Page 214 - Vahid Rzayev
P. 214
212
Hardasa haqlı, bəs harda peşman, olacaqlar?
Nələri qəbul, nələri İnkar edəcəklər?
Birisi həyata bağlı, birisi həyatdan, niyə küskün, olacaqdır?
Bu suallardan da, daha çox, müxtəlif suallar, ola bilərdi.
Amma, bu sualların cavablarını, kim verə bilər?
O, həkim Qnekoloq da, o, Mamaça xanım da, bu sualların qarşısında, yenə də, aciz
qalacaqlar!
Peşələr arasında, ən uca, ən vacib peşələrdən biri, qadın həkimi, mamaça xanımlardır
ki, onlar Yerlə, Kainat arasının, Yerdəki nümayələndələridirlər!
Kainatdan, dünyaya İnsan gəlişi, tə'yinlənər, yer Aləmində o tə'yinlənmişləri, o, bəşər
övladını, ilk, qadın həkimləri, Mamaçalar, qarşılayar!
Budur, onların kainatlar qarşısında, ən böyük cavabdehlikləri!
Nə qədər də, Kainat qarşısında, cavabdehli olmuş olsalar da belə, yenə də, o, hər
körpənin tale qədərlərini, Yer üzündə, heç onlar da, tə'yin edə bilmirlər və edə də,
Bilməzlər.
Ömürlər, nə olacaq, necə olacaq, sualı qarşısında, o, Həkimlər, o, Mamaçalar, o,
Analar, o, Atalar və bütün Bəşəriyyət, aciz qalırlar və aciz qalarlar.
18.11.2015
***
“Statika” - və ya, Statik enerji, nədir?
Təbiət və bütün kütlə, cisimlər, “enerji”-əhatəsindədirlər.
Bu səbəbdən də, ortaya mühüm bir sual çıxır, Enerji nədir, mənşəyi nə, mahiyyəti,
nədir?
Fizika elmində, belə bir termin var, “statika, statik enerji”.
Bəs bu, statik enerji nədir, mənşəyi nə, mahiyyəti, zəruriyyəti nə, mütləqliyi, nədədir?
Görün bir, nə qədər, bu kimi, suallar çıxır ortaya.
Onda, bir neçə, praktik hallara baxaq.
Kəhrəbanı, parçaya sürtdükdə, (adətən yun parçaya), o, enerji “mənbəyinə”, çevrilir.
Həmin Kəhrəbanı, qırıntı olan, kağız tikələrinə yaxınlaşdırdıqda, onlar kəhrəbaya
yapışırlar.
Baxmayaraq ki, həm kağız, həm kəhrəba, Dielektriklər cərgəsinə aiddirlər (metal
keçirici tərkibli deyillər).
Burada statik enerji haradan və necə yarandı, baxmayaraq ki, onların tərkibində metal
yoxdur. (Belə qəbul etmişik ki, elektrik keçiriciliyinə, mütləq, metal gərəkdir).