Page 224 - Vahid Rzayev
P. 224
222
Sükunətlə, Ətalətin arasından, hərəkətlər, dartılar, fırlanmalar, gərilmələr, üzülmələr,
müqavimətlər, qopmalar, qırılmalar, dönmələr, yığılmalar, bucaqlar, məsafələr,
törəyər.
30.11.2015
***
Bakıda, çox maraqlı fəsil hadisəsi...
Dekabr ayının əvvəlləri olmağına baxmayaraq, fəsillərdən, Qış ərəfəsidir.
Axşamdır, (03.12.2015), indi Bakıda çox qəribə olan, Üç fəslin, eyni vaxtda bir birlik
halı yaşanır.
Yə'ni ki, Yaz, Payız, Qış fəsli birlikdə müşahidə edilir.
Bakının, Şimal səmtindən, ara vermədən İldırım çaxır, bərk yağış yağır, Xəzər
dənizindən, güclü külək əsir, hava soyuyub, eyni vaxtda, sulu Qar yağır.
Çox qəribə, görünməyən fəsil hadisəsi yaşanır bu an, eyni vaxtda, Qış, Yaz, Payız
fəsli bir birliyə gəlib, sanki bir-birinə, öz güclərini göstərmək üçün, görüşə
çağırılıblar!
Güclü Küləklə birlikdə, ara vermədən güclü səslə çaxan ildırım, şimşək isə, ətrafı
işıqlandırmaqla, vahimə, qorxulu səs yaymaqla, yağan güclü yağış, küləklə birləşib,
pəncərələrdən, pəncərə şüşələri arasındən, otağa dolur.
Külək, o qədər güclü əsir ki, leysan tipli yağışla, bilinmir, havadanmı, Yer altındanmı,
eşidilən uğultu səsi isə, daha böyük vahimə yaratmaqla, sanki bu tufan anı, Yer
üzündə, son günü, son gecəni xatırladır.
Sanki, güclü küləklə, Yer üzünə dayanmadan, şimşəklə, işıqla, vahiməli, uğurlu səsi
ilə birlikdə, müşayət olunan, səmalardan dayanmadan, Su axır.
Bu hala bənzər hadisə, Nuh dövrü, o dövr baş vermiş, o, Dünya tufanına çox oxşardır.
O ərəfədə də, buna bənzər, belə bir hadisə ilə, indiki təqvimlə, Yanvar - Fevral ayı
arasında baş vermiş o tufan da, çox faciəvi olmuşdu.
Gəmi Qaya ilə, Ağrı dağ arasından, Şərqlə - Qərb arasında, Gün çıxanla, Gün batan
arasında, o, Ur ərazisindən, Azərbaycan ərazisindən xilas olmuş Azərlər, o insanlar, o
ərəfəni “Su tökən, səmalardan, Su tökülən” kimi yadda saxlamaqla, o hadisəni
tarixləşdirub, o ərəfəni, səmada görünən, o ulduzlar düzümünə, “Su tökən, Su
tökülən” (Bürc adı), adını verməklə, o ərəfəni belə bir adla adlandırıb, o, tarixi
hadisəni, bu adla tarixləşdirmişdilər.
03.12.2015
***
Nə Yarandı...