Page 130 - Vahid Rzayev
P. 130

128




                  Yə'ni,  Yaz  vaxtı,  Günəşin  “Qoç”-  Bürcündən,  “Buğa”  –  Bürcünə,  keçən  ərəfədə,
                  (indiki təqvimlə, fevral ayının 18-dən, mart ayının 18 - zi ərəfəsi, bu tufan ərəfəsi və
                  tufanın  dayanması  ərəfəsi  kimi  xarakterizə  olunurdu.  Həyatın  yenidən  başlaması,
                  təzələnməsi, yenilənməsi yaddaşı idi). Torpağın, gücə, vəcdə gəlməsi, Torpaq altında
                  olan, bütün Bitkilərin görünməsi, güclə, güc sərf etməklə, boy artması ərəfəsi, hesab
                  edilirdi.
                  Səbəblərdən  biri  də,  o  idi  ki,  Buğa  bürcü  görünən  ərəfədə,  tufandan  xilas  ərəfəsi,
                  suyun çəkilməyə başlayıb, Yer üzündə, Həyatın bir də, başlaması mə`nası, anlamı, idi.
                  Bu ərəfədən, Səmada Günəşli günlərin başlaması, hava, torpağın istinməsi, yeni həyat
                  bəxş edirdi.
                  Günəşli  günlərlə,  Ağ  buludlar  topalaşıb,  hərəkətə  gəldi,  dünyasını  dəyişənlər  yad
                  olundu, dirilər bir – birinə daha da, mehriban oldu.

                  O, İnsanlar arasına, mehribançılıq, bir də döndü, bir də qayıtdı.
                  Azərbaycan  ərzisində,  Gəmi  Qayada,  Nuh-çıxanda,  Tufandan  sonra,  Sudan  xilas
                  olunmayanlara,  məzarlar  qazıldı.  İlk  məzarlara  və  məzarlıqlara  yerlər  ayrıldı.  O,
                  Məzarlıqlar, mə`na, yaddaş daşıyıcıları, hesab olundu.

                  Tufan vaxtı, ətrafda olan Dağlar, Qayalar, nicat və xilas daşları hesab olduğundan, ilk
                  məzar daşlarına, “onlar ucalıqlara yüksəldi” – anlamı ilə, hündür ensiz daşlar seçildi.

                  O, Daşlar üzərinə, qovv, qavv, çaxmaq daşları vasitəsi ilə, tufan vaxtı, tufan ərəfəsi,
                  günləri  həkk  olundu  (epitafiya  –  məzar  üstü  yazı  qeydləri).  Dəfnlər  ilkdən  olduğu
                  kimi, məzarlar qazmaqla icra olundu.
                  İlkdən  olduğu  kimi,  bir  yaddaş  daşıyıcısının  davamı  kimi,  o,  yaddaşı  saxladılar  ki,
                  insan, canlı bu Yer aləminə, “örtülü” – aləmdən gəldiyindən, örtməklə, örtülməklə də,
                  bu Yer aləmindən, Dünyadan köçürlər yaddaşı idi.

                  Fərq etmirdi, insan hansı mövqe tutmuş olsa da, belə, o insana, çox əziz və diqqətlə,
                  yanaşmanın nəticəsi, hesab olunurdu.
                  Bu dünyadan köçən, heç bir canlının, açıq sahədə, qalması qəbul edilə bilməyən bir
                  hal idi.

                  İnsan - insanı, canlını, əziz bilməsi, İnsan məxsusiyyəti yox, İnsan mənsubiyyəti idi.
                  (Məxsusdur ayrı, Mənsubdur ayrı)

                  Məzar  üzərində,  işarəli  olan,  o,  daşların,  (çox-çox sonralar  “baş  daşı”-  kimi
                  adlandırıldı),  ilk  məzarların  səmti,  Günəşin  sübh  vaxtı,  Uş  ərəfəsində  çıxma
                  istiqamətinə doğru olaraq qazıldı.
                  “Sən  İşığına,  qovuşdun,  hamımız  o  işığa  qovuşacağıq”  -  deyərək,  dəfn  edilirdilər.
                  Həmin, məzarlıqlar və məzar daşları, eyni vaxtda, aqibət sonluğu yox, insanın yüksək
                  varlıq olduğu, yüksəklərə qovuşar mə`nası daşıyırdı.
   125   126   127   128   129   130   131   132   133   134   135