Turizm maarifində “İpək yolu”
Tarix boyu dünyanın hər yerində truizmin inkişafına həmişə böyük diqqət və maraq göstərilmişdir. Çünki turizm ölkənin ilk növbədə iqtisadi büdcəsini artırır, ölkəsinin hörmət və nüfuzunu dünyada tanıdır, başqa ölkələrə öz ölkəsinin üstünlükləri, tarixi yerləri, ədəbiyyatı, mədəniyyəti, folkloru, adət və ənənələri, flora və faunası, sosial inkişafı haqqında məlumat verir. Turizm insanların sosial-mədəni fəaliyyətinin əsas sahələrindən biri kimi dövlət tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanda “İpək yolu” üzərində yerləşən və turizm məkanlarına daxil olan xeyli tarixi yerlərİ, qədim memarlıq abidələri, dəyərli məkanları, müqəddəs ziyarətgahları, diqqətçəkici qaya üstü təsvirləri olan qayaları və mənzərəli yerlrəri ilə məşhurdur.
Bu yerlər haqqında hələ qədim və orta əsrlərdə Azərbaycana səyahət etmiş səyyahlar, elm, bilik adamaları bu məkanlar haqqında geniş və ətraflı məlumatlar vermişlər. Məsələn, ölkəmizə bir çox ərəb səyyahları gəlmiş –İbn Xordadbeh (IX əsr), Qudama ibn Cəfər (IX əsr), Əl- İstəxri (X əsr), İbn Havqəlin (X əsr), Əl-Məsudi (X əsr), Bab əl-Əvvab (X əsr), Əl-Müqəddəsi (X əsr) – daha sonralar isə Rus və Avropa səyyahları gəlmiş – Afanasi Nikitin (XV əsr), Aleksandr Düma (XIX əsr), Övliya Çələbi (XVII əsr), Jan Şarden (XIX əsr) və başqaları Azərbaycana gələrək bu ölkəni öyrənmiş, tədqiq etmiş, bu barədə dəyərli əsərlər, səyahətnamələr yazıb dünyaya yaymışlar.
Qədim tarixə və zəngin mədəniyyətə malik, coğrafi cəhətdən türk-islam dünyasının mərkəzində və “İpək Yolu”nun üstündə yerləşən Azərbaycan hələ çox qədim zamanlardan yüksək mədəniyyət mərkəzi olduğunu və dövrün, ictimai həyatın xüsusiyyətlərinə uyğun mədəni- maarif, təhsil ocaqları yaratdıqlarını bilməliyik.
Qobustan, Gəmiqaya, Oğlanqala, Qızqala, Kültəpə, Orxon kitabələri və daha bir çox qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəsm çəkmək, rəqs etmək və s. mədəni, təhsil vərdişlərinə sahib olmasından xəbər verir. Tariximizin çox qədimliyini göstərən arxeoloji qazıntılar, əldə edilmiş maddi, mədəni nümunələri Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanda hələ daş dövründən istifadə edilən duz mədəni və buradan tapılmış daş baltalar, buradakı duz müalicəxanası çox uzaq keçmişimizin mədəni səviyyəsi barədə fikir söyləməyə əsas yaradır ki bunları ölkəmizə gələn turistə anlatmaq laızmıdr. Onlara həmçiniun məlumat verilməlidir ki, “İpək Yolu”ndan əvvəl “Duz Yolu” da olmuşdur ki, Naxçıvan duzu at arabaları vasitəsilə, Şərq ölkələrinə, Şumerlərə, Osmanlı dövlətinə daşınmışdır.
Tariximizin çox qədimliyini göstərən arxeoloji qazıntılar, əldə edilmiş maddi, mədəni nümunələr, xaraba şəhər və qəsəbələr Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanda hələ daş dövründən istifadə edilən duz mədəni və buradan tapılmış daş baltalar, buradakı müalicəxana çox uzaq keşmişimizdən xəbər verir.
Azərbaycan ərazisinin dünyanın ən qədim insan məskənlərindən biri olduğu artıq sübut edilmişdir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə, başqa abidələrdə aşkar olunan maddi-mədəni arxeoloji tapıntılar, o cümlədən 1968-ci ildə Qarabağda, Füzuli rayonunun 17 km-də tapılmış Azıx mağarası və buradan aşkar edilmiş l8-20 yaşlı qadının alt çənə sümüyü tədqiq edilmiş və sübut edilmişdir ki, 350-400 min il bundan əvvəl burada qədim insanlarımız – Azıx adamı (Azıxantrop) yaşamış və bu fakt Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu göstərir. Dünyada üç tapıntıdan biri olan bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmiş və dünyanın ən qədim sivilizasiya ocaqlarından biri hesab edilmişdir. Bütün bunlar haqqqında danışmaq təbii ki, turistin böyük marağına səbəb olacaqdır.
Vaxtilə Azərbaycan 100 şəhəri olan ölkə adlamışdır. Şamaxı, Şəki, Şəmkir, Bərdə, Gəncə şəhərlərində böyük ticarət işləri mövcud olmuşdur. Azərbaycan şəhərləri içərisində Bərdə hərtərəfli yüksək inkişaf etməsi ilə seçilmişdir. Xilafətin Cənubundan və Şərqindən Şimala “İpək Yolu” vasitəsilə sənaye və ticarət malları aparan dəvə karvanları Bərdədən gəlib keçirdi. Bərdə demək olar ki, bir çox səyyahların dediyi kimi o zaman “İkinci Bağdad” hesab olunmuşdur.
Ölkəmizə gələn turistlər öyrənirlər ki, Azərbayacan “İpək Yolu”nun üstündə qədim və zəngin bir ölkə olmuş və onun əraziləri bu günkü Dağıstanın cənub rayonlarından başlamış, Gürcüstanın Şərq hiussəsini, Cənubi Azərbaycan Urmu gölünü, Bəzz qalasını, indiki Ermənistan ərazisini, Borçalı mahalını əhatə etmişdir. Onlar öyrənirlər ki, qədim və orta əsrlərdə Çindən Orta Asiya, Ön Asiya ölkələrinə satılan ipək- böyük ticarət yolu- “İpək yolu” Azərbaycandan keçmişdir.
“İpək Yolu” bizim eranın I minilliiyndən başlayaraq II min illiyin ortalarına qədər Avropa və Asiyadan, Azərbaycandan keçməklə Orta Asiyanın ticarət yollarını birləşdirir. Hələ VII və VIII əsrlərdə “İpək Yolu” Çin gəmiləri Şərqi Çin və Yapon dənizini keçərək yük gəmilərini Hindistan və İran sularına, Xəzərə üzdürürdülər.
Böyük “İpək Yolu”nun bir qolu Azərbaycandan keçdiyindən bu ərazidə – xüsusilə Dərbənd, Şirvan, Şəki, Beyləqan, Gəncə, Qəbələ, Təbriz və Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan vermişdir. Bu şəhərlərdə də ipək hazırlanmış və onlar da ipək ticarəti ilə məşğul olmuşlar.
Qədim Ordubad şəhəri “İpək Yolu”nun üstündə yerləşdiyindən burada ticarətin və sənətkarlığın, xüsusilə ipəkçiliyin inkişafında mühüm və əlverişli şəriat və imkanlar yaranmışdır. Ordubadın yüksək keyfiyyətli ipəyi hələ XVI əsrin ikinci yarısında Avropaya ixrac edilmişdir. 1875-ci ildə burada buxar mühərriki işləyən ipək sarıma fabriki yaradılmışdır. Burada 1886-cı ildə ipək istehsal edən dörd böyük ipək sarıma müəssisəsi fəaliyyət göstərmişdir.
Türkmənçay Müqaviləsindən (1828) sonra Rusiyaya birləşdirilən Naxçıvan – Ordubad XIX əsrin ikinci yarısı, 1920-ci əsrin əvvəllərində Rusiyanın ticarət mərkəzlərini, Rusiya bazarlarını, xüsusilə yaxın Dağıstan ərazisini yüksək keyfiyyətli xam ipək, ipək parça, habelə quru meyvə ilə təchiz edən böyük mərkəzlərdən birinə çevrilmişdir. Burada, 1870– ci illərdə Avropa tipli barama açan fabriklər inşa edilməyə başladı. 1928 və 1929-cu illərdə 12 kiçik ipək fabriki birləşdirilərək, böyük Ordubad İpək Kombinatı yaradılmışdır. Əsrlər boyu Ordubad ipəyi Çin ipəyindən geri qalmayaraq dünyanaın bir çox ölkələrinə məhsulunu ixrac etmiş və bir çox beynəlxalq festivallarda yüksək mükafatlandırılmışdır.
Bəzi turizm həvəskarları var ki, onlar dini zəmində, qədim əfsanə, rəvayət, mifologiya ilə maraqlanır və turizm səfərlərində bunları öyrənmək istəyirlər. Onlar ölkənin ziyarətgahlarını, qədim tarixi yerlərini görmək və öyrənmək istəyirlər. Azərbaycanda belə ziytarətgahlar, müqəddəs yerlər çoxdur. Onların arasında Naxçıvanda “Əshabü kəhf” məşhur ziyarətgahı haqıqnda, onun barəsində yaranmış məlum əfsanənin turistlərə anladılması və bu ziyarətgahın adının “Quranı-Kərim”də getməsi haqqında, habelə Nuhun gəmisinin Gəmiqayada məskunlaşması, Nuh peyqəmbərin qəbrinin də Naxçıvanda olması haqqında dəyərli məlumatların verilməsi əlbəttə çox maraqlı və cəlbedici olacaqdır.
Turistlər “Nuh” əfsanəsinə görə, tufan zamanı Nuhun gəmisi Naxçıvanın şərqindəki İlandağa, Ordubaddakı Ələngəz və Kəmki dağlarına toxunduqdan sonra, Gəmiqayada quruya oturduğunu öyrənirlər. Bu əfsanə Nuh tufanı haqqında qədim Şumerlərin “Bilqamıs” dastanında, yəhudi əfsanələrində də öz əksini tapmışdır. Əfsanənin süjeti eramızdan əvvəl III minillikdə məlum olsa da, II minilliyin ortalarında Şumerlər tərəfindən gil lövhələrdə yazıya alınmışdır. Bir sıra tarixçilərin fikrincə, bu, Naxçıvanın salındığı tarixlə, yəni, e.ə. 1539-cu illə eyni dövrə təsadüf edir. Rəvayətə görə, Gəmiqayada lövbər salan gəminin qalıqları indiyə qədər buradakı “Ayı çuxuru” deyilən yerdə qalmaqdadır.
Gəmiqayanın qayaüstü təsvirlərində rəqs səhnələri o dövrün estetik zövqünü bildirir, ov səhnələri, örüş sahələri, keçi, maral, quş, habelə əmək alətləri dövrün peşələri olan ovçuluqdan, əkinçilikdən, maldarlıqdan xəbər verir, at, dəvə, ulaq, araba təsvirləri insanların istifadə etdikləri nəqliyyat növünü göstərir. Günəş, ağac, çay kimi rəsmlər insanlarımızın inancından, daşlar üzərində düz xətlə çəkilmiş bir neçə xətt və ya çox xətt Gəmiqayalıların say anlayışından xəbərdar olmalarını bildirir. Bütün bunlar onu deməyə əsas verir ki, bəşəriyyətin ilk təlim- tərbiyə məkanı, ilk təhsil ocağı elə burada olmuşdur. Mənbələrdən də məlum olmuşdur ki, məhz burada ilk dəfə olaraq Naxçıvanda pilləli, mərhələli məktəb yaranmışdır. Gəmiqaya qoruğunu görmək istəyən turistlərə buraya iyul – avqust aylarında gəlmələri məsləhət görülür. Çünki yalnız bu dövrdə zirvəyə çıxmaq və gözəllikləri duymaq mümkündür.
Turist təşkilatçısı yaxşı bilməlidir ki, “İpək yolu” Bakının 50 km-də yerləşən Qobustan ərazisindən keçir ki, Buradakı Qobustan qayaları insanlığın ən qədim yaşayış məskəni olmuşdur. Qayaların üstündə 1000-dən artıq şəkil və yazı işarələri vardır. Bu rəsmlərdə müxtəlif heyvanlar, qayıqlar, əmək, ov və rəqs səhnələri təsvir edilmiş, insanlar nəyi isə başqalarına öyrətmək və ya bildirmək istəmişlər. Qobustan rəsmləri, buradakı işarələr, dini ayinlərə həsr edilmiş fiqurlar, rəqs kompozisiyaları, hələ Mezolit və Eniolit dövrlərində Azərbaycanda bədii zövqün, rəsm mədəniyyətinin, təsviri sənətin varlığını, nəqqaşlığın, rəssamlığın səviyyəsini, inkişafını göstərən əsaslı bir dəlildir. Qayalarda həkk olunmuş qayıq rəsmləri o dövrün mühəndis ağlından, hesablama işlərinin dəqiqliyindən xəbər verir. Qobustandakı daş abidələr yalnız Azərbaycan üçün dəyərli deyil. Dünyanın ilk sivilizasiya mərkəzlərindən biri olduğu üçün Qobustan dünya miqyaslı, dünya turizmində əhəmiyyətli tarixi abidə sayılır.
Ölkəmizə gələn Turistə həmçinin bu da anladılır ki, tarixi “İpək Yolu” müasir dövrdə də bərpa olunur. Bu yol Zəngəzur dəhlizindən keçir. Zəngəzur dəhlizinin açılması Bütün Yaxın Şərqə, Orta Asiyaya, Türkiyəyə, Rusiyaya, Cənubi Qafqaza ticarət və digər əlaqələrin yaranmasına əlverişli imkanlar açır. Bu dəhliz təkcə İpək Yolu üzərində yerləşən ölkələr üçün deyil, həm də bu yolun yaxınlığında yerləşən ölkələr də bu imknadan faydalana biləcəklər.
Ölkəmiz bu sahəyə xüsusi diqqət yetirir, investisiyalar qiyur. Prezident İlham Əliyev deyir: “Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasına birbaşa investisiya yatırmış və eyni zamanda, regional əməkdşalığa gətirib çıxaran təşəbbüslərə start verərək siyasi cəhtdən də bu layihəhə dəstək olmuşdur.. Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynamışdır. Ümid edirik ki, cari ilə Gürcüstanda və Türkiyədəki tərəfdaşlrımızla birlikdə biz bu üç ölkədə Bakı, Tbilisi, Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamalayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu lyaihədən faydalanmaq imkanı verəcək.” [İlham Əliyev Davosda Dünya İqtisadi forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasda çıxışı. 19 yanvar, 2017- ci il.].
Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinəı dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri” yaradılmasının bigə təşviq edilməsi barədə Azərbaytcan Respublikası Höküməti ilə Çin Xalq Respubliksaı Höküməti arasında anlaşma memorandum imzalanmışdır.
Bütün bunlar turist səfərində olan insanın gəzərək, görərək, eşidərək müxtəlif biliklərə biliklərə sahib olmasına və elmi, siyasi, mədəni dünyagörüşünün daha da zənginləşməsinə səbəb olacaqdır.
Şamama Kamil qızı Ağamuradova
Qaradağ rayon İcra hakimiyyəti, İnformasiya təminatı və təhlili sektorunun müdiri, Dağıstan Dövlət Texniki Universiteinin aspirantı
A good investment to develop the Silk Road, I think as a person from abroad seeing the Silk Road is a very beautiful tourism asset of the country