Page 212 - Vahid Rzayev
P. 212
210
Bu gün, öz çiynindəkini gətirən, sabah özü də, çiyinlərdə, gətiriləcəkdir.
Məzarlıq baxmaz, kimdir gələn, kimdir gətirilən.
Çünki, o, məzarlıq və o, məzar “yeri”, özünə yer ayırmağa, çox səxavətlidir.
Məzarlıqların, hesabı yox, kitabı yox, o torpaq sahəsi, hamıya çatacaqdır.
Heç kim, ona ayrılmalı olacaq, o, torpaq sahəsiz, qalmayacaqdır!
Hamı, məzardan da, məzarlıqlardan da, kənarda, qalmayacaqdır.
Baxar ki, onda, kim - kimlə, o, məzarın qonşuluğundadır.
Bax, onda, onu bimək olmaz ki, kim - kiminlə, məzar qonşuluğunda, o həmin
məzarlıqda, o həmin məzarlıq əhli, olacaqdır...
15.11.2015
***
Pul...
Pul varsa, bəla.
Pul yoxsa, yenə də, bəla.
Olmazmıdı ki, Yer üzündə “qurtarsın” - olan bu pul, dayansın, bəla?
15.11.2015
***
Mahiyyətlər, Zəruriyyətlər...
Hər bir halın “mahiyəti ilə, mahiyyətində olduğunu”, hesablamadan, vaz keçildikcə,
səbəb və nəticələr bir - birindən, uzaqlaşarlar.
Mahiyyət və mahiyyətlər, bütün araşdırmaların başlanğıc momenti və açarlarıdır.
Mahiyyətlərdir qapı, araşdırmalar isə, onların açarlardır.
Mahiyyətlər içərisində, mahiyyətlər var.
Hər bir halın və əşyanın, canın, kütlənin, cismin, zərrəciyin, istinin, soyuğun nə
səbəbdən belə olduğu və bu səbəblərdə, hansı səbəblərin yaratdığını bilmək
istəmədikcə, zəruriyyətin nədə və niyə belə bir başlanğıcla, başladığı da, uzaqlaşıb,
uzaqda qalar.
Onların əvəzinə isə, mülahizələr, ehtimallar, təxmin etmələr, ortaya çıxır.
İşığın mahiyyətini bilmək istəmədən, onun mahiyyətlərini, qaranlıqlarda axtarmağın,
nə mə'nası var?
Dağ qarşısında dayanıb, dağa çıxmaq istəyi, mahiyyətdir.
O, dağ zirvəsinə qalxmağa, yol araşdırmaq isə, zəruriyyətdir.
Dağ zirvəsinə yüksəlib də, o dağ zirvəsindən aşağıya yenmək, onun mahiyətidir.