, təzyiqlə, hərəkətdə olub, ürəyin mədəciklərini hərəkətə gətirir).
Bu ərəfədə, Hz. Nuhdan, o, insanlara, bir xitab da var idi, o təşəkkürlülük xitabı idi.
Hz. Nuh, o, insanlara, deyərdi ki, “Təşəkkürlü olaq - Günəşə, Suya, Torpağa. Onlar
ki, İnsan törəməsinə, canlılara kömək edər, yaşadar onlar.
Başın üstündə olan İşıq, Sudan xilasın - torpaqda oldu. Torpaq əziz oldu, xilaskarın
oldu. Zor, zorakılıq qarşısında, dayanmalı olsaq, bir ovcunda Daş, dayandığın Torpaq,
başın üstündə, İşıq.
Düz ol, düzgün ol, xilasın ondadır. Hər hansı bir işə başlamamışdan əvvəl düşün, o,
edəcəyin iş, nə ilə nəticələnər, sonu nə ilə oları, əvvəlcədən düşün”.
Səfərə, uzağa gedən, üç oğullarına, onların yanında gedənlərə, tövsiyyəsi var idi, “bir
çimdik duz, bir çimdik torpaq, ovcunda bir qisim su, yoğur onları birlikdə, yumurula
onları birlikdə, yoluna yoldaş et, onları birlikdə et, nicat olar, o, yollar sənlə birlikdə

