Gəlmişəm!

Print Friendly, PDF & Email

Baktrianam, yə’ni şütür – güvənli (iki donqarlı) Avrasiya dəvəsiyəm (bax: “Ayağı qabarlılar. Tərcümeyi-halım”). Dəvə durdu – dam yıxdı, deyiblər. Kimsənin damını uçurmaqla, evini yıxmaqla aram yoxdur. Köşək ikən arvananın – ağ dəvənin halal südünü əmmişəm.

Dəvəni toya çağırıblar, anlayıb: ya suya göndərəcəklər, ya da oduna – ağır zəhmətə öyrəşmiş candır. “Baktrianın da məramı elmi və mədəni bilikləri yaymaqdır – bundan çətin iş ola bilərmi?

Buradakı yazıları nəzərdən keçirin, özünüz də yazın, yaxından tanış olaq.

“Baktrian” dərgisinə (№1,   21 mart -20 aprel 2008) baş redaktor, Ümumdünya Sistemoloqlar klubunun müxbir üzvü Bahadur  Tahirbəyovun  giriş sözü.

Övraqın redaktorundan: “Baktrian” dərgisində (2008)  işıqlandırılan məsələlərin bir çoxunun bu gün də aktuallığını saxladığını nəzərə alaraq baş redaktorun razılığı ilə onu da övraqımızda dərc etmək qərarına gəldik . Dərgi övraqda tam mətn olaraq pdf  formatında yerləşdirilmişdir.  Eyni zamanda  bəzi məqalələrin ayrıca olaraq dərc edilməsi düşünülür. İlk olaraq “Şəms Təbrizi kimdir?”  məqaləsi  ilə hörmətli oxucularımızı növbəti səhifəmizdə tanış edirik. Gələcəkdə “Baktiran”ın növbəti sayının da dərc edilməsi nəzərdə tutulur.

Mündəricat

Tanış olaq – səh

Gəlmişəm!   – 3

Yeni iliniz mübarək!

Altun Siçovul üstə (Ayulduz Şəmsizadə ilə müsahibə)  4-7

Həməl bürcündə     5-7

Sən saydığını say…

Voke Briat. Astroproqnoz (Fransızcadan tərcümə) – 8-11

Elmi axtarışlar

Bahadur Tahirbəyov. Mürəkkəb sadəlik və sadə mürəkkəblik   12-15

«Ömrünüz uzun olsun»

Sahib Zaman. İnsan nə qədər yaşamalıdır?  16-19

Nikbinlik   -17

E’tibardan düşənlər  –  17

Tomas Parrın çağdaşları              – 18

İqtisadi dolanbaclar

‘ Azimut”. Dərinə getdikcə – 20 -23

Sınaqdan keçibdir

Nailə Rəhimli. Yağmursuz göbələk   – 24-25

Ana dili

Ay rus qaşığı ilə firəngi püsürü yeyənlər!  –  26-30

Lüğətlərə əlavələr  –  27-28

Şairlər buyursun!

Diqqət! (Gələcək iste’dadlar üçün yeni inkan) – 31

Açılmamış səhifələr

Füzuli Şəfiyev. Şəms Təbrizi kim olmuşdur?  –  32-35

İncilər sahibi. “Əl-Məqalat” əsərindən seçmə kəlamlar            35

Bayram Tahirbəyov. Şahzadə Nağılbaz             –   36-39

Tarixi saxtakarık

«Tatar-monqol əsarəti» sifarişli uydurmadır (Axademik

Anatoliy Fomenko və başqaları bunu subut edirlər)  –  40-45

Romanovlar sulaləsi. «Bunlarm vətəni Almaniyadır»  – 41-45

Atmaca   –  43

Bəs deyilmi? –  45

Qonaq gözləyin

Sona Təyyarqızı. O olmasın, bu olsun  – 46-47

Avtomobil alırıq

Avtandil Qazməmmədov. Hər bir kilometr neçəyə başa gəlir? – 48-53

Dünyanın o başında

İnfil Filfili. Dəvədən böyük fil var –  54-56

Respublikaçılar partiyası  –  55

Demokratlar partiyası  – 55

Bədəməl «Xoşxəbər»

Bostana dovşan girib  –  57-59

Ayağı qabarlılar

Cəməl Şütürlü. Tərcümeyi-halım  – 60-61

Who is who

Müəlliflər haqqında müxtəsər mə’lumat   –  63

   Baktrian jurnalını yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.