Page 236 - Vahid Rzayev
P. 236
234
gözləyərdilər.
İlk qar yağarkən böyük sevincə səbəb olardı.
Çünki, bu yazın, yayın “su ehtiyatıdır” deyə, şadlanardılar.
Bütün əhali şadlıqla, yollara, küçələrə çıxıb qarı yombaladıb, kürə halına salmaqla,
onları həmişə yaşıl Zeytun, Küknar, Sərv, Şam ağaclarının ətrafına topalamaqla,
həmin qar kürələrini, eyni vaxtda hamılıqla, əkin sahələrinə öküzə, atlara bağlanmış
xərəklərlə daşıyıb, topalar halında, yığardılar.
Həmin həmişəyaşıl ağacların budaqlarına müxtəlif meyvələr asmaqla, balaca uşaqları
sevindirməklə yanaşı, onları da, bu adətə öyrətmək, həvəsləndirmək məqsədi
daşıyardı.
Qar kürələrinin bir yerə toplanmasına məqsəd, yazda əkin sahələrinin, ağacların su
təlabatını tədricən, əridikcə ödəmək idi.
Bununla yanaşı, torpağın qışda şaxtadan, topladığı acılığı təmizləmək məqsədi
daşıyırdı.
Sevinclə, şadyanalıqla keçirilən bu hal, ən əsası yolları, küçələri qardan
təmizlənməsinə xidmət edirdi. (Qarı yombaladıb kürə formasına, şəklinə salmaq,
Azərlərin ilk təkərin, çərxin İxtira edilməsinə gətirdi).
Bu hal, qışda qarı kürə şəkli formasına salıb, toplayıb küçələri qardan təmizlənməsi və
ağacların ətrafına yığmaqla yazın tez gəlməsinə, yaşıllıqların artmasına kömək kimi,
çox sonralar Avropa ölkələrinə yayıldı.
Avropa ölkələrində də, qış fəsli, qarlı çovğunlu keçdiyindən, qarı kürə şəklinə salıb,
bir yerə toplamaq da, sevinclə, şadlıqla keçirilməyə başlanıldı.
Həmin qar kürələrinə əlavə düzəliş, bəzək verməklə onu formaya salmaqla ona da,
“şaxta baba”, həmişə yaşıl ağaclara “qar qız”, adı verməklə, müxtəlif nağıllar,
əfsanələr deyildi.
Qış ərəfəsi, bu sevinc, bu şadyanalıq bütün qitələrə tədricən yayılmağa başlamaqla,
ümumdünya bayramına çevrildi.
Amma qarı, kürə şəklində ağacların ətrafına, əkin sahələrinə daşınması, küçə,
səkilərin bu üsulla təmizlənməsi, müddət - müddət yaddan çıxdı.
Qış dövrünün bu şad, sevinc anları, qarı kürə şəklinə salıb, yazı sevinclə gözləmək
yaddaşı Azərlərin, çox-çox qədim olan, yaddaşındandır.
Bu hal, bu şadyanalıq, insanlar arasında, qışın tez rahat keçməsinin, yaza tez çatmaq
istəyi icraatıdır.
02.01.2016
***