Page 206 - Vahid Rzayev
P. 206
204
Ev inşaasının başlanğıcında, elə bir usta möhrəçi, çağırardılar ki, onun özü, xoş
niyyətli, xoş düşüncəli olsun ki, tikiləcək o evdə, həmişə xoş davranış, ailə üzvləri
arasında, bir - biri ilə, mehriban, davransınlar.
Günün - Günortasında, Keçilər, İnşa ediləcək ev sahəsinin ərazisinə buraxılardı,
(sonralar, həyət sahəsi), o, Keçilər, harada şən, rahat, bir yerdə dayanmayıb,
hərəkətlənirdilərsə, o sahəni əkin, bostan - tərəvəz, bağ - baxça üçün nəzərdə
tutardılar.
Mə'na o idi ki, torpağın o sahəsi, daha rahat, işığın oynaq, ardıcıllıqların qurula
biləcək, sahə kimi, bilərdilər.
O sahəni, köməkçi sahə kimi, nəzərə alardılar.
Bu münvalla, inşa edilən evlərdə, həyətlərdə, ailələrdə, əkib - becərdiyinin bir
rahatçılıqları, davranışları əsas bilirdilər.
Əhali artdıqca, evlərin, yaşayış sahələrinin artımı da, artır çoxalırdı.
Yaşayış sahələri artdıqca, yollar əsas bir göstəriciyə çevrilirdi.
Belə ki, yolun - yolların da, öz əsas mə'naları vardı.
Əsas, aparıcı, başlanğıc, baş yol, xüsusi şərtlə, salınırdı, düzəldilirdi.
Baş yol da, İşıq yolu kimi, qəbul edilirdi!
Baş yolun, başlanğıc istiqaməti, Sərq səmti, göstərməklə, Qərb səmtə tərəf, bir xətt
kimi uzanırdı.
Şərq səmti, Günəşin çıxma səmtini, Qərb səmt, Günəşin qürubunu, bildirirdi.
Bütün köməkçi yollar, küçələr həmin baş yola, “İşıq” - yoluna birləşirdi.
Çox - çox sonralar, şəhər salmada ilkin olan şərtlərə əsasən, baş meydan, həmin o baş
meydana, bütün köməkçi yollar, küçələr, birləşirdi.
Həmin, baş meydan, ya Oval (ellips), və ya dairəvi (Günəş simvolu), tipli salınırdı.
Baş meydanın mərkəzində, daşdan sütun inşa etməklə, (Obelisk), və Sütun mərkəz,
onun kənarında isə, dairəvi sahə saxlamaqla, günün müddətini, indiki anlayışla desək,
“günün saatını”, tə'yin etmək üçün, salınardı.
O, baş meydanı isə, dəqiq dörd yerə bölməklə, dörd əsas aparıcı yolları da, baş
meydana birləşdirməklə, dörd cəhəti: Şərq, Qərb, Cənub, Şimalı bildirirdilər.
Məhəlli, məhəllə, səmt, tərəfi aydınlaşdırırdı.
Baş meydan, baş yol, bir-birliyə yığışma funksiyası da, daşıyırdı.
İşıq şərtləri pozulmasın deyə, İşıq şərtlərini, qoruyurdular.
O, şəhər və o, insanlar, şad, mehriban bir, ömür sürürdülər.
Çox Qədim olan ərazimiz, Ur ərazisi kimi adlanırdı!