MATƏM

Print Friendly, PDF & Email

MATƏM
Bu gün 20 yanvardır, —
bu gün matəmimizdir.
Yer üzünün matəmidir.
Bəşərin matəmidir.
Bu gün 20-dir, matəmimizdir.
Bakıya baxdım, səmaya baxdım,
Səmanı hüzndə, sanki, ağlamaqda gördüm.
Səmanı dərddə gördüm,
Bu insanları kütləvi matəm
günümüzdə gördüm.
Yaradana baxdım,
Yaradandan baxdım,
öz ərazimizə baxdım,
öz matəmimizə baxdım,
özümümüzə baxdım,
— təəssüf etdim;
özümüzü təsdiq etməyib,
başqalığı təsdiq etmədə gördüm.
Özümüz var ikən,
özümüzü özümüzdən uzaq gördüm.
Özümə baxdım, təəssüf etdim,
özümüzə baxdım, təəssüf etdim.
Özümüz var ikən,
özümüz olmalıykən,
başqalarını,
başqalıqları gördüm, təssüf etdim.
Matəmə baxdım, matəmi gördüm,
Səmanı matəmdə gördüm.
Matəm istəkliləri kənarda,
özümüzü matəmdə gördüm.
Kənardan yenə bizi matəmdə görmək
istəkliləri matəmdən kənar gördüm.
Heyf bizə, heyf yaddaşımıza.
Heyf bizə, heyf babalarımıza.
Babalarını görməyən — özünü görməz,
özünü tanımayan — özünü tanıda bilməz.
Özünü tanıtmaq istəməyən —
yadlığı təsdiq edər, özünü təsdiq etməz,
etmək istəməz.
“Yad” sənə yaddır,
aramıza girib, — yaddır.
Tarixsizliyimiz bizə yaddır. Babasızlığımız
bizə yaddır.
Biz var ikən,
yaddaşsızlığımız bizə yaddır.
Bizi yaddaşsız görmək istəklilər
bizə yaddır.
Bu gün matəmdir, — bu tarix (20 yanvar)
sevinc günü ola bilərdi, amma bu tarix bizə
matəmdir.
Günortadır, Gün çıxdı,
İlahi, — yaxşıdır,
İşığımız
özümüzə Qayıdacaq, — yaxşıdır.
Biz məkrə qalib olacağıq, — yaxşıdır.
Bu, əlamətdir, — yaxşıdır.
Qalibiyyətimiz yaxşıdır.
Yad tarixlər yox, öz tariximiz,
özümüz özümüzlə olmağımız yaxşıdır.
Çox qədim tariximiz var,
axtaranlar olsa, yaxşıdır.
Bizi birliyə gətirənlər olsa, yaxşıdır.
O istəklilər olsa, yaxşıdır.

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.