Kərimli Xanəli. Tanrı müjdəsi. Şeirlər və poemalar

Print Friendly, PDF & Email

Rəyçi

Əsgər RƏSULOV,

Filologiya elmləri doktoru, professor

Redaktoru

Nəriman ƏBDÜLRƏHMANLI

Kərimli X. Tanrı müjdəsi. Şeirlər və poemalar. Bakı, Qanun nəşriyyatı, 2021, 300 səh., 300 tiraj.

Görkəmli şair, ədəbiyyatşünas və pedaqoq Xanəli Kərimli “Ay işığında” (1998), “Anamdan məktub” (2000), “Bu da bir nağıldı…” (2004), “Mənə elə gəlir ki…” (2008), “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır” (İran, 2011), “Payız duyğuları” (2013), “Ahlat taşı” (Türkiyə, 2019) poetik toplularının müəllifidir. “Yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biri” (akad. İ.Həbibbəyli) olan X.Kərimli haqqında “Xanəli Kərimli-55: Şairə məktub” (2007), “Xanəli Kərimli-60: Sözün Əlincə qalası” (2011), “Xanəli Kərimli-65: Bir ömrün işığı” (2016) adlı məqalələr topluları, S.Bəşirovun “Xanəli Kərimli: Bir ömrün nağılı” (2011) monoqrafiyası nəşr edilib. Eyni zamanda, şair haqqında Naxçıvanın “Əcəmifilm” kinostudiyasında “Payız duyğulu şair ömrü: Xanəli Kərimli” (2014) adlı sənədli film çəkilib.

Kitab X.Kərimlinin anadan olmasının 70 illik yubileyinə həsr olunur.

Kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.