“Həqiqət” və Həqiqətlər…

Print Friendly, PDF & Email

Hər Kəsin, dərk etdiyinin Özü, onun üçün, bir “Həqiqətdir!”.

Hər kəsin, Mə’na içərisindən, Tapdığı Məntiq, onun üçün, bir Həqiqətdir!
Nə Həqiqət, deyil ki? 
Hər Gördüyümüz, hər Toxunduğumuz, hər Hiss etdiyimiz, hər Daddığımız, bir Həqiqətdir! 
Onları, nə Təstiq, nə də ki, İnkar etməyə, ehtiyac yoxdur!
Çünki onların hər Biri, ayrı-ayrılıqda, hər Kəs üçün, bir Həqiqətdir!

Ölümlə, Ölürük! 
Bu, bir Həqiqətdir!
Amma ki, Ölümün Özü isə, Ölmür!
Çünki o, “Ölümün” Özü, bir Həqiqətdir!
Ölüm də, Ölümsüzlük də, bir Həqiqətdir!
Gecə, bir Həqiqətdirsə, Gündüz də, bir Həqiqətdir!
“Həqiqət” Anlayışı, çox Geniş bir Məhfumdur! 
Burada, Fikirlər Müxtəlifdir!
Çünki, “Fikirlər”, müxtəlif də, Olmalıdır!
Hər bir Kəs üçün, Dərk etdiyi, Qəbul etdiyi, Onun üçün, bir Həqiqətdir!
Onun Qəbul etdiyi Həqiqəti, onun Əlindən almaq olmur!
Çünki Onu, Onun əlindən almağa, heç Ehtiyac da, yoxdur!
Çünki, bu Onun üçün, bir Həqiqətdir!
Həqiqətin, Ölçüsü, Meyyarı, yoxdur!
Çünki, Həqiqət Meyyarı, Kainatın Özündədir!
O, Həqiqətlər isə, nə Dönən, nə də ki, Dəyişiləndir!
Həqiqətlərin Ölşüsü, çox Böyükdür!
Nəticəsi isə, çox Qıssa, çox Konkretdir!
Çünki O, bir Həqiqətdir!
Həqtən, Həqiqətdən Gəlirik!
Həqqə, Həqiqətə də, Qayıdırıq!
Bu Səbəblərdən, Həqiqət, hər Kəs üçün, ayrı-ayrıdır!
Həqiqət, Mütləqdir!
Biz, Yaranmışıq, Ona görə də, Mütləqik!
Hər, İki Mütləqin Arası, bir Həqiqətdir!
Həqiqət isə, son Nəticədə, hər Kəsin, Dərk etdiyi kimi, bir Həqiqətdir!
Həqiqətin, bir Düsturu, bir Üstqurumu Vardır!
O, da, yenə də, hər Kəs üçün, onun bildiyi, Onun Həqiqətidir!
Həqiqət haqda, hər kəsin öz Fikri vardır, o da, Onun, Həqiqətidir!
“Həqiqət” Kəlməsi, çox geniş bir Anlayışdır!
Hər Kəsin Öz Həqiqəti, Onun, Həqiqətidir!
Hər Kəsin, “Həqiqət” dediyi, hələ Həqiqət demək, deyil!
Çünki, hər bir, Həqiqət İçərisində, hələ nə qədər də, Açılmamış, Həqiqətlər Vardır!

                                                                                                              Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.