Düşüncələrimiz

Print Friendly, PDF & Email

Düşüncələrimiz, davranışlarımız, münasibətlərimiz, istəklərimiz

Yer üzü hallarına diqqətlə baxdıqda, bir çox hallar, çox müəmmalı görünür!
Səbəblərini isə, heç də bilmək olmur!
Yer üzündə baş verən “faciəvi” halların, bir səbəbi də, olmalıdır! 
Yoxsa “Təbiət hadisələridir, belə də, olmalıdır, ekoloji çirklənmələrdir” – deməklə, heç də, həmin hadisələrin baş vermə mexanizmini araşdırıb, bilməkdən daşınırıq!
Qəribədir və çox-çox düşündürücüdür!

 Atəşsiz, Odsuz, Alovsuz, Günəşsiz, havasız, küləksiz, isti-soyuqsuz, yağışsız, ardıcıl fəsillər davamiyyətini, bitki aləmini və örtüyünü, rayihələri, rəngləri O, İlk İnsanmı düşündü və onları da, o insanlarmı tapdı, Yer üzünə icad etdi, kəşf etdi?
Qətiyyən yox!
Yuxarıda sadalanan və bir çox hallar da, sadalanmadan, Yer üzünə ilk insanımı təfəkküründə, ağlında, təcrübəsində, bildiklərinin nəticəsindəmi və bunlar “labüddür”, deyib də, yer üzündə Yaratdı və onları idarə etdi?
Qətiyyən yox!
Yuxarıda sadalanan ardıcıllıqlar, Yer həyatının mövcud olması üçün və Yer insanı onların mühiti arasında var olması üçün Yaradıldı!
İnsan isə, bəhrələnə-bəhrələnə, var ola-ola, onlardan istifadə edə-edə, özünə uyğun olaraq hərəkət mexanizmlərini düzəldə-düzəldə eyni vaxtda, dağıda-dağıda, viranə edə-edə, məhf edə-edə, Yer üzündə yaşamaqdadır!
Biz insanlar, müxtəlif bəhanələrlə, müxtəlif zorakılıqlarla, biri-birimizi məcburi olaraq, özümüzə tabe elətdirmək, dediyimiz təbiəti də, özümüzə tabe elətdirmək istəkləri ilə, biri-birimizi məhf etməkdəyik!
Heç biri-birimizdən soruşmuruq da, “niyə?”.
Yer Planeti, bütün hallarla özünü nizamlayandır!
Bütün hallara “Təbiət hadisələri, kataklizmlər”- deyə-deyə adlar vermişik!
Amma ki, bunlar həqiqətənmi belədir?
Hansı Qitədə, hansı ərazidə meşə yanğınları baş verirsə, o ərazidə zəhərli qazların, toksin maddələrinin nizamı pozulduqda, meşə sahələri alışırlar!
Yanğınlara Səbəblər nədir?
O yanan meşə zolaqları zəhərlənmiş hava qatını o həddə, bərabərləşdirmə həddinə qədər, yanır ki, 16-nisnət qədəri tarazlaşsın, Oksigen nisbəti bərabərləşsin!
Oksigen, nisbət qədəri tarazlaşanda, meşə yanğınları anilikdə dayanırlar, lokallaşırlar! 
Düzgündür ki, yanğın söndürənlər canları bahasına onları söndürməyə çalışırlar! Odla ehtiyatsızlıq ayrıdır, “alışırlar”, ayrıdır!
Ev, əmlak yanğınlarının da, səbəbləri var, “ehtiyatsızlıq!”.
Zəlzələlərin, daşqınların, tufanların, tsunamilərin, torpaq sürüşmələrinin, vulkan püskürmələrinin, faciələrin səbəbləri var!
Səbəbsiz deyillər!
Pis, ziyankar, karıxdırıcı Düşüncələrimiz, davranışlarımız, istəklərimiz, münasubətlərimizin sonluq aqibətləri, Faciəvidirlər!

Vahid Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.