Nə hərəkətdə deyil ki…

Print Friendly, PDF & Email

Bütün Aləm, Aləmlər hərəkətdə!
Galaktikalar, hərəkətdə! 
Günəş Sisteminin Özü də, hərəkətdə, Günəş Sismemi ətrafında olan, Planetlər Hərəkətdə!
Nə, hərəkətsizdir ki?
İnsan hərəkətdə!
İnsanın, Gözü hərəkətdə, Dili hərəkətdə, Çənəsi hərəkətdə, Oynaqları hərəkətdə, Fəqərə Sütunu, hərəkətdə! 

Əl-Ayaq barmaqları, Hərəkətdə!
Qidanı çeynəyir, hərəkətdə! Udur, hərəkətdə, mədə hərəkətdə!
Ürəkdən Qan keçir, Hərəkətdə! 
Qaçır hərəkətdə, Əyləşir hərəkətdən, Qalxır hərəkətdə, Yeriyir hərəkətdə!
İş Görür, əkir-biçir, toplayır, e’mal edir, Hərəkətdə!
Ətalətlər, Sükunətlər, Sərbəst düşmələr, Gərilmələr, Dartılar, Müqavimətlər, Sürüşmələr, Hərəkətlər içəridində, Hərəkətdə!
Külək hərəkətdə, Yağış hərəkətdə, Buludlar hərəkətdə, Dalğalar hərəkətdə, Zəlzələlər, Tsunamilər, Vulkanlar, Püskürmələr, Qaynamalar, Daşmalar hərəkətdə!
Kondisioner, Soyuducu, daxilində, Qaz Freon, hərəkətdə, mühərrik, Hərəkətdə!
Nə Hərəkətsizdir ki?…
Təyyarə hərəkətdə, Maşın-mexanizm, Qatar, Gəmi, Kosmik Uçuşlar, Hərəkətdə!
Araba, Qoşqu, Bərə də, Qayıq da, Hərəkətdə!
Gecə hərəkətdə, Gündüz hərəkətdə, Yer Kürəsi hərəkətdə!
Bu Hərəkətləri, onların Sür’ətlərini, Trayektoriyalarını, Hərəkət bucaqlarını, Hərəkət ardıcıllıqlarını, Ləngidəcək, Yubadacaq, Dayandıracaq, Saxlayacaq, elə bi Qüvvə, elə bir Varlıq yoxdur ki!
Hərəkətlər İlkdəndir! 
Hərəkətlər İlkdədir!
Bütün Hərəkətlərin Başlanğıcı, O, İlklə, O, İlkinlədir!
Olmayıb, Yoxdur Elə bir Varlıq ki, Elə bir Qüvvə ki, Günəş Ətrafında Hərəkətdə olan, Kürəvari Planetlərin, Trayektoriyalarını, Yerlərini, Ardıcıllıqlarını, Düzülüşlərini, Ara Məsafələrini, ya biri-birinə, Yaxınlaşdırsın və ya, Onları, Biri-birindən, Uzaqlaşdırsın!
Nə, Hərəkətsizdir ki…
Bütün Hərəkətlərə, Hərəkət Verici, O, Sahibi Mütləqdir ki, “O”-nun, Nizamlayıb, Nizama Saldığının Qarşısında, Bütün Varlıqlar, Acizdir!
Nə hərəkətsizdir ki?…

Vahid Rzaev.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.