Elman Cəfərov 70
CƏFƏROV ELMAN MƏHƏRRƏM OĞLU – Rəssam Heykəltaraş 1951 ci ildə Naxçıvan şəhərində anadan olmuşdur – orta təhsilini Əkbər Ağayev adına internat məktəbində almış, orta təhsilini başa çatdırıb 1968 ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olmuş, 1972 ci ildə texnikomu bitirib Naxçıvan şəhərinə qayıtmış və əmək fəaliyyətini və yaradıcılığını Naxçıvan şəhərində davam etdirmişdir. 1975 ci ildə Azərbaycan Dövlət İncəsənət institutunun rəssamlıq fakultəsinə qəbul olmuş və 1980 – cı ildə institutu fərqlənmə diplomu ilə bitirib həmin ildən Azərbaycan Rəssamlar təşkilatının bədii fondunda rəssam vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
Bu illər ərzində dəfələrlə respublika və beynəlxalq sərgilərdə iştirak etmişdir – o cümlədən İran İslam respublikasında, Türkiyə Cumhiriyyətində açılmış sərgilər də daxil olmaqla.
1982 ci ildə SSRİ rəssamlar ittifaqının gənclər bölməsinə üzv qəbul edilmiş, 1988 ci ildən isə, SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1989 cu ildə ona Naxçıvan MR Əməkdar İncəsənət xadimi fəxri adı verilmişdir.
Yuxarıda qeyd edildiyi kimi O, rəssam və heykəltaraşlıqla məşğuldur.Onun ilk monumental əsəri BABƏKİN at üzərindəki heykəlidir. Naxçıvan şəhərində Babək meydanında ucaldılıb, ikinci əsərini də BABƏKƏ həsr etmişdir – bu abidəsi isə Babək rayonunun mərkəzi meydanında ucaldılmışdır.
3 – cü manumental əsərini DƏDƏ QORQUDA həsr etmişdir və o isə, Naxçıvan şəhərində Dədə Qorqud meydanında ucaldılmışdır.
Sonra E.Cəfərov İran İslam Respublikaslnln dəvəti ilə MəhəmmədHüseyin Şəhriyarın monumental heykəlini İranın Poldəşt şəhərində ucaltmışdır.
O birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin onlarla baralef və büstlərini işləyib Şəhid ailələrinə hədiyyə etmişdir.
Hazırda Naxçıvan şəhərində yaşayır və Naxçıvan Dövlət Universitetində incəsənət kafedrasının MÜƏLLİMİ işləməklə ə sənətin sirlərini tələbələrə oyrətməklə məşğuldur.
Naxçıvan Rəssamlar Birliyi
Elman Cəfərovun əsərlərindən bir qismi: