Yetmiş yaşın uşaqlara söz hədiyyəsi
Kamil Arazla bizim tanışlığımız elə kitabları ilə başlayıb. Hər dəfə uşaqlar üçün yeni kitabı işıq üzü görəndə radioda “Ədəbiyyat saatı” proqramında qonağım olub. Yazdığı şeirləri birgə oxumuşuq, tapmacaları o oxuyub, mən cavabını tapmağa çalışmışam. Hər dəfə “Ədəbiyyat saatı”nın dinləyicilərini uşaq dünyalarına qonaq aparmışıq. Kamil Arazın qələmindən süzülən uşaq şeirlərindən xüsusi bir zövq alıram. Hərdən əlimin altında olan kitabları vərəqləyib “Kəpənəklər”in […]
