Page 695 - Vahid Rzayev
P. 695

693




                  suların, doluların, ərazisi olmaz. Onlar, Yer üzündə, hərəkətdə olar, bütün canlılarla
                  bərabərliyi  bölər,  bölüşdürər.  Çünki  onlar  Yer  üzünün,  hər  tərəfindən  gələr,  Yer
                  üzünün, hər tərəfinə yayılar, onların Ərazisi olmaz, onlar bütün ərazilərə çatar, onların
                  qarşısını kəsən də, olmaz”- deyə xitab etdi.
                  O, insanlar arasına, ətrafa, Səmaya köklü olaraq bir mehribançılıq, bir təşəkkürlülük
                  inamı  yarada  bildi.  İnsanlar  çox  sonralar  göy  qübbəsinə  Kəhkəşan,  bürclərə  isə,
                  Kəşanə deyərək, seyr edirdilər.

                  Tufandan  sonrakı,  ilk  məzarlar,  ancaq  məzarlıqlar  kimi  xarakterizə  olunmadı.  O
                  məzarlar mə`na daşıyıcılarına, yaddaş daşıyıcılarına çevrildilər.
                  Məzarlar üzərində yerləşdirilən, hündür, ensiz daşlar, bir mə`na daşıyırdı ki, gələcək
                  insanlara,  törəyəcək  övladlara,  bir  yaddaş  daşıyıcısı  olsun  ki,  tufan  vaxtı  insanlar
                  qayalarda, daşlarda, cəm oldular.

                  Tufana, güc gərdilər, sinə gərdilər, daşlarda xilas oldular ki, insan törəməsi də, davam
                  etdi, (tufan ərəfəsində, sudan xilas olmağa, başqa bir xilas vasitəsi olmuş olsa idi, çox
                  güman ki, o xilas vasitəsindən istifadə edib, onu tarixləşdirib, yaddaşlaşdıra bilərdilər
                  və bu tarixi, yaddaşlaşdırmağa, labüd olardı).

                  Amma,  dünya  tufanından  əvvəl,  Yer  uzundə  yaşayan  Bəşəriyyət,  evlənirdi  də,  bu
                  dünyadan köçürdü də. Tufan ərəfəsinə qədər, bu dünyadan köçən insanlara “O, ilkinə
                  qovuşdu, o, İşığına qovuşdu” – düşüncəsi ilə, yanaşırdılar və məzarlar üzərində nəsil,
                  törəmə rəmzləri ilə, müxtəlif işarələrlə işarələnirdi.
                  O,  törəmənin,  xüsusiyyəti,  davranışı,  insanlar  arasında  tutduğu  mövqe  tanıtma
                  “tamğa” işarələri ilə, simvolizə olunurdu.

                  O, tamğa işarələri ilə, yanaşı, müxtəlif təbii rəngləri, üzlərinə çəkməklə, işarə, bildiriş
                  daşıyırdı.
                  Dulusçuluq,  (saxsı, gil  qablar, əşyalar), üzərinə işarələr, (tamğa)  və bu  kimi,  başqa
                  mə`mulatlarda,  o  mə`mulatın  kimə,  kim  tərəfindən  hazırlanması  ilə  yanaşı,  hansı
                  nəslə, törəməyə aid olduğu bilinsin. O, işarələr, simvollar, ornamentlər nəsil, (qlan-
                  klan), bildirişi idi.

                  O  işarələr,  tamğalar,  o,  dövr  insanların  və  nəsillərin  biri  –  biri  arasında,  tanıtma
                  işarələri olmaqla yanaşı, onların xasiyyət, davranış, tutduğu mövqeyini bildirirdi.
                  Sonralar  o, işarələr, simvollar, tamğalar bayraq  şəklinə,  atribut şəklinə  qədər,  gəlib
                  çıxdı.
                  Tufandan  sonra,  xilas  olmuş  insanlar,  daşlara,  qayalara  öz  nəsil,  törəmə  işarələrini
                  tamğalarını da işarə etdilər.

                  Onlarla yanaşı, daşlar, qayalar üzərinə, ən mühüm işarələr arasında, buynuzlu Qoç,
                  Buğa  şəkilləri  həkk  etmək  isə,  o,  Tufan  ərəfəsinin,  Qoç  bürcündən,  Buğa  bürcünə
                  keçən ərəfədə, baş verdiyi işarələnirdi.
   690   691   692   693   694   695   696   697   698   699   700