Page 217 - Vahid Rzayev
P. 217

215




                  Pul,  əldən  -  ələ  keçməklə,  arada,  tədavül,  alqı  -  satqı  predmeti  olduğundan,  kimin
                  əlində, o, pul varsa, hər bir adamın, əlindəki çirki, əlin nəm miqdarı, hopur, o, pullara.
                  Onunla  bərabər,  bütün  İnsan  düşüncələrinin,  çirkli  niyyətlərinin,  həsrətlərinin,
                  məkrinin, yalanlarının, iftiralarının, qorxularının, hallarını, daşıyar.

                  İnsan uydurmalarının, yalanlarının, xəyallarının daşıyıcısına, çevrilər.
                  Amma,  heç  görmədik,  heç  eşitmədik  ki,  dünya,  sanitar  epidemioloji  stansiyaları,
                  xəbərdarlıqlar, etsinlər ki:

                  “bütün İnsanlar, İrqlər, millətlər, dövlətlər arasında, işlənən, tədavül vasitəsi olan, pul
                  əskinasları,  mütləq,  qəti  şəkildə  olaraq,  dezinfeksiya,  sterilizasiya  olunmalıdırlar,
                  pasterizasiya edilməlidirlər!

                  Çünki, o, kağız pullar, insan əllərinin, çirkinin, daşıyıcılarıdırlar”.
                  Yer aləmində pul, İnsanlar arasında, İnsanlar tərəfindən ancaq tədavül vasitəsi kimi
                  “İcad” - olunubdur.

                  İstərsə, qızıl pul, istərsə, gümüç pul, istərsə metal pul, istərsə pul əskinasları olsun, nə
                  fərqi var ki, onlar, İnsanlar arasında, ancaq tədavül, vasitəsidirlər.
                  Deməli  İnsan  istəkləri  arasında,  İcad  olunmuş  pul,  ancaq  İnsanların  öz  aralarında,
                  lazımdırlar.
                  Pul, İnsanlar arasında, əldən - ələ keçməklə, əllərdə, təmasda olmaqla, hər bir insanın,
                  əlinin, tərini, nəmini daşımaqla, “pul, müxtəlif əllərin təmasını və o, əllərin, tər, çirk,
                  daşıyıcısıdır”.
                  Onlarsız  da,  yə'ni  ki,  indiki  vəziyyətə  görə,  İnsanlar  arasında,  puldan  başqa,  əlavə
                  olaraq, başqa bir, tədavül vasitəsi, mövcud deyildir.

                  Deməli, pul əl çirki yox, müxtəlif əllərdən keçib, onlardan toplanmış, müxtəlif əllərin,
                  barmaqların, təmas, daşıyıcısıdır.
                  Pul yoxdur, “vay”..., pul vardır, “vay”... bu nədir, pul olubdur, “vay üstə, vay?”.

                  Bu, pul dediyimiz, nədir ki, az qala, bir çox İnsanların, əlinə, barmağına, pul qabına,
                  cibinə,  çantasına,  toxunub keçir, hər  əldən, hər barmaqdan  bir,  “pay”,  o,  da, təmas
                  payı daşıyır, amma ki, bir yerə də, yığışa bilmir?...

                  Deməli, pul, “əl çirki deyil”, İnsanların əl, barmaq yaddaşını, daşıyanlardır!
                  24.11.2015

                  ***
                  İki hal

                  Nə olardı əgər, Yer üzündə olmasa idi, iki hal!
                  Bir insanlar arasında pul, bir də, dövlətlər arasında, sərhədlər.

                  Nə olardı, necə olardı onda, bu insanlığın arasında olan, İnsanlar?
   212   213   214   215   216   217   218   219   220   221   222