Admiral Piri Rəis, Paolo Toskanelli və Martin Valdzemüllerin xəritələri

Əvvəlki araşdırmalarımda müəyyən etmişəm ki, genuyalı dənizçi (Kolumb) hələ özünün birinci transatlantik səyahətini həyata keçirməmişdən əvvəl Atlantik okeanının qərb hissəsində yerləşən nəhəng torpaq ərazisinin konturları çəkilmiş xəritəyə malik idi. Məhz həmin xəritənin sayəsində o, İspan katolik monarxlarına təqdim edəcəyi layihəsini tərtib etmişdi. Xristofor Kolumbun müəmmalı xəritəsinin kökünün araşdırılması müəyyən mənada dolambacı xatırladır. Sözü gedən xəritədə əvvəlcədən çəkilmiş dördüncü qitənin konturları […]