Çoxsahəli Alim Bayram Tahirbəyov barədə

Print Friendly, PDF & Email

    8 iyul 2021 – ci ildə filologiya elmləri doktoru, professor, görkəmli alim, məşhur tərcüməçi, jurnasist, geniş ixtisaslı filoloq, ensiklopedik erudisiyalı insan B. H. Tahirbəyov vəfat etmişdir.

    Tahirbəyov Bayram Harun oğlu 8 fevral 1931-ci ildə Bakıda anadan olmuşdur. Burada orta məktəbi medalla bitirmiş, Moskva Dövlət Universitetində ali təhsil almış, gənclər və partiya, şəhər və respublika mətbuatında rəhbər vəzifələrdə işləmiş, SSRİ Jurnalistlər İttifaqının və SSRİ Yazıçılar İttifaqının üzvü olmuş, o illərdə nəşriyyatların, radionun və o illərdə yaranmaqda olan televiziyanın fəaliyyətində fəal iştirak etmiş, ancaq xüsusi maraq dairəsini tərcümə fəaliyyəti təşkil etmişdir: bir çox klassik və müasir Azərbaycan və rus ədəbiyyatının nümunələrinin bədii tərcümələri, eləcə də, partiya plenumları və qurultaylarının, respublika Ali soveti və SSRİ Ali sovetinin bir çox iclaslarının sinxron tərcümələri ona məxsusdur. 

    SSRİ Jurnalistlər Birliyinin və SSRİ Yazıçılar Birliyinin üzvü kimi o, 60-cı illərin əvvəllərində pedaqoji sahəyə keçərək assistentdən professora və ali məktəbin rektoruna qədər olan pillələri ardıcıl olaraq keçmişdir. O, harada müəllimlik etsə də – Bakıda, Romada, Almatada həmişə bir qaydaya riayət edərdi: “tələbə – doldurulası damar deyil, alovlanmalı məşəldir”. O, kitablarda yazılmış sözə inanmamağa, hər şeyi ağılla dərk etməyə çağırardı.Pedoqoji fəaliyyəti onun yaradıcılığına mane ola bimədi – müxtəlif illərdə Almatada, Yerevanda, Qahirədə, Kiyevdə, Minskdə, Moskvada (“İzvestiya”, “Komsomolskaya pravda”, “Literaturnaya qazeta”), Səmərqənddə, İstanbulda, Daşkənddə, tərcüməçi alim və yazar kimi çap olunurdu – onun irsi bir neçə onlarla kitabı, bir neçə yüz hekayə və məqaləni əhatə edir.

B. H. Tahirbəyov idmanla məşğul olmağı kollektivdə özü kimi sağlam həyat tərzi keçirən insanlarla ünsiyyətin ən yaxşı üsulu hesab edirdi. Bu, ona Moskva və Moskva vilayətindəki basketbol və xizək yarışları üzrə tələbə birinciliklərinin qalibi və mükafatçısı, şahmat üzrə Azərbaycan “Burevestnik” komanda çempionatının qalibi olmağa mane olmadı, hətta Niderlandda Avropa birinciliyində çıxış etmiş qalaqapı üzrə Respublika komandasının tərkibinə daxil edildi. Bütün bunlar ona elmin ən qabaqcıl sıralarında, fəal ictimai həyatda öz həyat tonusunu yüksəltməkdə kömək edirdi.

    Müxtəlif illərdə B. H. Tahirbəyov Sov.İKP MK-nın nəzarət etdiyi Respublika kinostudiyası redkolleqiyasının Baş redaktoru, Sov. İKP MK – nın nəzdində marksizm-leninizm institutunun Azərbaycan filialının böyük elmi işçisi, SSRİ Ali Soveti katibliyinin aparatında referent, SSRİ Nazirlər Soveti yanında Lenin və SSRİ Dövlət mükafatları komitəsinin filologiya bölməsinin üzvü olan əyalətdən olan “yeganə üzvü” olmuşdur.

    Moskvada, müttəfiq respublikaların paytaxtlarında, digər universitet şəhərlərində keçirilən elmi forumlar, məruzələr, nəşrlər…“Hadisə” isə vaxtilə keçirilən ilk Türkoloji Qurultayın 40 illiyinə həsr olunmuş Ümumittifaq Konfransında türk nitqinin yazılı şəkildə təsbitində ənənələr və yeniliklərə dair çıxışı ilə baş verdi. Professor Tahirbəyovun adı bir anda ölkədə və onun xaricində coşqulu məşhurluq qazandı.

    Hələ inqilabdan əvvəlki dövrlərdən azərbaycanlılara miras qalmış şəxs və yer adlarının rusca təhrif olunmuş şəkildə yazılışının qorunub saxlanılmasına qarşı heç bir instansiya səsini çıxarmağa cürət etmirdi. Əslində, nə üçün “oğlu” və “qızı” əvəzinə “oqlı” və “kızı”,  “Qasımov”, “Naxçıvan”,”Mingəçevir” əvəzinə müvafiq hərflər və səslər olduğu halda, “Kasumov”“Naxiçevan”, “Minqeçaur” – yazılmalıdır!? Professor Tahirbəyov Respublika Ali Sovetinin aparatında işləyərkən bu barədə sakitcə “qalmaqalsız” addım atdı və özü qısa vaxtda hər şeyi adəti üzrə indiki axarına saldı.

    1989-1990 – cı illərdə Bakıda rus dili və ədəbiyyatı İnstitutunun rektoru işləyərkən o, dərhal həmin ali məktəbin “ən zəif bəndini” – onun kadr potensialının ixtisaslaşmağa ehtiyacını hiss etdi, geniş elmi əlaqələrindən və nüfuzundan istifadə edərək, müəllim heyətinin elmi dərəcəsini artırmaq naminə burada iki ixtisas –  “Rus dili” və “rus ədəbiyyatı” üzrə doktorluq dissertasiyalarının müdafiəsi üçün  yeganə İxtisaslaşdırılmış şura yaratdı ki, nəticədə adi bir İnstitut məşhur Universitetə çevrildi.

    Axına qarşı üzənlər hər şeyə və həmişə nail ola bilmir. Vaxtilə SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti “Sovet türkologiyası” jurnalını təsis edərək, professor Tahirbəyovu redaksiya kollegiyasının məsul katibi təsdiq etmişdi. Ancaq bu vəzifədən getməli oldu – akademik rəhbərliyin görüşlərilə onun baxışları uyğun gəlmədi. “Azərbaycan Sovet Ensiklopediyası” nın Baş redaktorunun elmi işlər üzrə müavini olduğu dövrdə də belə vəziyyət yaranmışdı. Onun aydın təsəvvürü var idi ki, Azərbaycan təkcə Azərbaycan SSR deyil, Azərbaycan KP MK – nın rəhbərliyi isə tam əks fikirdə idi…

    Professor Tahirbəyovun böyük elmi xidməti tərcümə haqqında – traslyasiologiya elminin yaranması olmuşdur. Onun “Tərcümə elminin fəlsəfi problemləri (qnoseoloji təhlil)” monoqrafiyası – insan fəaliyyətinin xüsusi növü kimi tərcümə metodologiyası üzrə fundamental əsəri “Tərcümənin problematikliyi  tərcüməşünaslığın problemləri kimi” adlanan doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətində mövzu ilə necə rəftar etmək barədə uzun-uzadı mübahisələr  olmuşdu, lakin son nəticədə ixtisas nomenklaturasının dəyişdirilməsinə qərar verərək, dissertasiyanı təsdiq etmişdilər. Azərbaycan (indiki Bakı) Dövlət Universitetində isə professor Tahirbəyov SSRİ – də yeganə olan unikal “Ümumi filologiya və dünya ədəbiyyatı” kafedrasını yaratmışdı.

    Onun SSRİ AAK ilə əməkdaşlığı xüsusi bir mövzudur. Müxtəlif sovet respublikalarında dissertasiyaların müdafiəsi üzrə bir çox İxtisaslaşdırılmış xüsusi Şuraların üzvü, professor Tahirbəyovun uçot kartoçkasında AAK-ın eksperti kimi ona onlarla ixtisas – dilçilik  və ədəbiyyat nəzəriyyəsi, rus dili və rus ədəbiyyatı, türk dilləri, klassik filologiya, jurnalistika, folklorşünaslıq, Qərbi Avropa, Amerika və Avstraliya ölkələri ədəbiyyatı, tərcümə nəzəriyyəsi və praktikası üzrə dissertasiya işlərinin opponentliyi və resenziyasının tapşırıldığı qeyd olunub. Professor Tahirbəyovun “yüngül əli ilə” bütün elmi sahələr üzrə dissertasiya avtoreferatlarının dəqiq strukturlaşdırılması elmi dövriyyəyə tətbiq edilib.

    Rus dili, ədəbiyyat və tarixinin Aralıq dənizi Akademiyasının müxbir üzvü olan professor Tahirbəyov Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutunda yaradılmış milli dillər münasibətləri üzrə Elmi-Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi kimi XIX-XX əsrlərdə Cənubi Qafqazda milli-dillər münasibətləri probleminin işlənib hazırlanması ilə də məşğul olmuşdur .
“AqRA” Elmin İnkişafına Dəstək ictimai birliyinin (AqRA EİDİB)  İdarə Heyəti.

Bayram Tahirbəyovun “Tərcümə elminin fəlsəfi problemləri (qnoseoloji təhlil)” kitabı ilə bu linkdən tanış  ola bilərsiniz: https://drive.google.com/file/d/1RPZvRZNrYqLfW5TGmthFOEbfXMzWUWTB/view?usp=drivesdk

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.