Page 201 - Vahid Rzayev
P. 201

199




                  Xalq  arasında,  insanlar  arasında  belə  bir  söz,  kəlmə  işlədilir  ki,  “göz  gördü, könül
                  sevdi”.
                  Göz görə bilər, bu hal, mümkündür.
                  Göz, boy görə bilər, əndazə görə bilər, gözəllik görə bilər, yaraşıq görə bilər, özü ilə,
                  özünə uyğunluq görə bilər və s.

                  Görəsən  bu,  “könül”  -  deyilən,  nədur  ki,  o,  ancaq,  sevgi  üçün,  sevgidə  təlatümə
                  düşür?
                  O, könül nədir ki, “göz”- ona, ondan kənar aləmi göstərir, o da, o könül də, ancaq
                  sevgidə təlatümə, düşür?
                  Göz, bir anatomik - bioloji, üzv kimi, bir çox gördüklərini əks elətdirə bilirsə, deyilən
                  həmin o, “könül” - niyə başqa hala, başqa görüntüyə, hər hala, alüdə olmur?

                  O, “könül”, deyilən nədir ki, o, ancaq sevgiyə, alüdə olur?

                  Bu gün sevir, sonra da, o sevgidən üz də, döndərə bilir.
                  Könül, elə bir aləmdir ki, əgər sevdisə, o sevdiyi sevdanı, heç vaxt unutmur.

                  Deməli, deyilən o könül, elə budur, sevdiyi yaddaş olur, sevdiyi yadda qalır.

                  05.11.2015
                  ***
                  Hər an hərəkətdə...

                  Nə dayanıbdır, sakitlikdə, sükutda, sükunətdə, yerində?
                  Hər nəyə baxıramsa, o, da, hərəkətdə.

                  Zərrə, cisim, kütlə, bütün varlıqlar, hərəkətdə.
                  Hərəkətlərə uyğunlaşmışıq, çünki hər birimiz də, hərəkətdə.

                  Fikrim, düşüncəm, istəklərim, gördüklərim, hərəkətlə.

                  Hərəkətsiz nə var ki, mən də, durum gözləyim o, hərəkətsizlikdə?
                  Dayanmışam, gözləyə bilmirəm hərəkətsizliklərlə, çünki hər nə varsa, o, da hərəkətdə.

                  Nə dayanıbdır ki, yerində?
                  Dağ hərəkətdə, bulud hərəkətdə, gecə hərəkətdə, gündüz hərəkətdə, su hərəkətdə, daş
                  hərəkətdə, qum hərəkətdə, hava da, hərəkətdə.

                  Nə dayanıbdır ki, hərəkətsizliklə, öz yerində
                  Dayandığı yerin özü də, hərəkətdə.

                  Olan binalar, tikililər, sərdabələr də, onlar da, hərəkətdə.

                  Yer kürəsi hərəkətdədir ki, elə binalar da, hərəkətdə!
                  Həyat - hərəkətlə, hərəkətin özündə və əhatəsində olan, həyatdır!
   196   197   198   199   200   201   202   203   204   205   206