Page 231 - Vahid Rzayev
P. 231

229




                  Sonu, göydən üç alma düşərdi, onunla da, sonlanardı o, nağıllar.
                  “Göydən üç alma düşərdi, biri sənin, biri mənim, biri nağıla qulaq, asanın” və yaxud,
                  “göydən üç alma düşərdi, biri sənin, biri mənim, biri nağıl, deyənin”.

                  Qulaq asardıq nağıla, büşünərdik, o, nağılla.
                  Göydə axı, alma olmaz, alma ağacda olar.

                  Necə çıxdı göyə, o, alma?

                  Niyə nənəmdə iki alma, məndə niyə bir alma?
                  Bəs hanı o alma, məndə olmalı - olan, o, alma?

                  Niyə nənəmdə iki, məndə bir alma?
                  Hanı, bəs o, alma?

                  İllər keçdi, böyüdük.
                  Böyüdükcə də, hərdən düşündük.

                  Nənəmiz nağıl deyərdi, “biri vardı, biri yox”, deyərdi.

                  Axı niyə, o, nağılın sonunda, göydən niyə, ancaq üç alma düşərdi?
                  Böyümüşdük daha, düşünürdük daha.

                  “Biri vardı, biri yox idi”, deyilməklə, başlanardı o, nağıllar.
                  Demə, belə imiş əvvəldən.

                  Bir, “O” - var imiş, əvvəldən.
                  İndi gördüklərimiz, yox imiş, lap əvvəldən.

                  Göydən düşən “alma”, üç imiş.

                  Biri olan hal,
                  biri İstəklərin,

                  bir də, çıxaracağın, nəticələrin.
                  “Biri vardı, biri yoxdu, amma, İkisi arasında, bir nəticə vardı”.

                  Turqut bəy, göydən üç alma düşdü, biri göyündür, biri göndərənin, biri nəticəni, o,
                  nəticənin, mə'nasını, tapanın.
                  Belə idi, nağıllar.

                  Biri “Məlik Məmməd”, biri “Cırtdan” idi, o, nağıllar.

                  Məlik Məmməd, qaranlıq dünyadan, İşıqlı dünyaya, Simurq quşu ilə, Qa (İşıq), Qu
                  (Qida), ilə çıxdı, “İşıqlı”, aləmə.
                  Cırtdan, Divə (qaranlıqlar aləminə), rast gəldi, uzaqda “İşıq gördü”, İşığa tərəf getdi,
                  İşıqda, o, xilas oldu.
   226   227   228   229   230   231   232   233   234   235   236