Page 229 - Vahid Rzayev
P. 229
227
Bütün Varlıqlar Görkəmləri, Bir olmalıykən, müxtəlifliklərə ayrılıblar, niyə axı
bunlar, ayrı-ayrı?
Əgər belə deyilsə, bəs necədir, ayrı-ayrı?
Səbəb nədir ki, bütün varlıqlar görkəmcə, ayrı-ayrı?
Qadın, Kişi!
Erkək, Dişi!
Görkəmləri ayrı-ayrı, gözəllikləri ayrı-ayrı?
Nədir bunları ayıran, ayrı-ayrı?
Suallar bitməz, fikirlər bitməz, onlar isə, tükənməz!
Bütün Bunları ilkdən, O ilk Böyük Partlayış Anından, İşığın, Zərrə toplum Tezliyi,
(Statik), onları ayırmadı biri-birindən! Bir İşıq tezliyində bağladı Onları, İlkin olan O,
İşıq Varlığına!
O, Birə! O, Birlə-Birə!
Bütün varlıqlar, İşıq Daşıyıcılığında, Tutumunda, Gücündə müxtəlif olsalar da belə,
Bütün Varlıq və Mühitləri, Bütün Aləmləri O, Mütləq Olana, O, Sahibi Mütləqə
Bağlayan, Bir varlıq Var ki, o da, arada Olub, “bir vahid Zərrə toplumu birliyi”, ilə,
O, Mütləq Olan (obsolyut), İşığa Bağlar!
Qeyd:
“Bir vahid Zərrə toplumu birliyi” - səbəbindəndir ki, Ölüm yoxdur! Yer dəyişmə Var!
(İki, Aləm).
“Bir vahid Zərrə toplumu birliyi” - səbəbindəndir ki, Maddələr itmir, bir formadan,
başqa bir formaya keçir!
“Bir vahid Zərrə toplumu birliyi” - nəticəsindəndir ki, hər fəsil,Yer üzündə dəyişməz,
hər fəsil, “məhf edib, məhf edilməzdir!
Bu Səbəbdən, Kainatda hər hal, hər Varlıq Əbədi olma Gücündədir!
Dönməz, dəyişməz, itməz, yaddaşsız ola bilməz!
15.12.2015
***
Yer üzünə, pul gətirdilər...
O gün, bəşər - bəşərdən uzaqlaşmağa başladı ki, Yer üzünə, pul gətirdilər.
Əllər işdən soyudu, əkib becərdiyini, düzəldib qurduğunu, insanlar arasında dəyiş -
düyüşü, (malı - mala, mə'mulatları - mə'mulatlara), dəyişməyi dayandı.
Əllər işdən soyudu, zorakılıqlar əqillərə hakim oldu.