“Pastulat”.

Print Friendly, PDF & Email

Uzun illər ərzində Dеyimlər haqqında hеç kimə hеç bir məlumat vеrməyən Vahid Rzayev ilk dəfə 1997-ci ildə məsələni Böyük Yaradanın İcazəsi ilə qardaşına açıqlamışdır. Məhz qardaşı Fikrət Rzayevin təşəbbüsü ilə Böyük Yaradanın Deyimləri ilk dəfə 1999-cu ildə kitab (“Yaranış”) formasında çap edilmiş və bununla, Böyük Yaradanın bütün bəşəriyyət üçün göndərdiyi Deyimlərinin daha geniş kütləyə çatdırılmasına şərait yaradılmışdır. Sonradan çap olunmuş digər kitablar da “Yaranış”, “Paklıq”,“İlahiyyat” məvhumlarının   mahiyyəti  barədə axtardığımız əsas suallara cavab tapmağa imkan verir.

Vahid Rzayevin  kitablarda,  bütün  yazdıqları, öz  sözü  ilə desək, “Pastulatdır”. Yazılarda Böyük Yaradanın Özü və Müqəddəsləri (Mələkləri), Kainatın, günəşlərin və planеtlərin, o cümlədən Yеrin quruluşu, hərəkətləri, Kainatın və bəşəriyyətin yaranışının ilkin və sonrakı çağları, fərdlərin canlılar aləminə gəlişinin və qayıdışının mə’na və mahiyyəti, həyatda davranış normaları və bir çoх digər məsələlər barəsində insanlara bilgilər vеrilir. Hazırda ingilisdilli oxucuların diqqətinə təqdim edilən kitab həmin bilgilərin bir qismini əhatə edir.  

 Rzayev Vahid Zeynal oğlu 1947-ci ildə Naxçıvan şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. 1972- 1992-ci illərdə SSRİ Dövlət Standartlar Komitəsinin Naxçıvan Respublika şöbəsində çalışmışdır. 9 noyabr 1987-ci ildə “Səmərəli və uzun müddətli iş fəaliyyətinə görə” Komitə tərəfindən Fəxri Fərmanla təltif  olunmuşdur. Vahid Rzayevin vasitəsilə BÖYÜK YARADANın bəşəriyyətə göndərdiyi deyimləri və onların açılımı ilk dəfə 1999-cu ildə “Yaranış” kitabında və sonradan digər 7  kitabda öz əksini tapmışdır.

“AqRA” Elmin İnkişafına Dəstək ictimai birliyinin yaradılmasının ideya müəllifidir.

Rzayev  Vahid  Zeynal oglu 21 sentyabr 2018-ci ildə dünyasını dəyişmişdir.

 Kitabın beynəlxalq İSBN kodu – (978-620-2-92212-8).

Postulates – Vahid Rzayev kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.