Hacı Zeynalabdin Tağıyevin Türk sultanına hədiyyəsi

Print Friendly, PDF & Email

    Rüfət Lətif oğlu Hüseynzadə
       Pedaqoji  elmlər doktoru, professor, Əməkdar Müəllim.

   XX əsrin əvvəllərində 1907-ci ildə müqəddəs Qurani-Kərimin təfsirini Azərbaycan dilinə  tərcümə etdirən Bakı milyonçusu, xeyriyyəçi, maarifpərvər şəxsiyyət Hacı Zeynalabdın Tağıyev olmuşdur. Quranın təfsirini tərcümə edənlər Bakı Quberniya Qazisi Məhəmməd Kərim Cəfərzadə və məşhur din xadimi Axund Əbu Turab olmuşdur. Bu təfsir üç cilddə – ”Kəşfül- Həqayiq” (“Həqiqətlərin Kəşfi”) adı ilə 1907-ci ildə nəşr  edilmişdir.   

     H.Z.Tağıyev üç cilddə nəşr etdirdiyi bu müqəddəs kitabı 1907-ci ildə bir   nüsxəsini türk sultanı Sultan Əbdül Həmidə hədiyyə olaraq göndərmişdir. Azərbaycan mühacir ziyalılarından olan Nağı Keykurun Ankarada nəşr olunan aylıq “Azerbaycan” kültür dərgisində “Böyük bir hayırsever Hacı Zeynalabdın Tağızadə (Hatire defterinden bir yarpaq)” adlı məqaləsində yazır ki, Hacının İstanbula türk Sultanına göndərdiyi bu müqəddəs kitab 4000  altun lirə dəyərində ziynətli daşlar və almazlarla bəzədilmişdir [1].
 [1]. Keykurun Naki. Böyük bir hayırsever Hacı Zeynalabidin Takızade. “Azerbaycan”, Ankara, mayıs 1957, sayı: 14(62), s.16                       

Sultana göndərilən bu hədiyyyə, xüsusi nüsxə olaraq  qızıl suyu ilə yazılmış, almaz qaşlarla bəzədilmiş və qalın gümüş qutuda yerləşdirilərək Xeyriyyə Cəmiyyətinin üzvü müəllim və pedaqoq, görkəmli şair, ictimai xadim Abdulla Şaiqin qardaşı Axund Yusif Talıbzadə (Yusif Ziya adı ilə də məşhurdur) tərəfindən 1907-ci ilin 19 avqustunda Sultan Əbdül Həmidə  çatdırılmışdır. [2].
[2] . Osmanlı devleti ilə Azerbaycan türk hanlıkları arasındaki münasibetlere dair arşiv belgeleri.(Karabağ-Şuşa, Nahçıvan, Bakü, Gence, Şirvan, Şeki, Revan, Kuba, Hoy) . II. (1575-1918). Ankara: 1993 s.216.
Axund Yusif Talıbzadə ali dini təhsilini Bağdadda yüksək təhsil verən mədrəsədə başa vurmuş,  sonra, 1899-cu ildə Tiflisə qayıtmış və 1900-cü ilin sentyabrında Bakıya gəlmişdir. Hələ Tiflisdə yaşadığı zamanlardan yaxşı tanıdığı Nəriman Nərimanovla görüşmüş və onun vasitəsilə neft milyonçusu Hacı Zeynalabdin Tağıyevlə yaxından tanış olmuşdur.

    O, 1900-cü ildə Bakıda, “Rus-tatar” məktəbinə şəriət müəllimi təyin olunduqdan sonra Azərbaycan dilinin qrammatikasına aid “Təhsili-qəvaid” (Təhsil qaydaları, 1901), adlı o zaman üçün qiymətli bir kitab çap etdirmiş, həmin dövrdə N.Nərimanovun “Nadir şah”” əsərini fars dilinə tərcümə etmiş və “Müəllimüş-şəriə” (Şəriət müəllimi), (1903, 1908, 1909), “Təəlümüş-şəriə” (Şəriət təlimi) (1904), “İslam tarixi” (1907),  “Həqiqəti-islam”.  “Hədiyeyi-nisvan” (Qadınlara hədiyyə) (1903), “Türk lisanında sərf və nümunə”, “Tərtibi-beyti-nisvan”,  “İbtidai məktəblər üçün təlimi-əlşəriyyə” əsərlərini yazmışdır.

            Böyük ədib və şairimiz Abdulla Şaiq böyük qardaşı Axund Yusif Talıbzadənin Türkiyə səfəri haqqında belə yazmışdır: “Bakı qazisi Mir Məhəmməd Kərim Mir Cəfərzadə Quranı Azərbaycan dilinə tərcümə edib məşhur sərvətdar Hacı Zeynalabdın Tağıyevin pulu ilə çap etdirmişdir. Hacı tərcümənin əlli nüsxəsini qızıl suyu ilə çap etdirib qiymətli cildə tutdurmuşdur. Bu nüsxələrdən birinin cildini qalın  gümüşdən yapdırıb ortasına  da “La ilahə illəllah, Mühəmmədən Rəsulillah” sözlərini yazdırmış və qardaşım Axund Yusif Talıbzadə  vasitəsilə həmin nüsxəni Türkiyə Sultanına hədiyyə göndərmişdir” [3].
[3] Talıbzadə Kamalın təqdimatında Abdulla Şaiqin “Sultana Quran aparılması” məqaləsi. “Elm” qəz. mart 1992, № 6 (403).

   Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. O, Bağdad şəhərində on il dini təhsil aldıqdan sonra vətəninə qayıtmşdır. Bakıda  “İsmailiyyə” binasının (indiki AMEA-nın binası) təməlqoyma mərasimində Bakının qazısı olaraq xeyir-dua vermişdir.

            Axund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri ziyarətgah olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır.    “Qurani-Kərim”i ilk dəfə təfsirini Azərbaycan dilinə çevirən, xalqın maariflənməsində və Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə olmuşdur. Bakıda fanatik, xürafatçı dindarlar Hacı Zeynəlabdın Taöıyevə və Məhəmməd Kərim Cəfərzadəyə qız məktəbinin açılmasına qarşı hücum edəndə Məhəmməd Kərim Cəfərzadə kütləni sakitləşdirmiş, qadın və kişilərin də elm və təhsil almasının Qurani-Kərimdə  yazılaraq vacib olduğunu xürafatçı dindarlara  bəyan etmişdir. Hacının vəsaiti hesabına Məhəmməd Kərim Cəfərzadə şəhərin maarifpərvər axundlarından bir neçəsini islamın müqəddəs sayılan yerlərinə – Məkkəyə, Kərbəlaya, Xorasana, Məşhədə və s. yerlərə göndərmiş və tapşırmışdır ki, orada olan mötəbər, rəsmi din xadimlərindən sənədlər, imzalı möhürlü kağızlar alsınlar ki,  müsəlman qızları elm və təhsil almalıdır  və  burada heç bir qəbahət yoxdur. Bununla da axund Mir Məhəmməd Kərim ağa və başqa sağlam fikirli ruhanilər qaragüruhçu dindarların təqiblərindən xilas olmuşdur.

 H.Z.Tаğıyеv mааrifə, təhsilə böyüк üstünlüк vеrir və оnu qаdının maariflənməsində və təhsil almasında əsаs hаlqа sаyırdı. Аzərbаycаn qızlаrı üçün хüsusi məкtəbin yаrаdılmаsı bаrədə Hаcı Zеynаlаbdin Tаğıyеv hələ ХIХ əsrin 90-cı illərində düşünmüş və tаnınmış ictimаi хаdim, maarifçi M.А.Şаhtахtinsкiyə yаzdığı 4 mаy 1896-cı il tаriхli məкtubundа qеyd еdirdi ki, müsəlmаn qаdını оlduğu qаpаlı həyаtdаn çıхmаqdаn ötrü yеgаnə bir yоl vаr – yаlnız məкtəb; bu məкtəbi еlə yаrаtmаq və еlə qurmаq lаzımdır кi, müsəlmаnlаr оnа rəğbətlə yаnаşsın və tаm əminliкlə öz qızlаrını оrа охumаğа göndərsinlər.

          Yаlnız H.Z.Tаğıyеvin qətiyyəti, müdriкliyi və bакılılаr аrаsındакı nüfuzu, еləcə də оnun vəsаiti bu idеyаnı sоnа çаtdırmаğа imкаn vеrdi. Bu yоldа Tаğıyеv yеrli hакimiyyətin gizlin nаrаzılığını və həm də şəhərin оrtоdокsаl dаirələrinin аçıq müqаvimətini dəf еtməli оldu. Bеlə кi, 24 аprеl 1896-cı ildə Qаfqаz Tədris Dаirəsinin nəzаrətçisi К.P.Yаnкоvsкiyə ünvаnlаdığı məкtubdа о, qız məкtəbinin аçılışını II Niкоlаyın tахtа çıхmаsına həsr еdəcəyini еlаn еdir: “İmpеrаtоr Əla həzrətlərinin tаcqоymа mərаsimini Bакıdа mənim vəsаitim hеsаbınа rus-müsəlmаn qız məкtəbi аçmаqlа qеyd еtməyi qərаrа аldım”. Еyni zаmаndа H.Z.Tаğıyеv gələcəк qız məкtəbinə impеrаtriçа Аlекsаndrа Fyоdоrоvаnın аdını vеrərəк – оnu “Аlекsаndrinsкаyа” Qız Məktəbi  аdlаndırır.

             Beləliklə, Qаfqаzdа, Şərqdə  ilк dəfə оlаrаq müsəlmаn qızlаrının Аzərbаycаn, Rusiyа və Avropa mədəniyyəti ilə tаnış оlmаsı məqsədilə təsis еdilən və ilк Аlекsаndriyа rus-müsəlmаn qаdın məкtəbinin 1901-ci il окtyаbrın 7-də təntənəli аçılışı оldu. Bu Şərqdə müsəlmаn qızlаrı üçün аçılаn ilk dünyəvi məкtəb оldu. Bu məktəbin direktoru Hənifə xanım Məlikova (Zərdabi) təyin edildi.

           1902-ci ilın sentyabrında İran şahı Müzəffərəddin şah Avropa səfərindən öz ölkəsinə qayıdarkən zövcəsi ilə bərabər yolüstü Hacı Zeynalabdin Tağıyevin müşayiəti ilə onun şəxsi vəsaiti ilə açılmış Bakı Qızlar Məktəbinə gəlmişdir. Məktəb şahın çox xoşuna gəlmiş və o burada oxuyan qızların hərəsinə hədiyyə olaraq medalyonlu qızıl zəncir bağışlamışdır.

Tаğıyеvin qız məкtəbi 1918-ci ilə qədər fəаliyyət göstərdi və çохlu sаydа mütərəqqi təhsilli, dünyəvi mədəniyyətə sahib qadın maarifpərvərlər plеyаdаsı meydana gəldi. Lakin,  Bakıda bolşeviklərin və daşnakların törətdiyi qanlı cinayətlər, mart soyqırımı məktəbin də bağlanmasına səbəb oldu. Mааrifçiliк sаhəsində görкəmli хidmətlərinə görə, impеrаtоr II Niкоlаy 25 yаnvаr 1907-ci ildə H.Z.Tаğıyеvə Həqiqi Mülкi Muşаvir rütbəsi vеrmişdir.

             Hacının təşəbbüsü və səyi ilə Quranın təfsirinin tərcüməsi, müsəlman həmvətənlərimizin Qurani-Kərimi ana dilində düzgün anlamasına, insanların maariflənməsinə, mütərəqqi mədəniyyətə yiyələnməsinə və xüsusilə qızların, qadınların cəhalətdən uzaqlaşaraq milli- mənəvi və dünyəvi mədəniyyətə qovuşmasına əlverişli imkanlar  və şərait  yaradırdı.      

            Məhəmməd Kərim Cəfərzadə bu müqəddəs kitabın təfsirini mesenat Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə “Kaspi” qəzetinin Bəxariyə mətbəəsində çap etdirmişdir. Bu mətbəə Azərbaycanın kitab mədəniyyəti tarixinə misilsiz töhfələr bəxş etmişdir. Belə ki, burada Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Məhəmməd Hadinin, Abbas Səhhətin, Əliabbas Müznibin, Abdulla Şaiqin, Sultan Məcid Qənizadənin, Mahmud bəy Mahmudbəyovun, Lev Tolstoyun və başqalarının əsərləri çap olunmuşdur.

Abdulla Şaiq xatirələrində qardaşının oteldə tanış olduğu əslən Tiflisli olan Cəlal Ünsizadə ilə söhbətləri  haqqında məlumat verir. Belə ki, məsələdən agah olan Cəlal bəy “Ertəsi gün Axund Yusif Talıbzadənin yanına gəlib bildirir ki, əhvalatı sarayın sədr-ezem həzrətlərinə çatdırdım. Sizi hüzuruna qəbul edəcək. Sədr – ezemin əmrinə görə sizi qonaq sifətilə başqa evə köçürməliyik” [4].
[4] . Talıbzadə Kamalın təqdimatında Abdulla Şaiqin “Sultana Quran aparılması” məqaləsi. “Elm” qəz. mart 1992, № 6 (403).

Osmanlı arxivində mühafizə edilən yazılı bir sənədə əsasən Axund Yusif Talıbzadə – Xeyriyyə Cəmiyyətinin idarə işlərində vəzifə daşıdığını, ziyalı bir ailədən gəldiyini, Rus ali məktəbindən məzun olduğunu, müsəlman əhalisinin mənən və dinən xilafət məkanına daha qüvvətli bağlanması və onların aydınlanması üçün  nəşr etdirdiyi günlük “Təzə həyat” qəzetində  yazarlıq yapdığını saray nazirlərinə bildirdikdən sonra, Bakıda İslam Xeyriyyə Cəmiyyətinin  qurucusu və rəhbəri olan Hacı Zeynalabdın Tağıyevin təqib etməyə çalışdığı xətti hərəkəti saray məmurlarına belə bildirmişdir:

 1) İndiyə qədər Qafqaz Türkləri yazışmalarında yalnız farscadan istifadə etmişlər. Bundan sonra farscanın yerinə ana dilimiz olan türkcənin istifadə edilməsi və genişləndirilməsini təmin etmək;

2)Məktəb kitablarımızın türkcə yazılmasını təmin etmək;

3) Məktəblərimizin proqramları ilə Osmanlı Maarif proqramları arasında uyğunluğun olmasını təmin etmək;

4) Mərkəzi idarəsi Bolqarıstanın Varna şəhəri ilə İranın Urmiyə şəhərlərində yerləşən Emeni-Amerikan və Erməni-Proteston Komitələri Qafqaz və Azərbaycan türklərini xilafət məqamına bağlılıqdan və müqəddəs qaye olan İslam ittihadından uzaqlaşdırmaq üçün ərəbcə, türkcə, farsca və kürdcəyə vaqif olan ermənilər Qafqaza zərərli  nəşriyyatlar soxur və təbliğ edirlər. Bunları bir an öncə təsirsiz hala gətirmək  və Qafqaz müsəlmanlarına təsirini önləmək üçün qarşı nəşriyyatda bulunmağımız gərəkir;

 5) Qafqazdan İrana, Misirə və Avropaya fərarilik edib, oralarda tutulmayanların bir daha  Qafqaza dönmələrinə izin verməmək;

 6) Uyğun bilinən məktəb müdirləri və müəllimlərin Osmanlı hökümətindən  Qafqaza, onun şəhərlərinə  göndərilməsini təmin etmək;

7) Dini kitabların və təfsirlərin, peyğəmbərimizin hədisləri, əxlaqi kitablar və bu mövzuda yararlı təmimlərin  yayınlanmasına rəvac vermək [5].
[5]. Betül Aslan. I. Dünya savaşı esnasında “Azerbaycan türkleri”nin “Anadolu türkleri”ne “Kardaş kömegi (yardımı)” ve Bakü müslüman cemiyet-i hayriyesi. Ankara, Atatürk kültür merkezi başkanlığı yayınları, 2000, 64-65. 

       Axund Yusif Talıbzadə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin və onun sədri H.Z.Tağıyevin həyata keçirmək istədiyi əsas məsələləri bu şəkildə saray məmurlarına anlatdıqdan sonra Qurani Kərimin Hacı Zeynalabdın  Tağıyev  tərəfindən hazırlatdırılmış türkcə təfsirini, onun (H.Z.Tağıyevin) yazdığı bir məktubla birlikdə, Osmanlı Dövlətinin  Padşahı II Sultan Əbdülhəmidə verilməsi üçün Sədarət məqamına təqdim edilmişdir.

         Saray məmuru Sultan həzrətlərinin hüzuruna çıxaraq  qonağı təqdim etmiş, məramını bildirmiş, Axund Yusif Talıbzadə Quranı Türk Sultanına təqdim etmiş, Sultan Qurani-Şərifin təfsirini öpərək  qonağı hörmətlə qəbul etmişdir.

          Türkiyədə Osmanlı Dövlət Arxivində saxlanılan H.Z.Tağıyev tərəfindən Osmanlı Padşahı  Sultan II Əbdülhəmidə Axund Yusif Talıbzadə vasitəsilə göndərilən məktubun mətni belədir:

“Vəli nemət-i cahan əfəndimiz həzrətləri:

Bu ana qədər Rusiya dövlətini təhti-hökümətində bulunan biz 30 milyon türk müsəlmanları beynində türk lisanında Qurani-Şərifin təfsiri bulunmadığından əksəriyyətlə onun məzamin-i aliyəsindən istifadə-yab olamıyorduk.

 Li-haza, bu axır vaxtlarda saye-i xilafət-veye-yi cənab Zillullahi azamilərində Bakı üləmasından vilayət qazisi qulları vasitəsilə Kəlamüllahı-Şərifi türk lisanında təfsir etdirib tab-ü nəşrinə müvəffəq oldum. Əhd-i məali-vefd-i Cənab-i padşahlarında hasil olan işbu müvəffəqiyyəti kəmtəranenin şükranəsi yolunda hüzur-i cəlil-i şəhriyarilərinə məhzən ərz-i fəriza-yi ubudiyyətə vəsilə olmaq üzrə məzkur təfsir-i şərifdən hüzur-i bahirün-nür-i xilafət- pənahilərinə bir takım təqdim etdim. Elitaf-i aliye ve merahim-i mütealiye-i hazret-i hilafət-penahilerindən qəbulunu istirham ederim. Ol babda və katibe-i ahvalde emr-ü ferman vəli nemət-i cahan xəlife-yi bil-həqq və padşah-i hər- dəm- müvəffəq əfəndimiz həzrətlərinindir”.

Nəşri Maarifi Umur-u Xeyriyyə Cəmiyyət-i İslamiyyə rəisi General Hacı Zeynelabidin Takiyof qulları, 25 Şəhr-i cumadel- əvvəl 1325 (1907), Şəhr-i Bakü(5,218-219) [6].
[6] . Osmanlı devleti ilə Azerbaycan türk hanlıkları arasındaki münasibetlere dair arşiv belgeleri.(Karabağ-Şuşa, Nahçıvan, Bakü, Gence, Şirvan, Şeki, Revan, Kuba, Hoy) . II. (1575-1918). Ankara: 1993, s.218.

    Abdulla Şaiqinin verdiyi məlumata əsasən Axund Yusif Talıbzadə Sultan tərəfindən yüksək səviyyədə qarşılanmış sultan onu yeməyə dəvət etmiş və  Sultan Əbdül Həmid  Axund Yusif Talıbzadəni hökumətin ən yüksək ordeni ilə mükafatlandırmışdır. Belə bir orden  Axund Yusif Talıbzadə vasitəsilə Hacı Zeynalabdın Tağıyevə də göndərilmişdir [7].
[7] . Talıbzadə Kamalın təqdimatında Abdulla Şaiqin “Sultana Quran aparılması” məqaləsi. “Elm” qəz. mart 1992, № 6 (403).

          Akademik Kamal Talıbzadə “Xalq” qəzetinin müxbirinə verdiyi müsahibəsində bu barədə ətraflı məlumat vermişdir:”Hacı Zeynalabdın 1907-ci ildə Quranı Məmməd Kərim ağaya tərcümə etdirmiş və onun Azərbaycan dilində üç cildliyini əmim Axund Yusif Talıbzadə ilə Osmanlı Sultanı Əbdülhəmidə göndərmişdir. Sultan Əbdülhəmid də bunun əvəzində brilyantla işlənmiş iki böyük orden bağışlamış: birini H.Z.Tağıyevə, o  birini də əmimə. O medalı atam Abdulla Şaiq ömrünün son illərinə qədər qardaşının yadigarı kimi saxlayırdı” [8].
[8] . Ot kökü üstə bitər: Akademik Kamal Talıbzadə ile müsahibə. “Xalq” qəz. Bakı, 5 iyun 1999.

Tərcümə edilmiş Quranın təfsirini Sultana aparan Axund Yusif Talıbzadəyə H.Z.Tağıyev bir vəkalətnamə də vermişdir. Bu vəkalətnamədə olan məlumatlar maarif və mədəniyyətimiz üçün əhəmiyyətli olduğundan onu da oxuculara çatdırırıq:

                                         “Vəkalətnamə”

Bu axır vaxtlarda Rusiyada sakin 30 milyon müsəlman camaatı arasında tərəqqi və taali meyyali görünməkdədir. Ancaq bizlərin müntəzəm məktəblərimiz və kütüb-i elmiyyə və fənniyyə və tədrisiyyələrimiz lüzumi dərəcəsində mevcud  bulunmadığından xilafət-i celile-i uzmanın saye-i maarif-vayesində yaşayn Müsəlmanlar ilə bir qat daha əlaqə və rabitə kəsb etmək məqsədilə Cəmiyyət-i İslamiyyə Azalarından, Ulum-i ərəbiyyə müdərrisi və Məktəb-i edadi müəllimi Axund Yusif Talıbzadə əfəndi  teati- efkar və vesatat-i lazimede bulunmak məqsədilə mərkəz-i xilafət-i uzma olan Dərsəadətə  irsal olundu. Dərsəadət məmurin-i aidəsi tərəfindən kəndisinə müavinət-i lazimədə bulunmasını biz Rusiya müsəlmanları istirham edəriz”.

Nəşr-i Maarif ve Umur-i Xeyriyyə Cəmiyyət-i – İslamiyyə rəisi General Hacı Zeynelabidin Takiyof.  25 Cumadel- əvvəl. Şəhri- Bakü. 1325 (1907).  (5, 219-220) [9].
[9] . Osmanlı devleti ilə Azerbaycan türk hanlıkları arasındaki münasibetlere dair arşiv belgeleri.(Karabağ-Şuşa, Nahçıvan, Bakü, Gence, Şirvan, Şeki, Revan, Kuba, Hoy) . II. (1575-1918). Ankara: 1993,s. 219-220.

Bu məktub və vəkalətnamədə görünən maraqlı cəhət odur ki, H.Z.Tağıyev yalnız Qafqaz müsəlmanları üçün deyil, Rusiyada yaşayan 30 milyon müsəlmanlar üçün Osmanlı padşahından yardım xahişində bulunmuşdur. Xeyriyyə Cəmiyyəti  tərəfindən verilmiş bu vəkalətnamə ilə İstanbula (İstanbula o zaman Dərsəadət də (Səadət qapısı) demişlər) daxil olan  Axund Yusif  Talıbzadə saray məkanına 31 iyul 1325-ci ildə (miladi tarixlə 19 avqust, 1907 ci il)  yetişmişdir.

     Mənbələrdən məlum olmuşdur ki, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Axund Yusif Talıbzadə vasitəsilə göstərdiyi səylərə cavab olaraq 1907-ci ildən etibarən Osmanlı Türkiyəsindən  Azərbaycana müəllimlər, din adamları, dini kitablar və kitabxanalar, mətbəə ləvazimatı göndərilmiş, Qafqaz müsəlmanları ilə Osmanlı Türkiyəsi arasında maarif və mədəniyyət  sahəsində sıx münasibətlər qurulmuş və inkişaf  etmişdir.

Açar sözlər: H.Z.Tağıyev, Əbu Turab, Məhəmməd Kərim Cəfərzadə, Quran, tərcümə,  Axund Yusif Talıbzadə,  Sultan Əbdülhəmid.

 

                                                     Abstrakt.

Millionaire of Baku Haji Zeynalabdin Tagiyev”s gift to sultan

Prof.Dr.Huseynzadeh R. L.

Key words: H.Z.Taghiyev, Abu Turab, Mahammad Kerim Jafarzadeh, Kuran, Sultan Abdulhamid.

 The article dedicates the prominent, enlightener , educated , great personality and  irreplaceable millionaire son Haji Zeynalabdin Tagiyev the holy book of moslems Koran to have made translated to Baku authority man Muhammad Karim Jafarzadeh  and religious figure Abu Turab. In addition the target article shows the above mentioned manuscript sent to Ottoman Turkish Sultan Abdulhamid.  This valuable gift was introduced to the head of Ottoman government  on August 19, 1907 by the great pedagogue , writer , poet , publisher, public figure  Akhund Yusif Talibzadeh , in accordance of it sultan rewarded with the greatest order of the place.     

                                                                    Özet.

Baki milyonçusu, eğitimçi, hayriyyeçi, Haci Zeynalabdin Takiyevin türk sultanina hediyyesi ve eğitimçilik fealiyyeti.

Prof.Dr.Huseynzade R. L.

      Anahtar kelimeler: Hacı Zeynalabdin Takıyev, Abu Turap, Muhammet Kerim Ceferzade, Kuran`-i Kerim in tefsiri, Sultan Abdulhamit

  Kuran`-i Kerim in tefsirini Azerbaycan türkcesine tercümanlığını yaptıran Bakü milyoneri, hayırsever, eğitimci şahsiyet  Hacı Zeynalabdin Takıyev olmuştur.

 O, 1907 yılında Kuranın tercüme ve tefsırının Azerbeycan Türkcesinde yayınlanmasını sağlamıştır. Kuranın tercümanlığını yapanlar Bakü Kuberniya Kazisi Muhammed Kerim Caferzade ve meşhur din adamlarından  Ahund Abu Turab olmuştur. Bu Kuran tefsiri üç ciltte “Keşfül-Hekayik”(Hakikatlerin keşfi) ismi altında  bastırılmıştır.

    H.Z.Tağıyev üç ciltte bastırdığı bu kitabı 1907 yılında Türk sultanı  Sultan Abdül Hamide hediyye olarak göndermiştir.

Sultana gönderilen bu hediyye Ahund  Yusuf  Talıbzade tarafından 1907 yılının 19 Ağustos tarihinde Sultan Abdül Hamide ulaştırılmıştır.

Osmanlı arşıvinde muhafıza edilen yazılı  bir belgeye  esaslanaraktan Ahund Yusuf Talıbzade –Hayrıiyye Kurumunun idare işlerinde görev taşıdığını, ziyalı bir aileden geldiyini, Ali rus okulundan mezun olduğunu saray başkanlarına bildirdikten sonra  Baküde İslam Hayır Kurumunun yaradıcısı ve başkanı olan  Tağıyev`in takip etmeye çalıştığı çizgiyi saray üyelerine böyle takdimatda bulunmuştur: 1) Şimdiye kadar Kafkas türkleri yazışmalarında yalnız farsçayı kullanmıştır. Bundan sonra ise farscanın yerine kendi dilimiz olan türkcenin kullanılması ve genişlendirilmesini temin etmek; 2) Okul ders kitablarının türkçeyle yazılmasını sağlamak; 3) Okul programlarının Osmanlı Maarif programına uygun düzenlenmesi; 4) Merkez şubesi Bulgaristan`ın Varna şehri ile İran`ın Urmiye şehirlerinde yerleşen Ermeni- Amerikan ve Ermeni-Protestan Komiteleri Kafkas ve Azerbeycan Türkleri`ni  hilafet makamına bağlılıktan ve mukaddes kaye olan İslam İttihatından uzaklaştırmak için arapca, türkce, farsça ve kürtçeye sahiplenmiş ermeniler Kafkasa zararlı naşriyyatlar geçiriyorlar.Bu gibi şeyleri bir an önce zararsızlaştırmak ve Kafkas müslümanlarına etkisini aradan kaldırmak için karşı naşriyyatda bulunmağımız gerekir.5) Uygun görülen okul müdürleri ve öğretmenlerinin Osmanlı Hükumeti`nden Kafkasa gönderilmesinin sağlanması; 7) Dini kitapların ve tefsirlerin, peygamber efendimizin hadisleri, ahlakla ilgili kitaplar ve bu yönde yararlı bilgilerin yayımlanması;

Hacı tarafından tercume  etdirilmiş üç ciltlik türkce Kurani-Kerimin tefsiri bir mektupla birlikte Osmanlı Devleti`nin  Sultanına II Sultan Abdulhamid`e taktim edilmiştir.

 

                                                 РЕЗЮМЕ

                              Руфат Лятиф оглы Гусейнзаде

Доктор педагогический наук, профессор, Заслуженный Учитель Азербайджана

      Подарок Османскому императору султану от Бакинского мессенанта, миллионера, благотворителя, просвещенца Гаджи Зейналабдина Тагиева.

 Ключевые слова: Тафсири- Коран, “Кешфул-Хегаиг” (“Раскрытие Правд”) Гаджи Зейналабдина Тагиев, Магомед  Керим  Джафарзаде,  Султан Абдудгамид, девичья школа.

          В начале ХХ в.  Бакинским миллионером, благотворителем, просветителем  Гаджи Зейналабдином Тагиевым  был организован  перевод священной книги  мусульман  Tafsiri-Коран (разъяснения Корана) на Азербайджанский язык.

          В 1907 г. был напечатан перевод Корана на азербайджанском языке. Перевод Корана сделали Бакинский Губернский кази Магомед  Керим  Джафарзаде и известный религиозный деятель Ахунд Абу – Тураб. Коран был напечатан в 50 экземплярах под названием  “Кешфул-Хегаиг” (“Раскрытие Правд”) в типографии “Каспий”. В 1907 г. Г.З.Тагиев один экземпляр этой священной книги подарил Османский Императору султану Абдулгамиду.  Экземпляр, посланному султану, был написан позолотой, украшен алмазами и упакован в толстой серебрянной коробке. Султану этот подарок был преподнесен в 1907 году 19-го августа Ахундом Юсифом Талыбзаде (известный как Юсиф Зия), братом педагога, видного поэта, общественного деятеля  Азербайджана Абдулла Шаига. Ответом на столь драгоценный подарок стало награждение султаном Юсифа Талыбзаде и Г.З.Тагиева самым высоким орденом Дворца.

                      İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

  1. Bayat A.H. Huseynzade Ali Bey (Prof. Dr. Hüseyinzade Ali Turan) ve Türkiyede yayınladığı eserleri. İstanbul, Türk Dünyası araşdırma vakfı, 1992.
  2. Baykara Hüseyn. Türk ordusunda Azerbaycan esgeri hisseleri. “Türk kültürü”, 1964, sayı 22.
  3. Betül Aslan. I. Dünya savaşı esnasında “Azerbaycan türkleri”nin “Anadolu türkleri”ne “Kardaş kömegi (yardımı)” ve Bakü müslüman cemiyet-i hayriyesi. Ankara, Atatürk kültür merkezi başkanlığı yayınları, 2000, 396 s., resimli.
  4. Keykurun Naki. Böyük bir hayırsever Hacı Zeynalabidin Takızade. “Azerbaycan”, Ankara, mayıs 1957, sayı: 14(62), s.16-19.
  5. Osmanlı devleti ilə Azerbaycan türk hanlıkları arasındaki münasibetlere dair arşiv belgeleri.(Karabağ-Şuşa, Nahçıvan, Bakü, Gence, Şirvan, Şeki, Revan, Kuba, Hoy) . II. (1575-1918). Ankara: 1993, 490 s.
  6. Ot kökü üstə bitər: Akademik Kamal Talıbzadə ile müsahibə. “Xalq” qəz. Bakı, 5 iyun
  7. Talıbzadə Kamalın təqdimatında Abdulla Şaiqin “Sultana Quran aparılması” məqaləsi. “Elm” qəz. mart 1992, № 6 (403).
  8. Talıbzadə K.A. Axund Yusif Talıbzadə. “Odlar yurdu” qəz. 10-17 sentyabr 1992, № 26; 24-30 sentyabr, 1992, № 27.
  9. Həbibov İsa. Kamal Talıbzadəyə məktub (21 may, 1987-ci il, Naxçıvan şəhəri), Abdulla Şaiqin Mənzil Muzeyinin arxivi, qovluq 4.
  10. Nazim Nəsrəddinov. Hacı Zeynalabdin Tağıyevin Bakıdakı kənd məktəbinin tarixindən/ Milli Azərbaycan Tarixi Müzeyi elmi məcmuəsi,Bakı ,2014,səh.126-134Mektub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.