Vahid Rzayevdən qısa deyimlər

Axtarır, axtarır, axtarır insan… qayıdacağı Aləmə, nə aparacağını, axtarır insan? 29.04.2015   Çox düşündürücüdür, qanad qürrələnir yoxsa quş? Yəqin ki, qanad qürrələnir. Qanad uçmur, uçurdur. 29.04.2015   İnsan elə bilməsin ki, bu aləmə ölməyə gəlib. İnsan bilsin ki, bu aləmdən bir də, dirilməyə gəlib. Çünki, hər iki aləmdə, ölüm yox, dirilmək olur. 29.04.2015   İnsan – Nəyə gəldiyini bilmədi, Niyə […]

Yer üzü və insan faktoru

Yer üzü və insan faktoru. Min illərlə planetimiz dağıntılara, faciələrə, bir – birini əvəzləyən sağalmaz xəstəliklərə düçar olub. Bu hallar hələ də davam etmədədir! I.Etinasızlıqlarımız. Bu hallar arasında səbəbləri araşdırmaq istədim. Tarixlər, elmlər, müharibələr, inanclar da bəşəriyyəti birliyə gətirə bilmədi.    Səbəblər nə idi?    İnsanların bir – birinə qarşı etinasızlıqları, təşəkkürsüzlüyü, yer üzünə hakimi – mütləqlik iddiaları! Ətrafa, varlıqlara […]

Meyxanə, meynə, dil.

    Azərbaycan xalqının əsrlərdən əsrlərə keçərək bizə qədər gəlib çatan yaddaş tarixinə daxil olan gerçəkliklərdən biri də onun qəzəl aləmidir. Bu aləmdə meyxanə janrı da olub, var və olacaqdır.    Meyxanəni səsləndirməyə, fəlsəfi fikri çatdırmağa istedad lazımdır. Meyxanə janrının heç də şərabla, meylə bağlılığı yoxdur. Bir çox hallarda meyxanə haqqında çox bayağı, qondarma fikirlər səsləndirilib və həqiqətin nəyə bağlı […]

Bir neçə söz, bir neçə fikir

 ·   Ağrısızlıq əhatəsində, ağrılı insan.  ·   İnsan dörd məfhum qarşısında acizdir: aclığın, susuzluğun, yuxusuzluğun, bir də ölümün. ·   İnsanda dörd yaddaş aləmi var: göz, bədən, dad, bir də baş (kəllə). Dörd ağrısız (ağrı verməyən) varlıq əhatəsində olan insan: süd (ana), su, hava, bitki aləmi (qida) – bu dörd məfhum canlı varlığa, cismani agrı verməyənlərdir (ağrısızdırlar). ·  Heyvanat aləmi üçün də ağrı […]

Təqvimlər

Təqvimlər İllər – illərə qarışıb; təqvimlər – təqvimlərə qarışıb.  Yer kürəsi karıx qalıb, bilmir hansı təqvimə uyğunlaşsın. Təqvimlər, yer kürəsi tarixinə uyğunlaşmır, yer kürəsi “təqvimlər tarixinə”- uyğunlaşmır.  Tarixlər qarışıb, təqvimlər qarışıb, insanlar qarışıb. ○ ○ ○ O qədər dedik-dedik, dedik! Gördük ki, elə deyirik! O qədər düşündük-düşündük, düşündük! Gördük ki, elə düşünürük. O qədər baxdıq-baxdıq, baxdıq! Gördük ki, elə baxırıq. […]

Böyük bir Elm…      

Böyük bir Elm…                                                                                 Böyük bir Elmdir – Heca, Elmi! Böyük bir Elmdir – Kəlmə, Elmi! Böyük bir Elmdir – Söz, Elmi! Olmasa idi əgər, Yer Üzündə, Heca – olmayacaqdı, nə Söz, nə də ki, Kəlmə! Bütün Elmlərin Başlanğıcı, başlar Düşüncələrdən! Bütün Düşüncələrin sonluğu, Hecalarda, Sözdə, Yekunlaşar! O, Hecalardan, Kəlmə! Kəlmələr arası, Sözlə bağlanar! Sözə bağlanar, o, Kəlmələr, Sözlə Bağlanar! Heca, […]

Günəş Mə’bədi, İçəri şəhər…

Günəş Mə’bədi, İçəri şəhər… Azərbaycanda, Bakıda, Günəş Mə’bədi, “Qız qalası”, Günəş Simvolu, Günəş təqviminin, ardıcı hesabatı şərtlərinə uyğun olaraq, inşa edilmişdir! Bütün, Dörd Mərtəbələr Günəşi, son Yuxarı mərtəbə isə, açıq sahəyə, mərkəzdən çıxmaqla, Günəşə, Günəş İşığına Qovuşmaqdır! Günəş Mə’bədinin tikinti layihəsini verən, Me’mar isə, bütün tikinti şərtlərinin, Dahisidir! Çünki, tikinti şərtlərinin tələblərinə görə, Aparıcı yüklər mərkəzləşdiyindən, hər yük altında, dayaq […]

Şəhər içərisində Şəhər, “İçəri Şəhər”…

Şəhər içərisində Şəhər, “İçəri Şəhər”… Bu ərəfədə gördüyümüz, İşəri Şəhər, ancaq Günəş Mə’bədi (Qız Qalasından) ibarət deyil! Əgər ki, Günəş Mə’bədi – “Qız Qalasını”, tədqiq etmək istəyiriksə, onda bütün “İşəri Şəhər”-i, Qala Divarlarını, daşlarının sayını, Bürclərinin sayını, tədqiq etmək məcburiyyətində, olmalıyıq! Necə ki, o, “Şəhərin”, inşa edilməsi zəruriyyətinin, halından irəli gəldiyini, araşdıraq! İndi adlandırdığımız, “İçəri Şəhər”, “İşıq şəhəri, Günəş şəhəri” […]

1 26 27 28 29 30 81