Hüseynov Rövşən Qurbanəli oğlu

Print Friendly, PDF & Email

          Hüseynov Rövşən Qurbanəli oğlu 1956-cı ildə Naxçıvan şə­hə­rində anadan olub. 1973-cü ildə Naxçıvan şəhər 6 nömrəli tam məktəbini bitirdikdən sonra 1974-1976-cı illərdə Sovet Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1977-ci ildə Naxçıvan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə daxil olub. 1982-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. Dil-ədəbiyyat müəllimi ixtisasına yiyələnib. 1982-1994-cü illərdə Babək rayon Mədəniyyət Şöbəsində müxtəlif vəzifələrdə çalışıb. İşlədiyi müddətdə “Şərq qapısı” və Babək rayonunun mətbu orqanı olan “Şərqin səhəri” qəzetində müxtəlif səpgili məqalə və şeirlərlə çıxış edib.1994-1997-ci illərdə Azərbaycan Respublikası Ali Soveti yanında Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin Naxçıvan Muxtar Respublikası üzrə aparıcı mütəxəssisi işləyib. 1997-2001-ci illərdə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əvvəl böyük redaktor, sonra isə şöbə müdiri vəzifəsini daşıyıb. 2001-ci ildən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri vəzifəsində çalışır. 2005-2012-ci illərdə Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü, 2012-ci ildən isə ictimai əsaslarla Naxçıvan Mətbuat Şurasının sədridir. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 28 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb. 2019-cu ilin may ayında isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik “Yubiley” medalı ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.