Page 213 - Vahid Rzayev
P. 213
211
Amma ki, hansı səmtlə, hansı yolla yenmək isə, onun zəruriyyətidir.
Həyatın özü mahiyyətdir, ölum, yer dəyişmə isə, onun zəruruyyətidir.
Bitkiyə, torpaq mühitdir, o bitkiyə su, mahiyyətdir.
Bitkinin, boy atıb meyvə, məhsul vermək onun, zəruriyyətidir.
Qadın vücudu və özü mühit və mahiyyətdir.
Qadınla, Kişi mahiyyətdir, birlikləri, zəruriyyətdir.
Dünyaya övlad bəxş etmək, qadın vücudundan, zəruriyyətdir.
Su, İşıq, istinin özü, mahiyyətdir.
Amma ki, susuz, işıqsız, istisiz isə, canlı, bitki, heyvanat aləminin özü belə, o, Susuz
törəyə bilməzlər çünki onların var olmasına isə, su onların zəruriyyətidir.
18.11.2015
***
Doğulan körpələrin, ömür - gün müddətini, Mamaça da, həkim Qnekoloq da,
tə'yin edə bilmir...
Əgər, Doğum evində, (düzdür ki, o, doğum evinə, o, binaya daxil olmaq olmaz),
doğum evinin, bu günkü tibb personalından, soruşsaq ki, ay Qnekoloq Həkim və ya,
Mamaça xanım, bu gün ərzində, neçə körpə, gəldi dünyaya?
Şərti olaraq, qəbul edək ki, bir neçə saat ərzində, on körpə, doğuldu, bu Yer aləmənə!
Yə'ni, o, doğum evində, on oğlan uşağı və on qız uşağı, gəldi, Yer aləminə.
Bu günkü, tibb personalından soruşsaq ki, ay Həkim xanım, Mamaça xanım, bu
ərəfədə, Yer üzünə gələn, bu körpələrin, ömür günü, ömür müddətini siz tə'yin edə
bilərsinizmi?
Axı, uzun illər ərzində, körpələrin dünyaya gəlişinə yardımçı, köməkçi olmusunuz.
Çünki, sizlərin bu sahədə, (doğuş prosesində, yardımçı, köməkçi kimi), böyük
təcrübəniz var.
Siz, həkim personalı, deyə bilərsinizmi ki, tə'yin edə bilərsinizmi, bu körpələrin, hər
birinin, ayrı - ayrılıqda, yer üzündə, nə qədər, ömür müddəti olacaq?
Onların, nə kimin, peşə, sənət sahibi olacaqlarını, talehlərinin, kiminlə olacağı,
böyüyəndə, valideyinləri, qohumları, kimin “qapısına”, elçi gedəcəyini, tə'yin edə,
bilərsiniz?
Hansı qız, hansı oğlanla, kimlə, hansı şəhərdə, hansı ölkədə, hansı ailəyə gəlin
köçəcək, kimin sevimli, yarı olacaq? Kimlə, izdivac quracaq?
Bu körpələr, bu uşaqlar bu yer aləmində, nələrə çatıb, nələrə, haralara yüksələ,
biləcəklər?
Harda, hansı ərazidə öz ömürlərinin rahatçılığını, uğurunu tapacaqlar?