Page 211 - Vahid Rzayev
P. 211

209




                  Günəş  ətrafında  olan  planetlər  də,  o  Günəşin  o,  İşığın,  o,  İstinin  ətrafında,  birgə
                  hərəkətdədirlər.
                  Qalaktikalar, Meqaqalaktikalar, Zərrələr Qalaktikası, İşıq Qalaktikası da, İlkin olan, o,
                  İlahi İşıq ətrafında, birgə hərəkətdədirlər.
                  Hanı, elə bir varlıq ki, hanı elə bir qüvvə ki, bu həmahəng hərəkətləri “dayandıra”, o,
                  İlahi İşıq qədərini “söndürə”, “azalda” bilə, Günəşi qaranlıqlara qərq edə, bilə?

                  Bə'zi insanlar, öz istəkləri ilə, Yer üzünə, ancaq qaranlıqları istəyə - istəyə, hələ bu
                  istəklərlə də, yerdən, göylərə yüksəlmək, istədilər.
                  Sönməz, Günəş işığını da, bu düşüncələrlə, “söndürmək”- istədilər.

                  Sönə bilməyəni, niyə söndürmək, istədilər?

                  (Günəş İşığının, daha tükənəcəyini, deyənlər).
                  Axı, yarasa nə bilsin ki, İşıq, nədir?

                  Günəş - Kainatdan, İlahi İşığın, təzahür İşığıdır!
                  O, İlahi İşıqlar da, sönərmi?

                  O, İlahi İşıqları, söndürmək olarmı?

                  15.11.2015
                  ***
                  Məzarlıqlar baxmaz ki, çiyinlərdə gələn kim, gətirilən kimdir?...

                  Bütün  bəşəriyyət,  məzarlıqlardan,  məzarlardan,  keçməlidirlər,  keçəcəkdirlər  və
                  keçirlər də.
                  Məzarlıqlar da, və məzarlar da, baxmaz ki, “gələn kimdir, gətirilən kim?”.

                  Ora, baxmaz vəzifəyə, mövqeyə, kasıba və yaxud dövlətliyə, sahibi olanlara, yaxud
                  sahibi olmayanlara, söz sahibi olana, söz sahibi, olmayana.

                  O,  məzarlıqlar baxmaz, titullara, peşəkara, sənətkara, ustadlara, çiyinlərdə gətirilən,
                  bütün, o, İnsanlara.
                  O, məzarlıqlarda, o, məzarlar, hamı üçün bərabərlikdə hamı üçün bir mə'nadadir.

                  Hamı, o, məzarlıqlardan, o, məzardan, öz məzarı ilə, keçməlidir.
                  Olmazmıdı  ki,  ayrılmalı  olan,  məzar  yerlərinin,  torpaq  sahəsini,  həvalə  etsinlər,
                  həyatla - ölüm arasını, alqı - satqı vasitəsinə, sığmaz olduğunu, bilənlərə?

                  Onda nə var idi ki, diri olan, ancaq öz öləninin, kədərini çəkməyə?

                  Heç də, özümüzə bu aləmdə, rahat və arxayın olmayaq.
                  Çünki bütün bəşəriyyət, İnsanlıq, o, məzarlıqdan, o, məzardan keçməlidir.

                  Məzarlıq baxmaz, kimdir gələn, kimdir gətirilən!
   206   207   208   209   210   211   212   213   214   215   216