Kamran Rüstəmov, yaxud güc həqiqətdədir.

Print Friendly, PDF & Email

    Hekayəmin qəhrəmanı texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Rusiya Memarlıq və İnşaat Elmləri Akademiyasının (RAAiSN) əcnəbi üzvü, Azərbaycan Respublikası və Rusiya Federasiyası Jurnalistlər İttifaqlarının üzvü, son illərdə isə publisist və ictimai xadim kimi fəaliyyət göstərən Kamran Ənvər oğlu Rüstəmovdur.

Qəhrəmanımız asistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmiş, namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, Böyük Britaniyada elmi təcrübə keçmiş, elm və texnikanın neft və qaz yataqlarının işlənməsi və istismarı, qazma hidravlikası, qeyri-Nyuton mexanikası, boru kəmərləri sistemləri kimi müxtəlif sahələri üzrə 300-dən çox elmi məqalə və dərsliklərin müəllifidir.    K. E. Rüstəmovun şagirdləri-elmlər doktorları və namizədləri, mühəndislər, mütəxəssislər bu gün təkcə respublikada deyil, onun hüdudlarından kənarda da çalışırlar. O, Türkiyə, Yaxın Şərq və Rusiyada bir sıra şirkətlərin rəhbəri vəzifəsində çalışıb. Hazırda K. E. Rüstəmov Moskvada yaşayır. O, Rusiya Federasiyasının Azərbaycan diaspor hərəkatında böyük işlər görür. Publisist olaraq xəbərləri və siyasəti, Azərbaycan dövlətinin tarixi, Azərbaycan xalqının mədəniyyəti, adət-ənənələri haqqında həqiqətləri rusdilli ictimaiyyətə çatdırır.

İsveçrənin Yandex Services AG şirkəti tərəfindən təqdim edilən İnternet xidməti, məzmun tövsiyə lenti və bloggerlər üçün platforma kimi Dzen dünyada təxminən 50 dildə tanınıb. Kamran Rüstəmov 27 avqust 2020-ci il tarixində 15524 abunəçisi olan Dzen kanalını açıb! Sosial şəbəkələrdə 4000-dən çox nəşr və 6000000-dan çox oxucu, 80 milyon izlənməsi vardır. Gündəlik auditoriya orta hesabla 30 min, bəzən isə 50 min nəfərə çatır. Kanal təkcə 2022-ci il ərzində heyrətamiz statistika nümayiş etdirib: https://dzen.ru/id/5f47313694c86652b080ee19

– 2251578 əsərləri oxumuş insan auditoriyası;

– 2 254 yeni abunəçi;

– 2 831 məqalə;

– 153 627 insanın sevgi izhar edən bəyənməsi ;

– 119 520 şərh;

– 520 incəsənətin dəyərini bilən oxucu şərhi.                                                                       

Qəhrəmanımız təkbaşına öz kanalında rus və dünya rusdilli ictimaiyyətinə Azərbaycan xalqının tarixi ilə bağlı obyektiv məlumatlar çatdırmağa çalışır, “ən populyar erməni saytlarında gedən xəbərlərə, dövlət xadimlərinin müsahibələrinə, məqaqlələrə” elmi əsaslandırılmış təkziblər verir, üstəlik, onların öz keçidləri, mənbələri, ifadələri ilə.

Qəhrəmanımız tarixi faktları saxtalaşdıran ermənilərə zərbə vurmuş, Azərbaycan xalqının memarlıq, ədəbi, elmi, musiqi, kulinariya və digər mədəni dəyərlərinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını təkzib etmişdir. K.Rüstəmov göstərilən səhifələrdə mövcud olmayan faktlarla materiallara yanlış istinadlarla çap olunmuş kitablara, məqalələrə rəylər dərc etdirmişdir! Qəhrəmanın elə əsərləri var ki, onlar Rusiyanın dağıdıcı qüvvələrini də dəf edir, çox vaxt hətta müəllifi təkcə bir başqası deyil, məhz Rusiya Federasiyasının prezidenti olan prinsiplərə, bəyanatlara, razılaşmalara zidd olanları da. Hər bir əsərə qarşı təxribatçı-ermənilər, muzdli qulluqçu (çoxları erməni soyadları ilə fəaliyyət göstərmirlər) dəstələri çıxış edir, daim yöndəmsiz şərhlər verir, bəzən də qeyri-ədəbi ifadələrlə çıxış edirlər.

“Facebook” hesabında “Kamran Rüstəmov” qrupunun bloklanması/bağlanması cəhdləri olub, bəzən onun kompüterləri muzdunu “mesenat-xeyirxah-xiridarlar”in ödədiyi “maraqlı” hakerlərin xarici hücumuna tab gətirə bilmir.

Bu günə kimi həmin “müəlliflər” tərəfindən arqumentlərin etibarsızlığına, yanlışlığına, K.Rüstəmovun sübutlarına dair bir dənə də olsun dəlil təqdim olunmayıb və müzakirələrdən bir neçə saat sonra bircə dənə də qanun pozuntusu olmadığına görə administrasiya tərəfindən çoxsaylı bloklar qaldırılıb. Təəssüf ki, Azərbaycan oxucusu heç də həmişə erməni yalanlarına cavab olaraq nəinki şərh yazmır, bəzən bəyənməyi belə unudur.

Qəhrəmanımızın https://stihi.ru/avtor/krustrambler (oxuculara baxmağı çox tövsiyə edirəm) saytında gedən daha maraqlı yazılarını ayrıca qeyd etmək istərdim. Bu saytda mədəniyyətin təbliğinə və Azərbaycan ədəbiyyatının, musiqisinin görkəmli nümayəndələrinin: musiqiçilərdən Arif Məlikovun, Rəşid Behbutovun, yazıçılardan Nizami, Xaqani, Şirvani, Nəsimi, Vaqif, Məhsəti, Sabirin, alimlərdən Nəsirəddin Tusi, Lütfi Zadənin həyat və yaradıcılığına, Azərbaycanın memarlıq, mədəniyyət tarixi, eləcə də Rusiya-Azərbaycan ədəbi əlaqələrinə dair və digər məqalələr çap olunur. Həmçinin onun teleqram kanalı da (https://t.me/KamranRustam) fəaliyyət göstərir.

Bu yay 75 illik yubileyini qeyd edəcək, “Ermənistan-Agit-Prom”a qarşı yorulmaz mübariz, çox hörmətli Ağsaqqala möhkəm cansağlığı, nəcib fəaliyyətində daha böyük yaradıcılıq uğurları arzulayıram.

Necə deyərlər, o, “meydanda təkbaşına döyüşən bir əsgərdir” və bizləri adətən daha uğurlu hesab etdiyi kollektiv səylərə çağırır. Bəlkə kimsə eşidəcək deyə!

Əliyev G.M.

Rus dilindən tərcümə etdi: Təvəkkül Vəliyev-“AqRa” EİDİB-in üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.