Page 225 - Vahid Rzayev
P. 225
223
Nə yarandı, O, Birdən, birə - birdən?
Bütün Aləmlər, bütün varlıqlar, bütün kütlələr, bütün cisimlər yarandı - yaranır və
yaranacaqdır da, və yaranmalıdırlar da, o, “Birdən”, birə - birdən.
Varmıdır, elə bir qüvvə ki, elə bir varlıq ki, dayandırıb, söndürə bilə, bu yaranış
ardıcıllıqlarını?
Yoxdur, olmayıb, olmayacaqdır da, elə bir “varlıq”, elə bir “qüvvə” ki, dayandıra,
söndürə, uzaqlaşdıra, bütün aləmləri, o, birdən, birə birdən!
04.12.2015
***
Milli, musiqi alətimiz Tar, nəyin tərənnümçüsü, nəyin təmsilçisidir?
Azərbaycan ərazisində, simli musiqi alətimiz olan Tar, çox-çox qədim olan, tarixi
dövr və mərhələlərdə, musiqilərimizi, muğamlarımızı, ritmik muğamlarımızı, müşayət
və səslənməsində çox mühüm, musiqi aləti olub.
Muğam janrı, Azərbaycana məxsus olan, Azərbaycanın, mülkiyyətidir!
Simli musiqi alətimiz olan Tar, səsində, səslənməsində Günəş və Kainatın səs
ahənginin, İşıq toplumunun, tərənnümçüsüdür.
Musiqi aləti Tar, özündə, tərtibatında, konstruksiyasında, Günəş hərəkətini, onun,
bütün hallarını, dəyişikliklərini, hal ardıcıllıqlarını, özündə əks etdirir.
Musiqi aləti Tar, özündə, tərtibatında, konstruksiyasında, çox maraqlı, çox
düşündürücü və sirli səs hallarının, daşıyıcısıdır.
Musiqi alətinin, konstruksiyasına diqqətlə baxdıqda, səslənməsini dinlədikdə, bir çox,
dəqiq hesabatlar, aydınlaşır.
Təkrar olunmaz, səs diapozonları, əsrarəngiz olan səslərin, sirlərinin nədə, necə
“gizlədildiyinin”, marağını, yaradır.
Musiqi alətinin, belə bir konstruksiyaya, malik olması səbəbindəndir ki, onun səs
diopozonu, Kainatın səs diopozonuna, çox uyğundur.
Əgər ilkdən, o dövr insanlar, Kainat və Astronomiya elminə, vaqif olmasa idilər, belə
bir musiqi alətində, İşıq ardıcıllığını, bir musiqi alətinə, sığışdıra bilməzdilər.
Əvvəlcə, Günəşdə gedən ardıcıllıqları, onun hərəkət trayektoriyalarını, dədiq
müşahidə edərək, Günəş təqvimi, tərtib edilmişdir.
Günəş təqviminin, tərənnümünü isə, simli musiqi aləti olan Tarada, cəm olunmuşdur.
İlkdən, Azərbaycan ərazisində, Azərlər, Yer kürəsinin, Günəş ətrafında, tam
hərəkətini, fəsillərin ardıcıllıqlarını, çox dəqiqliklə, hesablayırdılar.