Satır

Print Friendly, PDF & Email
SA+TİR – ŞA-TİR – ŞATIR – ŞTIRLI.
(Giriş)
Azərbaycanın tarixi cəhətdən zəif öyrənilmiş coğrafi ərazilərindən biri də Cəlilabad rayonudur. Subtropik və isti iqlim qurşağının,dəniz və meşələrin oksigenlə zəngin olan havasının qovşağında yerləşən bu ərazi təbii xüsusiyyətinə görə fərqli keyfiyyətlərə malikdir.
Yüzlərlə yerüstü abidələri, və arxeoloji obbyektləri olan Cəlilabad ərazisi sözün həqiqi mənasında abidələr diyarı-tarixi mədəniyyət mərkəzlərindən biridir.
Torpaq Kurqanları, Torpaq Piramidaları, “Sadatlı məzarlığı”, “Seyidbazar sarkofaq qəbirləri”, “Qarı məzarlığı”, “Qız qalası”, “Oğlan qalası”, “Əli daşı”, oxunması hələ də mümkün olmayan iki qədim yazı nümunəsi, “Narın qala”, “Oğuz məzarlığı”,”Skilop tikintilər – Meqalit daşlar”,”Küp qəbirlər”, “Nərgiz qəbirlər”, “QAZA KÖŞKÜ” və s.Cəlilabadın öyrəniləsi tarixi obyektləridir.
QEYD: “QAZAN KÖŞKÜ-nün DAXİLİ QURULUŞUNUN TƏSVİRİ” HAQQINDA İLK DƏFƏ OLARAQ1941-Cİ İLƏ AİD MƏLUMAT ƏLDƏ OLUNUB. BU MƏLUMATLARDA MƏNİM İNDİYƏ QƏDƏR TƏXMİN ETDİYİM FİKİRLƏR TAM OLARAQ TƏSDİQİNİ TAPIB !!! HƏTTA, DAHA ƏLAVƏ MƏLUMATLAR DA VERİLİR…AMEA -nın TARİX İNSTİTUTU REAL FAKTLARLA ÜZBƏÜZDÜR !!! ONLARI BÖYÜK BİR MÜJDƏ GÖZLƏYİR !!!…
Haqqında danışdığımız bu ərazi həm də zəngin flora və faunası ilə də maraqlı və cəlbedicidir…(zəngin olub…). Münasib iqlim şəraitinin, yeməli bitki növlərinin, meyvə və giləmeyvələrin mövcudluğu ibtidai insanların yaşamasını mümkün edən amillər kimi mövcud olduğundan bu ərazidə paleolit insanların yaşadığını güman etmək olar…
Təsadüfi tapıntılarla zəngin tarixi keçmişinin olduğunu yəqin etdiyim yaşayış məskənlərindən biri də ŞATIRLI kəndidir. Kənd Buravar sıra dağlarının cənub ətəklərində yerləşir.Üç tərəfdən sıralanmış dağların mərkəzində qərar tutmuş kəndin Cənub-Qərb hissəsi Cənubi Azərbaycan istiqamətində açıqdır. Sanki, cənublu bacı-qardaşlarımızı görmək, bağrina basmaq üçün qollarını havada tutub…
Bolqar çayı (ƏSİL ADI -BAHARU) kəndin Cənub hissəsindən Şimal-Qərb istiqamətində sərhədboyu axır.
 
Dağların qoynunda tutubdur qərar,
Doğma kəndim, Ata yurdum Şatırlı.
Adında ulu bir türk soyu yaşar,
Türk soyunun qala yurdu Şatırlı. (Z,Məcidov).
 
Şatır sözünün anlamını öyrənmək məqsədi ilə apardığım araşdırmalarda dəyişik – oxşar ifadələrin olduğunu müəyyən etdim. Sözün işləndiyi coğrafi məkanın böyüklüyü, müxtəlif mə`nalarda işlənməsi, bə`zən onların qarışıq izah olunması, mövzuya yeni aspektdən yanaşmağı zəruri etdi. Fikrimə aydınlıq gətirmək üçün sözün yaranma tarixi və mə`na çalarlarını əsas götürərək aşağıdakı qaydada sistemləşdirməyi məqsədəuyğun hesab etdim :
 
1.Titul bildirən söz kimi.
2.Etnotoponimik söz kimi.
3.Hərbçi-idmançılar (seçilmişlər, fərqlənmişlər – çevik, cəld, sürətli…)kimi.
4.Digər mə`nalarda.
Prototürklər haqqında 21-ci əsrə qədər olan araşdırmalar, təhlillər, nəticələr bizə öz fikir ağuşunda “layla” deyərək yuxuya vermişdi… Türksoylu xalqlar tarixi keçmişləri haqqında yaradılımış nəzəri müddəalar selinə qoşularaq sonsuzluğa istiqamətlənmişlər….
Tarixi saxtalaşdıran bu nəzəriyyənin məğzi nədir, məqsəd nədən ibarətdir ?
Birinci məqsəd ondan ibarətdir ki,türksoylu xalqların tarixi düşüncəsində xaos yaratmaq…
2) Türksoyluların Şərqi Anadoluya,Urmi ətrafına, Xəzərin Qərb ərazilərinə “GƏLMƏ” olduqlarını həm onların özlərinə, həm də bütün dünyaya qəbul etdirməkdir.
3) Türksoyluların köçəri,sərgərdan,qeyri-mədəni, vəhşi bir xalq olduğu fikrini aşılamaq – əbədi olaraq dünya tarixində onların mənfi obrazını yaratmaq !
Avropapa və sovet tarixçilərinin yaratdıqları qondarma “Monosentrist” nəzəriyyəsi məhz türk tarixi ilə bağlı olan, yuxarıda göstərdiyim üç əsas şərt üzərində qurulmuşdur. həmin şərtlər iki prinsipin qərarlaşmasına xidmət etməkdədir.
1) Türk tarixini gizlətmək, məhv etmək, dəyişdirmək, kökündən ayrı salmaq !
2) Sivilizasiyanın maddi-mə`nəvi, tarixi mərkəzi kimi Avropanı təbliğ etmək ! “Avropa meyarları” ifadəsinin anlamı da bundan ibarətdir.
Monosentrist nəzəriyyəyə qarşı faktlarla çıxış edən URMİ TEORİSİ türk soylu xalqların tarixi keçmişi haqqında həmin nəzəriyyənin mifoloji fikirlərini məhv etdi. Bu teorinin yaradılmasında professor F.A.CƏLİLOVUN müstəsna xidmətləri var!
Urmi teorisinin formalaşmasında arxeoloji tədqiqatlar səciyyəvi xarakter daşıyır. Bu mə`nada son on il ərzində aparılan arxeoloji qazıntılar, antropoloji tədqiqatlar , DNT analizləri teorinin tamamlanmasında müstəsna əhəmiyyət kəsb etmişdir.
İnsanın baş-kəllə sümüyünün quruluşunun öyrənilməsi metodoloji cəhətdən effektli variantlardan biridir. Başın forması, sxemi, standartları əsasında ayrı-ayrı zamanlarda, ayrı-ayrı məkanlarda aşkar olunan insan kəllələrinin hansı soya, hansı tarixi dövrə aid olduğunu söyləməyə imkan verir. bu metod tək türk soylu xalqlara aid deyil, digər soyların da ilk məskənlərini, onların hərəkət coğrafiyasını dəqiq müəyyənləşdirməyə imkan verir. Lakin, tüksoylu xalqların tarixi izlərinin dünyanın bütün nöqtələrində aşkar olunduğundan bu metoddan istifadə onlar üçün daha vacibdir…
Urmi teorisi türk soylu xalqların “ilk dəfə Altaydan Qərbə köçməsi” fikrini təkzib edir, onların Qərbə köçməsini əvvəlki yaşayış yerlərinə – HƏMSOYLULARININ yanına qayıdışı kimi izah edir. Əsas sübutlardan biri kimi Mərkəzi Asiyada insana aid kəllə sümüklərinin tarixi yaşının Şərqi Anadolu, Urmi hövzəsi və Xəzər dənizinin Qərb ərazisində tapılan insana aid kəllə sümüklərindən cavan olmasıdır. Hansı ki, arxeoloji qazıntılar zamanı aşkar olunan insan kəllə sümükləri türk soylu xalqlara aid edilir.
Monosentrist nəzəriyyənin doğrudan da qeyri – ciddi, saxta bir təfəkkür məhsulu olduğunu ŞATIR tayfalarının tarixinin araşdırılması zamanı bir daha özünü göstərdi.
1 -Cİ HİSSƏ.
ŞATIR-ŞATO TAYFALARININ MƏNŞƏYİ HAQQINDA MƏNBƏLƏRİN MƏ`LUMATLARI
1) Jozef Dequiqnes : ” ŞHA – TO adı LOP gölünün şərqində olan ŞHATO” adlı bir çoldən gəlmədir və HUNLARDAN törəmişlər ; ərəblər Şhato türklərinə “BAQARQAR! DEYƏRDİ.
2) Rus elm adamı Barthold : “Şha-to” kəlməinin çincə “Qum çölü insanları” mə`nasında olduğunu söyləyir. Onun fikrincə Şha-tolar, “əsil Türklərdən” yə`ni, oğuzlardan çıxmışlar. 9-cu əsrin əvvəlində Çinə doğru uzaqlaşan bu türklərə ərəblər TUQUZQUZ” yə`ni, “doqquz oğuz” adını vermişlər.
3) Cahavannesə görə, Şha-tolar Qərb türklərindən ayrılan bir qoldur…Barkul (BAR GÖL) gölünün Şərqində, Şha-to adlı böyük bir daşlı çöldə yaşadıqlarından ŞHA-TO adı verildi.
4) Eberharda görə Şha-tolar Qərb türklərindəndir.
5) Cevdet Gökalpa görə, Şha-to çincədir. Anlamı “daşlı, qumlu,çöl” deməkdir. Barkul gölünün Şərqində yaşayıblar.
6)Tanqu Shu : Şha-tolar Qərb Göytürklərin ayrı bir qəbiləsidir və Cuhuyüehlər ilə eyni soydandırlar. Barkul gölünün Qərbində və Şərqində yaşayırdılar.
7) Əhməd Daşağıl : “Chuyüehlər şatoların ataları olub”.
8) Qumilyev “Hunlar” adlı əsərində Şatoları Hunların bir qolu olan Cuhuyühe nəslinə aid edir.
9) Paul Rouks “Türklərin tarixi isimləri” kitabında ONQUTLARIN Çin səddi boyunca yerləşmiş olduqlarını və onların “Çöl insanları”olan Şatoların uşaqları olduqlarını bildirir.
10) L.N.Qumilyevin verdiyi mə`lumatlara əsasən Çin səddi boyunca, Qobi Çölünün güney hissəsində yaşayan “Ağ tatarlar” idi. Bunların böyük bir hissəsini türk dilli Onqutlar – Şatoların nəvələri təşkil edirdi.
11) 1221-ci ildə Pekin şəhərinə gələn monqol elçisi Çjao Xun “Monqol-Tatarların bütöv nəsli” (Men-da Beylu) adlı əsərində: “Ağ tatarlar tərkibində Şato – Ağ Hun boyları Osmanlı ərazisinə qədər getmiş, izlərini qoymuşlar”.
12) F.A,Cəlilov: Orta əsrlərdə Cənubi və Şimali Qafqazda Şadılı və Şatırlı tayfalarının varlığı və Osmanlı dövlətində Şatır tayfalarının Karaman və Aydın Sancaqlığında da yaşadığı mə`lumdur.
13) “Uyğur-türk tarixi” : Uyğur Xaqanı Alp Külük (833-839) sərkərdəsi Kürebirin Şato türkləri ilə əməkdaşlığını öyrənən kimi, özünü intihar etdi.
14) ” Çön tarixi – Tyurki – şato – türk” : Şato tayfaları türk soylu olublar. Onlar Tan imperiyasının elit hərbçiləri idi. Qərb türkləri ilə ittifaqda olublar.” Böyük çöllük” Şato səhrası adlanırdı. 7-ci əsrin əvvəlində şato türkləri Tyan – Şanın şimalında yaşayıblar.
15) F.A. Cəlilov : “Assur – Urartu qaynaqlarında adı çəkilən Pri – Şatı miladdan əvvəl 820-ci ildə Qızıl tayfalarının yaşadığı Qızılbund bölgəsinin bəyidir.
16) Uyğur tarixi : Uyğurlar hunlarla, Göy türklərlə, Şato türkləri ilə bir yerdə bölgənin Çin ekspansiyasına qarşı (670, 688, 693-cü illərdə) mübarizə aparıblar.
17) 5-8-ci əsrlərdə Çindən İrana qədər böyük bir ərazidə nəhəng və güclü türk xaqanlığı mövcud olmuşdur. Xanlığın tərkibində türkeş, tele, dulu, tubo, ŞATO, çelkan, kuzen və s. türk tayfaları birləşmişdi. (Qeybullayev.”Azərbaycan türklərinin təşəkkül tarixi”, bakı, 1994).
18) Cahit Alptekin : (Çin mənbələrinə əsasən ) “Onqutlar özləri soylarını Şha-to türklərinə bağlayırlar.
19) Q.Qeybullayev. ” Bərgüşad və Hərəki çay adlarının mənşəyinə dair” əsərində: “…yer və tayfa adları qədim Şato etnonimi ilə bağlıdır. Həmin tayfa “On ox xalqı” tərkibinə daxil olaraq Ça çayının sahilində yaşayırdı”.
20) Çin tarixi-“Tyurki – Şato turki” : – Tan dövlətinin elit hərbi hissəsini şatolar təşkil edirdi. İmperatorun sərəncamında 1200 nəfərlik şato – türk qvardiyası var idi.
21) Professor Firudin Cəlilov:” Qədim türklərlə bağlı şad titulu şumer mətnlərində də vardır. şumerli elçinin sarayda Aratta elbəyinin Şatammu ilə gənəşdiyi barədə verdiyi mə`lumat 3-cü minilliyin son rübünə aid olduğu üçün Şad sözünün ən qədim nümunəsi hesab olunur.
22) AMEA – Çoğrafiya institutu. B.Ə.Bünyadov, N.G.Məmmədov – “Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti “. bakı-2007 : ” Şatırlı Lənkəran rayonunda qədim türk mənşəli tayfalarını əks etdirir”.
23) Məhəmməd Həsən bəy Vəlili-baharlı, “Azərbaycan” ( Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk), 1921. “Şahsevənlərə başqa Səlcuq tayfaları da-Qədirli, ilxıçı və Qarabağlı da birləşmişdi. Bu tayfalar Azərbaycana köçən vaxt bu vəziyyətdə idilər. Hal-hazırda demək olar ki, onların hamısı başqa türk tayfaları ilə qarışaraq öz tayfa təşkilatlarını itirmişlər. Onlar yalnız özləri haqqında öz tayfalarının adları ilə bir sıra kəndlərin adında iz qoymuşlar… bunlar aşağıdakı qəzalarda (14 qəza göstərilir) yerləşmişdi… Lənkəran qəzasında – …Qədirli, Əhmədli, Yeddioymaq, çaxırlı, İnallı, təklə, Şatırlı…”.
24) Qəzənfər Kazımov. ” Albaniyanın türk tayfaları ” : ” 5 – 8-ci əsrlərdə Çindən İrana qədər böyük bir ərazidə nəhəng və güçlü türk xaqanlığı mövcud olmuşdur. Xaqanlığın tərkibinə türkeş, tele, dulu, tubo, ŞATO, çelkan, kuzen və s. türk tayfaları birləşmişdi “.
25) Zəngilan rayonunu Xəştab (Həştab) kəndində səkkiz bulaqdan birinin adı “ŞATIRLI” bulağıdır.
26) Mənsur Orucov. “Nəsillərdən nəsillərə”: “Sarallı Xəştab kəndində dörd tayfadan birinin adı Şatırlıdır. Oxtarlılar tayfasından sonra bu kənddə Şatırlı tayfaları məskunlaşıb. Kənddəki Oxtarlı və Yetərlilər sünnü, Şatırlı və Albalılar şiə təriqətinə mənsub olublar. Şatırlılar Xəştaba 1-ci Şah Abbasın (1571 – 1629 ) vaxtında gəlmişlər. Xəştaba gəlmiş şatırlılar iki nəsildən ibarət olmuşlar – Cəfər Şatırlısı və Məşədi Dostu Şatırlısı. Cəfər Şatırlısı Cənubi Azərbaycandan, Məşədi Dostunun Şatırlısı isə Naxçıvandan gəlmişlər. Məşədi Dostunun törəməsi Alıqulu Şatırlısıdır.
27) Tədqiqatçı yazıçı Əli Rıza Özdəmir. “Kayıb türklər” əsərində: “ŞATİRİLƏR – BAYAT BOYUNA AİDDİR “.
28) Professor Doktor Ahmet Taşağıl. ” Genel Türk tarixi” : “Şha – tolar, Batı Göytürk ülkəsində doğan boylardan biridir…Batı Göytürk ölkəsində iç qarışıklıklar və savaşlar durmuyordu. Onların beyinlərindən İ-pi-tuo-kağan, Çihin-sha dağının batısında Pei-tig adıyla mərkəzini kurduğu zaman Chu-yüeler, ona itaət etdi. Bu sırada chu-yüelrin sınırları Urumçinin kuzeyindəki Chin-sha dağından güneyə doğru uzanan və barkolun doğusunda bulunan geniş qumlu sahələrdə oturduqları üçün onların adı bundan sonra “kum yığını2  anlamına gələn Şha-to adıyla anılmaya başladılar.
29) Aydın Mədət oğlu Qasımlı “Türklər” əsərində qeyd edir (səh.-158): “Çinlilərin “Şa-to” adlandırdıqları “Çöllər Xanədani” eramızın 923-950 ci illərdə üç imperator ilə 27 il Çində səltənət sürmüş dördüncü Türk imperatorluğudur. Çinin Heuleanq xanidanını məğlub edərək yerinə keçən ŞATO türkləri, Çinin 22-ci imperatorluq xanədani sayılırlar”.
30) Yazar: Fərhad Cavadi yekan Sədi (Abdulla oğlu. Urmiya.18.12.2014): ” Güney Azərbaycanda və eyni halda İran ərazisində toponimlərlə bağlı və o sıradan “Sad”, “Sat”,”Şad”,”Şat”,”Satır”,”Şatır”,”Şatırlı” adı ilə ilgili əsas problem, toponim adlarının fars dili əsasında yazıya alınması və bu adları öz həqiqi olan və geyimində çıxarıb, namərbut və anlamca fəqli bir formalara salınmasıdır… Toponimlərin siyasi anti-türk məqsədlər əsasında səsləşmə baxımından oxşar fars sözlərinə yamsıdıb uydurmuşlar və eybəcər, həqiqətdən uzaq adlar və anlamlar bəxş ediblər”.
31) AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, “Qədim azərbaycan tarixi mixi yazı mənbələrdə” (Coğrafi adlar göstəricisi siyahısında) :
a) ŞATİRARAQANİ – Buştu ölkəsinin vilayəti (səh.83).
b) ŞATİRU – Buşu ölkəsi yaxınlığında ölkə (səh.83).
c) ŞATTUARİA – Manna ölkəsində qala (səh.83).
d) QİDİMARİ – Şatiru ölkəsində şəhər (səh.80).
Qeyd 1 – : Buştu, Busutu, Bustus – Diyala çayının yuxarı axarında ölkə və şəhər. E.ə. 8-ci əsrdə Manna dövlətinin tərkibində olmuşdur (səh.76)
Qeyd 2 – : Aburzani – Urmiya gölünün cənubunda yerləşən Buştu ölkəsində şəhər ( səh.74).
Mən Şatırlı mövzusunu işləyən zaman tarixi mənbələrdə araşdırmalar aparmaqla yanaşı, müasirim olan, bir çox fundamental araşdırmaları ilə tariximizə yeni, orjinal fikirləri ilə gələn söz sahibləri ilə də məsləhətləşdim…Professor Firudin Ağası oğlu, Aərbaycan Yazıçılar İttifaqının üzvü Fərhad Cavadi, Numraloji biliklər sahibi, maq elminin mahir bilicisi Qalib Quliyev, Hurifi elminin bilicisi, fəxrimiz Firudin Gilar Bəy, Arxeoloq – etnoqraf alim Tofiq Əzizov ilə də məsləhətləşdim. Onların fikirlərini olduğu kimi mövzuya əlavə etməyimi zəruri hesab edirəm !
32) Firudin Gilar Bəy (Hurufiliyə görə):
a) Şatırlı rəmzinin batini mə`nası belədir: Bu rəmzin kökü Set-Ra mə`nasında ilkin materiya və onu idarə edən RA allahı deməkdir. Bu rəmz formalaşaraq İstar-İştar mə`nasına düşüb və ümumilikdə Allah mə`nasını verib. Sonrakı “L”, yəni,”EL” rəmzi isə bu sözün – “İştar Allahın eli” fikrini ifadə edir. başqa sözlə Şatırlı kəndi Azəri müqəddəslərinin elidir. (BU ƏSAS MƏ`NADIR).
b) Şa – qədimdə Allahın ruhu (Şu) mənasını verirdi. Tir rəmzi – Atro – Tora – Arta və s. mə`nasında ruhlar dünyası, onun qapısını bildirir. Başqa sözlə şa – tir rəmzi Allahın ruhunun hakim olduğu göy dünyasını və onun yerdəki qapısını bildirir, və ya cənnət əhlinin yerdəki eli fikrini ifadə edir.
c) Rus mənbələrində Şatır rəmzi Şater kimi yazılır və Çadır fikrini bildirir. Bu Şadır Tövratda “Vəhy Çadırı” adlanır və Musanın göydə ilkin materiyadan – İlahi oddan yaratdığı çadır mə`nasında göydəki ruhlar dünyasını – cənnəti bildirir. Başqa sözlə Şatırlı – Göy cənnətinin yerləşdiyi EL deməkdir.
d) Şet – Set rəmzi həm də ilkin materiya ilə vəhdətdə olan seyid- bəgləri-ən qədim mənbələrdəki amorey – mar- sutiləri bildirir. Onlar isə mənbələrdə İlahi odu, yəni ilkin materiyanı özləri ilə gəzdirənlər – atəşbəglər nəslidir. Deməli. Şatırlı həm də ilahi vəhdətdə olan müqəddəslər nəslinin elidir.
33) Qalib Qquluyev : ŞATIRLI sözünün mə`nası – yerdən-göyə ucalmaq deməkdir.
34) Tarixçi – arxeoloq Tofiq Əzizov :Bərdə, Cəlilabad və Masallı rayonlarındakı Şatırlı və Şatıroba kəndləri 13-cü əsrdə monqollar tərəfindən dağıdılmış ŞATAR şəhəri sakinlərinin bu yerlərdə məskunlaşması ilə bağlıdır. Gəncəli Kirakosun verdiyi mə`lumata görə, ŞATAR şəhərini 7-ci əsrdə Xəzər xaqanı Cebu xaqan Albaniyanı işğal etmiş oğlu ŞATIN (ŞADIN) şərəfinə saldırmışdı.
35) VIKIPEDIYA : ŞÜTÜR – Azərbaycanın erkən şəhərlərindən biri. Goranboy bölgəsində, Goranboy – Gəncə şəhərləri arasında yerləşirdi. “ŞÜTÜR 5 – 6 -cı əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda ŞATAR,ŞATAL,ŞƏTƏL kimi adlanmışdır. 1231 – ci ildə monqollar bu şəhəri yerlə – yeksan etmişlər…”
36) Musa Kalankatlı : ” Albaniya tarixi” kitabında qeyd etmişdir ki. ŞATAL Şəki, Şamaxı,Şabran və Şəmkirlə eyni səviyyədə idi. ŞÜTÜR şəhəri qədim mənbələrdə XANAGAHİ – ŞÜTÜR də adlanırdı.
37) VİKİPEDİYA: ALP İLİTVER: “Cebu xaqan ( ORXAN ) Ərməniyyəyə yürüş edir. Bu yürüşdə knyaz mənşəyinə görə ŞAD adlandırılan “QANA SUSAMIŞ QARTAL BALASI” iştirak edir. Öz adı BOLU idi ki, buna ŞAD ( xaqanın oğlu, şahzadə ) titulu əlavə edilərdi”. ( ARDI VAR).
Elşad Amanov
Kanal15.tv
Yanvar 2017-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.